Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə44/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   40   41   42   43   44   45   46   47   ...   156

 

132 


in 28 aprel 1919-cu il tarixli əmri ilə arzu edən hər kəs,o cümlədən 

siyasətlə məĢğul olanlar olkənin hüdudlarından heç bir əlavə vizaya 

ehtiyac  olmadan  kənara  çıxa  bilərdilər.  Bu  cür  hüquq  o  zamankı 

siyasi partiyalara və ictimai təĢkilatlara da Ģamil edilmiĢdi... 

N.  Yusifbəyli bir daxili iĢlər naziri kimi fəaliyətə  baĢlayandan 

sonra  ilk  tədbirlərindən  biri  zərurət  olaraq  DĠN-in  strukturlarını  təc-

rübəli  kadrlarla  möhkəmləndirmək,onların  idarəçiliyini  təkmilləĢdir-

mək  idi.  Məsələn,  N.  Yusifbəylinin  təklifi  və  təqdimatı  üzrə,  Azər-

baycan  hökumətinin  6  may  1919-cu  il  tarixli  qərarı  ilə  xalqımızın 

milli  istiqlaliyyəti,  müstəqilliyi  uğrunda  fəal  mübarizlərdən  biri, 

Gəncəbasarın  məĢhur  Rəfibəylilər  nəslindən  olan  Xudadat  bəy  Rə-

fibəyli  (1877-1920)  Gəncə  quberniyasının  general-qubernatoru  və-

zifəsinə  təyin  edilmiĢ,  bu  vəzifədə  Azərbaycan  Xalq  Cümhuriyyəti 

süqut edənə kimi qətiyyətlə və yorulmadan fəaliyyət göstərmiĢdi... 

N.  Yusifbəyli bir  hökumət  baĢçısı və  eyni  zamanda da daxili 

iĢlər  naziri  kimi  dövlət  əleyhinə  qarĢı  aparılan  bütün  təzahürlərin 

aradan qaldırılmasına çalıĢırdı. Bu iĢdə hətta Bakıdakı ingilis polisi 

ilə  əməkdaĢlıqdan  da  istifadə  edirdi.  Məsələn,  onun  göstəriĢləri  ilə 

1919-cu ilin mayından oktyabrınadək  Bakı polisi müttəfiq qoĢunla-

rın qərargahının müdafiəsi və ingilis polisnin iĢtirakı ilə Azərbaycan 

hökumətinə  qarĢı  gizli  pozuculuq  iĢləri  ilə  məĢğul  olan  bir  qrup 

görkəmli  bolĢevik  fəalını,  o  cümlədən  Eminbəyli  Ġbrahim  Abdulla 

oğlunu  (1894,  Gəncə-1937;  otuzuncu  illərdə  repressiyaya  məruz 

qalıb  və  güllələnib),  Axundov  ġirəli  BaxĢəli  oğlunu  (1886,  Bakı 

quberniyasının  Lənkəran qəzası,  Razigirdani  kəndi-1960,  Lənkəran 

Ģəhər), may ayında Qasımov MirbəĢir Fəttah oğlunu (1879, Cənubi 

Azərbaycan  (Ġran),  Təbriz  vilayəti,  DaĢbulaq  kəndi-1949,  Bakı), 

Mirzoyan  Levon  Ġsayeviçi  (1897-1938),  Roqov  Nikifor  Fyodroviçi 

(1887,  Simbirski  quberniyası,  Korsunski  qəzası,  Sudoseve  kəndi  - 

fevral 1920-ci ildə dənizdə hərbi gəmidəki Denikin ağqvardiyaçılar 

tərəfindən  saxlanılaraq  digər  bolĢevik  yoldaĢları  ilə  birlikdə  güllə-

lənmiĢdir),  Hüseynov  Rəhim  Məmməd  Cəfər  oğlunu  (1891,  Gədə-

bəy-1937; otuzuncu illərdə repressiya olunub və  güllələnib), Dada-

Ģov  Müseyib  Mirzə  oğlunu  (1896,Bakı  qəzasının  Balaxanı  kəndi-

1967,  Bakı),  Tağıyev  Ġbrahim Tağı  oğlunu  (1894,  Qazax qəzasının 

Öksüzlü  kəndi  -  1938;  otuzuncu  illərdə  repressiya  olunub  və 




 

133 


güllələnib),  Konkin  Ġvan  Mixayloviçi    (1896,Gəncə  qəzası,  Gədə-

bəy  sahəsi,  Slavyanka  kəndi-1954,Moskva),  Qutin  Semyon  Avelo-

viçi  (1897,  Bakı-1938;  otuzuncu  illərdə  repressiya  olunub  və 

güllələnib),  Ağa-zadə  Kamran  Cəfər  oğlunu  (1891,  Cənubi  Azər-

baycan,  Ərdəbil  Vilayəti  Pərni  kəndi-1939;  ağır  xəstəlikdən  sonra 

ölmüĢdür),  AnaĢkin  Ġvan  Ġvanoviçi  (1880-1937;  otuzuncu  illərdə 

repressiya olunmuĢ  və 1937-ci il dekabrın 30-dan 31-nə keçən gecə 

güllələnmiĢdi. O, həmin gecə güllələnən 48 nəfərin  içərisində sayca 

29-cu  idi...),  iyunda  Bünyadzadə  DadaĢ  Xoca  oğlunu  (1888-1938), 

Sərdarov  Bünyad  Mədət  oğlunu  (1888-1919),  sentyabrda  Əliyev 

HaĢım  Bədəl  oğlunu  (1892,  Bakı-5  sentyabr  1919;  öldürülmüĢ-

dür...), Musəvi Mir Fəttah Əli oğlunu (1891, ġuĢa -5 sentyabr 1919, 

Bakı; öldürülmüĢdür...), Cəbrayılov Məmməd Hüseyn Rüstəm oğlu-

nu (1900-1938) həbs etmiĢ, müsəlləh dəstə yaradıb müqavimət gös-

tərən    “Qatır  Məmmədi”    (1887,  Gəncə  quberniyası,  Goranboy  - 

Əhmədli kəndi - 18 sentyabr 1919-cu il, Kür sahilindəki Qaraquvax 

kəndi;  Azərbaycan  Cümhuriyyəti  tərəfindən  güllələnmiĢdir)  məhv 

etmiĢdi... 

Kütləvi  həbslər  ölkənin  təhlükəsizliyi  üçün  narahatçılıq  törə- 

dənlərə  qarĢı  yönəlmiĢdi.  Üstəlik,  Bakıda  və  bölgələrdə  vəziyyəti 

kəskinləĢdirən  cinayətkar  ünsürlərlə  də  amansız  mübarizə  aparı-

lırdı... Beləliklə, görünür ki, Azərbaycan Daxili ĠĢlər Nazirliyi, onun 

polis orqanları Bakıda və bölgələrdə iki cəbhədə: siyasi məqsədlərlə 

pozuculuq  törədənlərlə  və  habelə,  bilavasitə  cinayətkar  hadisələrlə 

məĢğul  olan  sırf  kriminal,  o  cümlədən  transmilli  qüvvələrlə  müba-

rizə aparmalı olurdular... 



Təyinat.  13  oktyabr  1919-cu  il.Daxili  iĢlər  naziri  N.  Yusif-

bəylinin əmri ilə Əmir xan Cahangir xan oğlu Xoyski  Qazaxın qu-

bernatoru (DĠN-in Qazax qəzasında Xüsusi Səlayiyyətli müvəkkili) 

təyin edilmiĢdi. 

29 oktyabr 1919-cu il. Bakıda Azərbaycan Xalq Cümhuriyyəti 

Ordusunun paradı keçirilmiĢdi. NümayiĢi Azərbaycan Cümhuriyyə-

ti  hökumətinin  baĢçısı və daxili  iĢlər naziri  N.  Yusifbəyli qəbul  et-

miĢdi. 


N.  Yusifbəyli  islahatçı  idi.  Onun  nazirliyi  dövründə  müstəqil 

Azərbaycan  polisinin  formalaĢmasının  üçüncü  mərhələsi  baĢlan-




 

134 


mıĢdı. Həmin mərhələdə ölkədə bütün daxili iĢlər orqanları respub-

lika  DĠN-in əlində  mərkəzləĢmiĢdi.  O cümlədən  Bakı  və  Balaxanı-

Sabunçu  polisi,  habelə  Bakı  Qradonaçalnikliyinin  də  qəti  olaraq 

DĠN-ə  tabeçiliyi  baĢa  çatmıĢdı.  1919-cu  ilin  iyununda  Bakı  Ģəhər 

polisinin  Ģtatları  da  artırılmıĢ  və  buna  5,5  milyon  manat  pul  ayrıl-

mıĢdı.  Ölkə  vətəndaĢlarının  Ģəxsiyyət  və  əmlak  toxunulmazlığının 

mühafizəsi güclənmiĢdi. Azərbaycan ərazisində yaĢayan bütün mil-

lətlərin hüquqlarının müdafiəsi təmin edilmiĢ, milli zəmində müna-

qiĢələr  aradan  qaldırılmıĢdı.Vəzifə  cinayətlərilə  mübarizə  güclən-

dirilmiĢdi.  Qubernatorlara  və  qəza  rəislərinə  yerlərdə  polis  xidmə-

tinin təĢkili üçün ən geniĢ səlahiyyətlər verilmiĢdi. 

Daxili  ĠĢlər  Nazirliyi  erməni  daĢnakların  törətdikləri  fitnə-

karlıqları dəf etmək üçün müstəsna tədbirlərə belə əl atmağa məcbur 

olurdu. Bunu DĠN-in Mərkəzi Aparatına yerli orqanların göndərdik-

ləri  məlumatlardan  bilmək  olurdu.  Gəncə  qubernatorunun  1919-cu 

ildə daxili iĢlər naziri  Nəsib bəy Yusifbəyliyə göndərdiyi raportun-

da  deyilirdi:  ”Son  illərin  hadisələri  ilə  əlaqədar  mənə  tapĢırılmıĢ 

ərazidə  müsəlmanların  vəziyyəti  xeyli  ağırlaĢmıĢdır.  Ermənilər 

azərbaycanlılar, ruslar və kolonist almanlardan fərqli olaraq öz qani-

çən hərəkətlərindən usanmır, kəndləri qarət edir, qadın və uĢaqlara 

iĢgəncə  verirlər.  DaĢnaqların  vəhĢiliyinin  hüdüdu  yoxdur.  Orta  əsr 

vəhĢiliyi onların törətdikləri dəhĢətlər qarĢısında sönük görünür”. 

N. Yusifbəylinin qətiyyətli mövqeyi və hərəkətləri düĢmənləri 

bərk  narahat  edirdi.  Onlar  bu  görkəmli  dövlət  xadiminin  həyatına 

qəsd niyətindən belə çəkilnmirdilər. Həmin aktlardan biri bu cür baĢ 

vermiĢdi: 

- 7 iyun 1919-cu ildə Ədliyyə Nazirliyinə məhkəmə prokuroru 

Eristov  tərəfindən  3112  nömrəli  müraciət  daxil  oldu.  Orada  deyi-

lirdi  ki,  Bakı  Ģəhərində  günortaya  yaxın  Azərbaycan  Cümhuriyyəti 

Nazirlər ġurasının sədri  N.  Yusifbəyli öz mənzilindən (Baryatinski 

küçəsindəki  6  nömrəli  evdən)  çıxıb  binanın  ağzında  onu  gözləyən 

xidməti maĢına əyləĢib və yola düĢüb. Bundan 5 dəqiqə keçmiĢ Nə-

sib  bəyin  mənzilinin  kəndarında  postda  dayanmıĢ  Azərbaycan  hö-

kumətinin süvari konvoyunun əməkdaĢı, Əli Hüseyn DadaĢov yuxa-

rıdan pilləkənlərlə aĢağı düĢüb həyətdə yerləĢən ayaqyoluna getmək 

istəyərkən,  evin  giriĢində  görkəmindən  erməniyə  oxĢayan  bir 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə