Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə47/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   43   44   45   46   47   48   49   50   ...   156

 

141 


min il oktyabrın 26-da Əks Ġnqilabla Mübarizə TəĢkilatı Bakı Möh-

kəmləndirilmiĢ  Hərbi  Müdafiə  Rayonu  və  Bakı  General-Quber-

natorluğunun tabeçiliyinə verilmiĢdi. O vaxt Bakının general-quber-

natoru  milliyyətcə  çərkəz  olan  general-mayor  Murad  Gəray  bəy 

Tlexas (1874-1920) idi. Məhz  M. Tlexas həmin qurumun baĢçısı tə-

yin  edilmiĢdi.  Bu  qurum  və  general  M.  Tlexas  birbaĢa  Azərbaycan 

Respublikasının Daxili ĠĢlər Nazirliyinə tabe idi. 1920-ci il martın 6-

da  Azərbaycan Cümhuriyyəti  Nazirlər  ġurasının  qərarı  ilə “istənilən 

səmərəni”  vermədiyindən  DĠN-in  Əks  Ġnqilabla  Mübarizə  TəĢkilatı 

(Tarixi  ədəbiyyatda  DĠN-in  Əks-KəĢfiyyat  Ġdarəsi  adlandırılır)  ləğv 

edilmiĢdi. Bu haqda Nazirlər ġurasının həmin tarixli iclasında daxili 

iĢlər naziri Mustafa bəy Vəkilov informasiya vermiĢdi (Qeydhadi-



sələrin sonrakı gedişi göstərmişdi  ki, Əks-İnqilabla Mübarizə  Təşki-

latının  ləğv  edilməsi  ozamankı  şəritdə  bir  qədər  tələsik  qərar  idi  və 

mənfi nəticələrə səbəb olmuşdu...Onun mövcudluğu hələ zəruri idi...).  

... Artıq yuxarıda qeyd olunduğu kimi Azərbaycan Xalq Cüm-

huriyyətinin ilk xüsusi orqanının rəhbəri Məmmədbağır ġeyxzamanlı 

sovet hakimiyyəti elan olunduqdan sonra bolĢeviklər tərəfindən həbs 

olunaraq, 1920-ci il mayın 29-da güllələnmiĢdi... M.F. Fəttah Musəvi 

vəzifədə  ikən  hələ  5  sentyabr  1919-cu  ildə  öldürülmüĢ...  və  yerinə 

Mahmud bəy Səfikürdski  (1898-1977) təyin  olunmuĢdu. 

...7-ci  sahə  polis  pristavı  Volski  axtarıĢ  aparılan  evin  sahibi    

A. Qriqoryantsı dindirərkən o bildirmiĢdi ki, həmin Ģeylər 1 ay bun-

dan  qabaq  burada  yerləĢmiĢ  Ermənistan  Diplomatik  Missiyasına 

məxsusdur... AxtarıĢla bağlı protokol tərtib olunmuĢdu. Ermənistan 

Diplomatik  Missiyasının nümayəndəsi Efiancians bunu təkzib edə-

rək  protest  vermiĢdi.  Lakin  baĢqa  real  bir  fakt  onun  protestini  faĢ 

etmiĢdi. 

Belə  ki,  1919-cu  il  iyunun  13-də  Bakı  Polismeysterliyi  tərə-

findən  Parapet  bağındakı  (keçmiĢdə  bu  bağa  “Quru  bağ”  deyirdilər. 

Sovet  dövründə  K.  Marks  adına  bağ  adlanırdı.  Ġndi  Fəvvarələr 

bağıdır) müqəddəs Qriqori erməni kilsəsinin zirzəmisindəki anbardan 

xeyli  silah,  o  cümlədən  pulemyot,  patronlar,  hərbi  ləvazımat, 

xəstəxana avadanlığı və əsgər paltarları gizlədildiyi aĢkar edilmiĢ və 

protokollaĢdırılmıĢdı.  Həmin  Ģeylərdən  bir  qismi  arabalarda  “baĢqa 

yerə”  aparılarkən  polis  tərəfindən  yaxalanmıĢdı...  O  zaman  rəsmi 




 

142 


dövlət  qəzeti    “Azərbaycan”    bu  haqda  ertəsi  günü  çıxan  213-cü 

sayında  yazmıĢdı. Ermənistan Respublikasının Bakıdakı  Diplomatik 

Nümayəndəliyi  iyunun  16-da  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

Xarici ĠĢlər Nazirliyinə etiraz məktubu ilə müraciə etmiĢdi. Məktubda 

bildirilirdi ki, güya nümayəndəliyin bundan xəbəri yoxdur. Lakin bu, 

özünü sığortalamaqdan baĢqa bir Ģey deyildi. Məsələ burasında idi ki, 

erməni  kilsəsinin  altındakı  zirzəmidən  (“qızıllı  kilsə”,  yaxud  Alek-

sandr  Nevski  kilsəsi  (Ġndiki  Fəvvarələr  meydanı  ilə  üzbəüzdə  yer-

ləĢir...) axtarıĢ vaxtı həm də ermənilərin Azərbaycana qarĢı fəaliyyət 

göstərən ağqvardiyaçı zabit, ”Xəzəryanı hökumət”in  baĢçısı, general 

Lazar Biçeraxovla yazıĢmalarını təsdiq edən sənəd (vərəqə) də tapıl-

mıĢdı. Vaxtı ilə  general  V. Tomsonun baĢçılığı ilə  ingilislər  Bakıya 

gələndə  “biçeraxovçular” - ruslar və ermənilər sevinmiĢdilər... 

QeydL. Biçeraxov Birinci Dünya müharibəsi zamanı İranda 

rus  qoşunlarının  komandanı  olmuş  və  türklərə  qarşı  da  vuruş-

muşdu. L.Biçeraxov Azərbaycanı “bölünməz Rusiyanın” tərkib his-

səsi  kimi  bəyan  etmişdi.  O,  hələ  1919-cu  ilin  yanvarında  Azərbay-

canda qanuni hakimiyyəti devirmək və forpost üçün “Qafqaz-Xəzər 

hökuməti” deyilən üzdəniraq, oyuncaq qurum yaratmışdı. ”Biçera-

xovçular” şəhərdə azğınlıq edirdilər... L.Biçeraxovun Bakıda çevri-

liş etmək istədiyini Azərbaycan hökuməti 1919-cu il fevralın 28-də 

müttəfiq qoşunların komandanı V. Tomsona bildirmişdi. V. Tomson 

L.  Biçeraxova  48  saat  ərzində  Bakını  tərk  etməyi  əmr  etmiş  və  bu 

əmr yerinə yetirilmişdi... 

Azərbaycan  hökumətinin  baĢçısı və  daxili  iĢlər naziri  N.  Yu-

sifbəyli  iyunun  16-da  Parlament  qarĢısındakı  çıxıĢında  ermənilərin 

gizli  fəaliyyəti  barədə  məlumat  vermiĢ  və  izahat  tələb  etmiĢdi.  Er-

mənistan Respublikasının Azərbaycandakı Diplomatik Nümayəndə-

liyi isə Azərbaycan hökumətinin sorğusuna cavab olaraq bildirmiĢdi 

ki, kilsədən tapılan “Ģeylər” general Denikinin ağqvardiyaçı ordusu 

ilə  əlaqəsi  olan  poruçik    ArĢak    Sarkisovun  “iĢi”dir.  O,  bu  əlaqəni 

Denikinin ordusunda xidmət edən “dostu” S. Balayansla birgə edib. 

Odur  ki,  Ermənistan    Diplomatik    Missiyası    onların    hər  ikisinin 

cəzalandırılmasını  Azərbaycan  Cümhuriyyətinin  hərbi  naziri  S. 

Mehmandarovdan  xahiĢ edir və bunu “ədalətli” sayır... 




 

143 


Azərbaycan  DĠN-in  saxta  pul  kəsilməsinə  qarĢı  mübarizəsi  ilə 

əlaqədar  daha  bir  fakt  üzərində  dayanaq.  Bakıda  Ġlizar  adında  bir 

nəfər  Ģübhəli  Ģəxs  qismində  polis  tərəfindən  həbs  edilmiĢdi.  Onun 

mənzilindəki çarpayının altından 100.000 min manat pul, möhtəkirlik 

məqsədilə  gizlədilmiĢ  çoxlu  brilyant  üzük  tapılmıĢdı.  Ġlizarın  “dost-

ları”  da  daxil  olmaqla  5  nəfərdən  ibarət  pul  möhtəkirliyi  ilə  məĢğul 

olan  qrupdan  üst-üstə  22  milyon  köhnə  Nikolay  pulu  da  aĢkar 

edilərək götürülmüĢdü. Bununla yanaĢı, Armiyanski  (sovet dövründə 

Qorki) və  Kamenistı (sovet dövründə ġors) küçələrinin tinindəki bi-

nada  qəlp  pul  hazırlayanlar  da  yaxalanmıĢdı.  Merkuri  (sovet  döv-

ründə  “ġaumyan” adlanırdı. Sonra Azərbaycan prospekti olub. Ġndi 

Zərifə  Əliyeva  prospektidir)  və  Budaqov  (indiki  Bülbül  prospekti) 

küçələrinin tinində 400.000 manat hökumət pulunu aparan inkasatora 

əli  silahlı  cinayətkarlar  hücum  edərkən  polisin  yaxınlaĢdığını  görüb 

aradan  çıxmıĢdılar.  Naberejnı  küçəsində  (indiki  Neftçilər  prospekti) 

gəmi  tərsanəsi  ilə  üzbəüz  binada  8  nəfər  naməlum  Ģəxs  cinayət-

axtarıĢ polisi məmurunun libasında və saxta vəsiqə ilə axtarıĢ keçirib, 

buradan xeyli cavahirat və qızılı qarət edib aparmıĢdılar. Polis onların 

izinə düĢə bilmiĢ və bu  hadisənin üstünü açmıĢdı... 

Cinayətkarlıqla  mübarizədə  polis  əməkdaĢları  və  məmurları 

xidmət baĢında həlak da olurdular. Belə hallarda Azərbaycan höku-

məti DĠN-in təqdimatı üzrə onların ailələrinə yardım kəsirdi. Məsə-

lən,  N.Yusifbəylinin  nazir  olduğu  dövrdə  Daxili  ĠĢlər  Nazirliyinin 

1919-cu ildə Gəncə, Nuxa və digər qəza rəisləri və Ģəhər polismeys-

terlikləri ilə  yazıĢmaları  nəticəsində həmin ilin  yanvarında cinayət-

karlarla  mübarizədə  həlak  olmuĢ  Gəncə  polisinin  qorodovoyu  Əli 

Kərbəlayı Məsim oğlunun və Nuxa həbsxanasının nəzarətçisi Baba 

Hacı Sadıx oğlunun ailələrinə birdəfəlik təqaüdlər təyin edilmiĢdi. 

Azərbaycan Məhkəmə Palatası prokuroruna Bakı Ģəhərinin 1-ci 

sahə  polisi  rəisi  tərəfindən  yazılmıĢ  raportunda  bildirilirdi  ki,  bu  il 

iyun  ayının  19-da,  gecə  Bayıl  küçəsində  yaĢayan  bir  varlı  Ģəxsin 

mənzilinə  iki  nəfər  gəlib  özlərini  polis  kimi  təqdim  etmiĢlər.  Onlar-

dan biri özünü təhriri (axtarıĢ) polisinin rəisi kimi təqdim edib, güya 

pulemyot  axtardıqlarını  söyləyib  və  sübut  üçün  fotoĢəkil  yapıĢdırıl-

mıĢ vəsiqə təqdim edib. Lakin axtarıĢa baĢlayandan bir az sonra onlar 

evin xanımını silahla qorxudaraq, kassanı zorla açdırıb, oradan qızıl 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə