Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə51/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   47   48   49   50   51   52   53   54   ...   156

 

153 


il)  öz  sərəncamında  olan  Milli  Silahlı  Qüvvələrimizin,  o  cümlədən 

DĠN qüvvələrinnin köməyi  ilə qəti olaraq süquta uğratmıĢdı (Milli 

Ordumuzun  qüvvələrinə  general-mayor  Həbib  bəy  Səlimov  (1881-

1920) rəhbərlik etmiĢdi ... 

Nəsib  bəy  xalqının  gələcəyinə  böyük  ümidlər  bəsləyən  bir 

Ģəxsiyyət,  görkəmli  siyasi-ictimai  xadim  idi.  O,  1919-cu  il  mayın 

28-də  Azərbaycan  Parlamentinin  növbəti  iclasındakı  çıxıĢında 

demiĢdi: 

- “Azərbaycanın Müstəqilliyi baĢ vermiĢ bir faktdır. Mən Sülh 

Konfransının  son sözünü  soyuqqanlıqla gözləyirəm. Ağlım  kəsmir  

ki,  dünyanın  mədəni  xalqlarının  nümayəndələri  Azərbaycan  türk-

lərinin arzu və istəklərinə biganə qalsınlar. Əks təqdirdə, məndə bu 

xalqların mədəni xalqlar olmasına Ģübhə oyanardı”.  

Doğrudan da onun düĢündüyü kimi olmuĢdu. Paris Konfransının 

Ali ġurası 1920-ci il yanvarın 11-də Ġngiltərənin xarici iĢlər naziri lord 

Corc Nataniyel Kerzonun (1859-1925) təklifi ilə Azərbaycanın Dövlət 

Müstəqilliyini  de-fakto  (faktiki  cəhətdən),  habelə  de-yure  (yuridik 

cəhətdən, rəsmən) tanımıĢdı... 

N.Yusifbəyli xalqının  azad və  dinc  yaĢamaqla dünya xalqları 

içərisində özünəməxsus yer tutduğunu, onun müstəqilliyini təhlükə 

altına  almağa  göstərilən  hər  cür  böyük  dövlətçilik  və  Ģovinistlik 

cəhdlərinə qarĢı barıĢmaz olduğunu dəfələrlə qəti Ģəkildə bildirmiĢ-

di.  Bu  cəhətdən  onun  Parlamentin  1919-cu  il  22  dekabr  tarixli 

iclasındakı çıxıĢı bariz nümunədir: 

-    “Azərbaycan  xalqı  azad  və  müstəqil  yaĢamaq  istəyir  və  o 

baĢa düĢür ki, bunun üçün güclü qüvvə lazımdır. Təbii ki, bu qüvvə 

bizə hücum üçün deyil, bizim namusumuzu, ləyaqətimizi, Vətənimizi 

və  Ġstiqlaliyyətimizi  müdafiə  etmək  üçün  lazımdır.  Bu  cəhətdən 

Azərbaycanda  hərbi  mükəlləfiyyət  müqəddəs  vəzifədir.  Ən  qiymətli 

azadlıq, bizim Ġstiqlaliyyətimizdir və biz onu göz bəbəyi kimi müda-

fiə  edəcəyik”.  Nəsib  bəy  hələ  o  zamankı  çıxıĢında  qonĢu  Türkiyə, 

Ġran,  Rusiya  kimi  böyük  dövlətlərlə  bərabərhüquqlu  xarici  dövlət 

kimi dostluq və əməkdaĢlıq etməyə hazır olduğumuzu bildirmiĢdi. 

Onun  Dağlılar  Respublikası  (indiki  Dağıstan)  ilə  dostluq  və 

müstəqillik haqqındakı çağırıĢı da maraqlı idi: 



 

154 


- “Cənab Parlament üzvləri, mən deməyi özümə  borc bilirəm 

ki, Dağlılar Respublikası azərbaycanlılar üçün ikinci vətəndir, necə 

ki, Azərbaycan dağlılar üçün belədir. Sizə məlumdur ki, Denikin or-

dusu  Qafqazı  təhdid  etməkdədir.  Qoy,  bizim  dağlı  qardaĢlarımız 

Ģübhə  etməsinlər,  biz  həmiĢə  onlarlayıq”.N.Yusifbəylinin  göstəriĢi 

ilə nümayəndəmiz Əlixan Xandəmir 1919-cu ildə Dağlılar Respub-

likasının Temirxan ġura Ģəhərinə gedərək bu respublikaya Azərbay-

can  hökumətinin  kömək  olaraq  göndərdiyi  10  milyon  manat  pulu 

təqdim etmiĢdi. 

Nəsib  bəy  1919-cu  ildə  Ģimaldan  ağqvardiyaçı  general  Deni-

kinin  könüllü  ordusunun  Dağlılar  Respublikasının  ərazisinə  daxil 

olduğunu və bununla Azərbaycan sərhədləri üçün də təhlükə yaran-

dığını gördükdə bu haqda general Denikinin səlahiyyətli nümayən-

dəsi polkovnik Lazarevə və denikinçilərə himayədarlıq edən ingilis-

lərə  öz  etirazını  Parlamentdə  çıxıĢ  etməklə  bildirmiĢ  və  demiĢdi: 

“Hər  Ģeydən  öncə,  bəyan  etməyi  özümə  borc  bilirəm  ki,  deyəm:  -

Azərbaycanın  sərhədlərini  yalnız  bizim  meyitlərimiz  üzərindən 

adlamaqla keçmək olar”. 

19  iyun  1919-cu  il.  N.Yusifbəlinin  imzası  ilə  DMK  bütün 

Azərbaycan  Respublikası  ərazisində  hərbi  vəziyyət  elan  etmiĢ  və 

bunun icrasına nəzarət Daxili ĠĢlər Nazirliyinə həvalə olunmuĢdu. 

Təyinat.  23  iyun  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusifbəyli  

“Fərariliklə mübarizəni qüvvətləndirmək haqqında” sərəncam imza-

lamıĢdı. Onun həmin tarixli 85 nömrəli əmri ilə bu vaxtadək ġamaxı 

qəzasının  müvəqqəti  rəisi  vəzifəsini  daĢıyan  Lütvəli  (Niftəli)  bəy 

Zülqədərov  Göyçay qəzasının rəisi təyin edilmiĢdi. 

27  iyun  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusifbəyli  Bakıda 

yaĢayan əcnəbilərin yoxlanılması və cinayətkar ünsürlərin müəyyən 

edilmələri ilə  əlaqədar  ev  dəftərlərinin  təftiĢ  edilməsi  haqqında bü-

tün polis pristavlarına əmr vermiĢdi. 

Təyinat.  Ġyun  1919-cu  il.Azərbaycan  hökumətinin  qərarı  və 

daxili iĢlər naziri N.Yusifbəylinin müvafiq əmri ilə Xəlil bəy Sulta-

nov Azərbaycan Cümhuriyyəti DĠN-in Həbsxana ġöbəsinin rəisi və-

zifəsinə  təyin  edilmiĢdi.  Lakin  DĠN-in  Həbsxana  ġöbəsi  Azərbay-

can  hökumətinin  qərarı  ilə  həmin  ilin  avqustunda  ləğv  edilmiĢ  və 



 

155 


həbsxana  iĢlərinə  nəzarət  səlahiyyəti  Ədliyyə  Nazirliyinə  veril-

miĢdi... 

Avqust-sentyabr 1919-cu il. Azərbaycan DĠN-in əmri ilə Bakı 

ġəhər Polismeysterliyi yanında polis qorodovoyları məktəbi   təĢkil 

olunmuĢdu. Məktəbin daimi heyəti ilk zaman 7 nəfərdən: 1 rəis, 3 

təlimatçı, 1 feldfebel  və 2 vzvod komandirindən ibarət idi. Məktəb-

də 100 nəfər hazırlanması nəzərdə tutulmuĢdu... 

Təyinat.  30  sentyabr  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusif-

bəylinin  133  nömrəli  əmri  ilə  bu  vaxtadək  Gəncə  polismeysterinin 

böyük  köməkçisi  vəzifəsində  çalıĢan  Ġsgəndər  bəy  MəĢədi  Salman 

oğlu  Qəmbərəliyev Gəncə Ģəhərinin müvəqqəti polismeysteri təyin 

edilmiĢdi. 

Təyinat.  13  oktyabr  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusif-

bəylinin  əmri  ilə  Bakı  qubernatoru  Əmir  bəy  Nərimanbəyovun 

böyük  köməkçisi    Əmir  xan  (əsl  adı  Əmiraslan  xan  idi)  Cahangir 

xan oğli Xoyski vəzifə xidmətində irəli çəkilərək, Qazax qəzasının 

qubernatoru  (16-cı  dərəcəli  tariflə  1-ci  dərəcə  üzrə  3.000  manat 

əmək haqqı ilə) təyin edilmiĢdi. Daxili iĢlər naziri N.Yusifbəylinin 

23 oktyabr 1919-cu il tarixli 156 nömrəli digər əmri ilə Cavad qəza 

rəisinin köməkçisi Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov vəzifə 

xidmətində irəli çəkilərək, Lənkəran qəzasının (aylıq əmək haqqı 1-

ci dərəcə tarif üzrə 3.000 manat olmaqla) rəisi təyin edilmiĢdi. 

28 oktyabr 1919-cu il. DMK əsgər toplanması, həyətbaĢı siya-

hıyaalma keçirilməsi və partizan dəstələrinin yaradılması sahəsində 

hakimiyyət  orqanlarının  fəaliyyətinə  və  hərəkətlərinə  ciddi  nəzarət 

etməyi Daxili ĠĢlər Nazirliyinin Polis Ġnspeksiyasına həvalə etmiĢdi. 

3  noyabr  1919-cu  il.  Azərbaycan  Parlamenti  tərəfindən  “Sər-

xoĢluqla mübarizə haqqında” qanun qəbul edilmiĢ və onun icrasına 

nəzarət DĠN-ə həvalə olunmuĢdu. 

Təyinat.  Daxili  iĢlər  naziri  N.Yusifbəylinin  12  noyabr  1919-

cu il tarixli 295 nömrəli əmri ilə  Ġsgəndər bəy MəĢədi Salman bəy 

oğlu  Qəmbərəliyev  ġamxor  (ġəmkir)  qəzasının  rəis  əvəzi  təyin 

edilmiĢdi.  Nazir  N.Yusifbəyli  1919-cu  il  noyabrın  15-də  Bakı  qu-

bernatorunun 14 oktyabr 1919-cu il tarixli 14405 nömrəli təqdimatı 

üzrə  Ədliyyə  Nazirliyi  Bakı  Dairə  Məhkəməsinin  Balaxanı  Sahə-

sinin  müstəntiqi  Məmməd  bəy  Süleymanbəyovun  Cavad  qəzasının 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə