Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə49/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   45   46   47   48   49   50   51   52   ...   156

 

147 


məhz N.Yusifbəylinin təĢəbbüsü və təkidi ilə DĠN-in iĢlərinə kənar 

təĢkilatların, xüsusən də  hərbi idarələrin müdaxilə  edilməsinin qar-

Ģısı alınmıĢdı. Bundan sonra DĠN-in təsdiq etmədiyi hər hansı sənəd 

hüquqi cəhətdən qüvvəsiz sayılırdı. 

N.Yusifbəylinin daxili iĢlər naziri iĢlədiyi dövrdə onun təĢəb-

büsü ilə Azərbaycan Parlamenti 1919-cu il 27 iyul tarixli iclasında 

respublikanın  sərhədlərini  qorumaq  üçün  “Sərhəd  mühafizəsinin 

təĢkili  haqqında”  Qanun  layihəsinə  baxmıĢ  və  992  nəfərdən  ibarət 

(bunun 332-si atlı, 660 nəfəri isə piyada olmaqla) qurumlar yaradıl-

ması qərara alınmıĢdı. O zaman Azərbaycan Cümhuriyyətinin quru 

sərhədləri  təxminən  1.300,  dəniz  sərhədləri  isə  560  verst  idi.  Bu 

əraziləri qorumaq üçün 99 əsas post qoyulması nəzərdə tutulmuĢdu. 

Həmin postlar aĢağıdakı kimi idi: 

1). Zaqatala quberniyası – 12 post, 102 nəfər gözətçi

2). Gəncə quberniyası – 28 post, 280 gözətçi; 

3). Qarabağ General-Qubernatorluğu – 18 post, 180 gözətçi; 

4).  Bakı  quberniyası  (Lənkəran  qəzası  çıxılmaqla)  –  21  post, 

210 gözətçi. Həmin sərhəd  gözətçi dəstəsinin təĢkili  üçün 518.000 

min manat maliyyə vəsaiti ayrılmıĢdı. 

Bundan əlavə, həmin il Ġranla sərhəd əraziləri və Cavad qəza-

sının sərhədlərini (indiki Salyan, Neftçala, Biləsuvar, ġirvan, Sabi-

rabad, Saatlı, ĠmiĢli, Beyləqan ərazilərini) qoruyan 200 nəfərlik po-

lis gözətçi dəstəsi yaradılmıĢdı. 

Paytaxtla yanaĢı, qəzalarda polis xidmətinin təĢkilinə mühüm 

diqqət  yetirilirdi.  Daxili  ĠĢlər  Nazirliyi  üzrə  məlumatlara  görə, 

1919-cu  ilin  avqust-sentyabr  aylarında  yerlərdə  -  ġuĢa,  Zəngəzur, 

Cəbrayıl  və  CavanĢir  qəzalarında  17  sahə  polis  pristavlığı  yaradıl-

mıĢdı. ƏrəĢ, Nuxa və Gəncə qəzalarında 26, Quba, Göyçay, Cavad 

və  ġamaxı  qəzalarında  isə  22  belə  pristavlıq  təĢkil  olunmuĢdu.  Bu 

haqda  1919-cu  il  noyabrın  27-də  DMK-nin  iclasında  ölkədə  polis 

təĢkilinin (quruculuğunun) gediĢi barədə məruzə edən N. Yusifbəyli 

məlumat  vermiĢdi.  Həmin  iclasda  Qarabağ  General-Qubernatorlu-

ğunun  sərəncamına  polis  və  milisin  təĢkili  üçün  2  milyon,  Gəncə 

qubenatorluğuna 1 milyon və Lənkəran qəzasına avans olaraq 2 mil-

yon  rubl  pul  ayrılmıĢdı.  Bakı  qubernatoruna  isə  həm  də  yazılı 

Ģəkildə  bildirilmiĢdi  ki, Quba  qəzasında  200  nəfərdən  ibarət  daimi 




 

148 


xalq milisi yaratsın və o Hərbi Ġdarənin ixtiyarında olsun. Bakı qu-

bernatorunun üzərinə həmçinin Dövlət Müdafiə Komitəsi tərəfindən 

aĢağıdakı tələblər də qoyulmuĢdu: 

1. Milis mütləq çağırıĢ yaĢına çatmıĢ Ģəxslərdən təĢkil olunsun; 

2. Milis sıralarına götürüləcək Ģəxsin xarici görünüĢünə və əx-

laqi  keyfiyyətlərinə  xüsusi  fikir  verilməlidir,  yəni  onların  zəhmli 

görkəmi olmalıdır; onlar oğurluq və soyğunçuluğa meylli olmamalı-

dırlar. 


Respublikanın  ümumi  mənafeyinin  tələblərinə  uyğun  olaraq 

zaman-zaman  DĠN-də  mütəmadi  təĢkilati  və  struktur  dəyiĢiklikləri 

aparılırdı.  Məsələn,  DĠN-in  təĢəbbüsü  ilə  1919-cu  ilin  avqustunda 

həbsxana iĢləri onun sərəncamından çıxarılaraq Ədliyyə Nazirliyinin 

tabeçiliyinə keçirilmiĢdi. Daxili iĢlər naziri N.Yusifbəylinin digər bir 

əmri ilə Gəncə quberniyası mühafizə polisinin Ģtatları artırılmıĢdı. 

Ümumiyyətlə,  1919-cu  ildə  Azərbaycan  polisinin  Ģtat  vahidi 

üzrə  sayı  artırılaraq,  9661  nəfərə  çatdırılmıĢdı  ki,  bu  zaman  Ģəxsi 

heyətin  tərkibi  aĢağıdakı  kimi  idi:  1-ci  dərəcəli  qorodovoylar  498 

nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keĢikçilər 

(postovoylar)  -  242  nəfər,  2-ci  dərəcəli  keĢikçilər  243  nəfər,  Bakı 

quberniyası üzrə 18 1-ci, 1800 2-ci dərəcəli qorodovoy, 100 nəfər 1-

ci dərəcəli keĢikçilər və 30 nəfər 2-ci dərəcəli keĢikçilər - cəmi 2.218 

nəfər təĢkil edirdi. Bunun 1200 nəfəri ancaq Bakı Ģəhər polisinin (110 

nəfər  1-ci  dərəcəli,  1090  nəfər  2-ci  dərəcəli  qorodovoy)  olmaqla 

payına düĢürdü. Balaxanı-Sabunçu Polismeysterliyində 820 nəfər (30 

nəfər 1-ci dərəcəli və 790 nəfər 2-ci dərəcəli qorodovoy vardı. Gəncə 

quberniyasında polis 1954 nəfər idiki, bunun 156 nəfəri 1-ci dərəcəli, 

1231 nəfəri 2-ci dərəcəli qorodovoy, 55 nəfəri 1-ci dərəcəli keĢikçi və 

530 nəfər ikinci dərəcəli keĢikçilər, Qarabağ General-Qubernatorluğu 

üzrə 906 nəfər polis vardı. Bunun 22-si 1-ci dərəcəli və 184 nəfəri 2-

ci  dərəcəli  qorodovoy,  67-si  1-ci  dərəcəli  və  633-ü  2-ci  dərəcəli 

keĢikçilər idi. Zaqatala ərazisi üzrə 215 nəfər polis vardı, bunun 3-ü 

1-ci dərəcəli və 12-si 2-dərəcəli qorodovoy, 20-si 1-ci dərəcəli və 180 

nəfəri 2-ci dərəcəli keĢikçilər idi. 

1919-1920-ci il maliyyə büdcəsinə görə Azərbaycan polis mə-

murlarının artırılmıĢ aylıq əmək haqqı aĢağıdakı kimi idi: 



 

149 


-  polismeyster  -  3.500,  onun  böyük  köməkçisi  3.200,  kiçik 

köməkçisi - 2.900, dairə pristavı 2.600, baĢ qorodovoy 1.500, kiçik 

qorodovoy 1.400 rubl idi. Bir polisin gün ərzindəki pul təminatı 33-

40 rubl arasında idi. Bunun 13 rublu 2 girvənkə (1 girvənkə 409,5 

qram  idi),  çörək  bazar  qiymətilə  2  girvənkə  (2  girvənkə  çörək  20 

rubl təĢkil edirdi, ət-1 girvənkə sərf olunurdu. Bir ayda həmin xərc-

lər  990-1200  rubl  təĢkil  edirdi.  Bundan  baĢqa,  polis  əməkdaĢlarına 

çay, qənd və ədviyyat Ģeyləri də verilirdi. 

O  dövrdə  Azərbaycan  Xalq  Cümhuriyyəti  polisinin  necə 

silahlanması  da  maraqlıdır.  1919-ci  ilin  oktyabrına  olan  məlumata 

görə, Bakı  Polismeysterliyinin sərəncamında cəmi  1117, Balaxanı-

Sabunçu  Polismeysterliyində  319,  Quba  qəza  polisində  26,  Cavad 

(Salyan)  polisində  507,  Göyçay  qəza  polisinsdə  105  və    ġamaxı 

qəza polisində 192 ədəd üçxətli rus tüfəngi vardı. Qarabağ General-

Qubernatorluğuna  daxil  olan  Zəngəzur,  ġuĢa,  CavanĢir,  Cəbrayıl 

qəzalarında 1000 və 1200 nəfərdən ibarət iki xalq milisi vardı. On-

ların  silahlanması  üĢün  200  dövlət  niĢanlı  tüfəng,  120  Avstriya  və 

162 rus üçxətli tüfəngi və 100 ədəd də ongülləli tüfəng ayrılmıĢdı. 

Bundan əlavə, 118 ədəd üçxətli tüfəngin, 304 mauzer tipli tüfəngin, 

102 berdenka və 130 ədəd “Lebel” tipli silahın uçotu vardı. 

Polisin  mükəmməl  silahlanması  cinayətkarlıqla  mübarizədə 

müvəffəqiyyətlərin rəhni idi. 1919-ci ilin sentyabr-oktyabr  ayların-

da    Bakı  Ģəhərində  114  müxtəlif  cinayət  hadisəsi  baĢ  vermiĢdi  ki, 

bunun da 67-nin üstü polis tərəfindən “isti izlər”lə açılmıĢdı. 

Azərbaycan Parlamenti də vaxtaĢırı olaraq Daxili ĠĢlər Nazir-

liyinin  hesabatlarını  qəbul  və  müzakirə  edir,  daxili  iĢlər  nazirinin 

təĢəbbüsü və təklifləri üzrə Nazirliyə aid qanun layihələrini hazırla-

yırdı.  Məsələn,  N.Yusifbəylinin  daxili  iĢlər  nazirliyi  dövrünə  aid 

DĠN-in Parlamentə təqdim etdiyi hesabatda belə bir statistik rəqəm 

öz əksini tapmıĢdır ki, 1918-ci ilin dekabrın 7-dən (yəni Azərbaycan 

Parlamentinin təsis olunub fəaliyyətə  baĢladığı  vaxtdan) 1919-cu il 

dekabrın  25-dək  Parlament  Daxili  ĠĢlər  Nazirliyinə,  polisə  dair  24 

qanun layihəsinə baxmıĢ və büna müvafiq qərarlar qəbul etmiĢdi. 

N.Yusifbəylinin  “Fərariliklə  mübarizəni  qüvvətləndirmək 

haqqında”  23  iyun  1919-cu  il  tarixli  əmri  Milli  Ordumuzun  kom-

plektləĢdirilməsinə  kömək  baxımından  çox  əhəmiyyətli  idi.  Həmin 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə