Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə41/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   37   38   39   40   41   42   43   44   ...   156

 

123 


həmyerlilər təĢkilatı”nın rəhbərlərindən Nəriman Nərimanov (1870-

1925),  Xosrov  bəy  Sultanov  (1879-1947)  və  Məhəmməd  bəy 

ġahmalıyev (1870-1924) ilə birlikdə çarizmin müstəmləkə siyasəti-

nə qarĢı mübarizə aparırdı. 

Tələbələrin inqilabi mübarizəsindən qorxuya düĢən çar höku-

məti  1907-ci  ildə  Odessa  Universitetini  müvəqqəti  bağladı.  Bu  za-

man  Nəsib  bəy  Krımın  Bağçasaray  Ģəhərinə  köçmüĢ  və  orada  gör-

kəmli  ictimai-siyasi  xadim    Ġsmayıl  bəy  Qaspiralının  (1851-1914) 

redaktor  olduğu  “Tərcüman”  qəzetində  məqalələrlə  çıxıĢ  etməyə 

baĢlamıĢdı. O, elə Ġsmayıl bəyin qızı  ġəfiqə  Sultan  xanımla ailə 

həyatı  qurmuĢ  və  bir  müddət  bu  Ģəhərdə  yaĢamıĢdı.  Həmin  dövrdə 

N.Yusifbəyli  Bağçasarayda  Azərbaycan  dramaturqlarının  əsərlərini 

tamaĢaya qoymuĢ və özü də əsas rollarda  çıxıĢlar etmiĢdi. ”Tərcü-

man“  qəzetinin 13  yanvar  1907-ci il tarixli nömrəsində bildirilirdi 

ki, Bağçasaray teatr həvəskarları tərəfindən Ə.Haqverdiyevin (1870, 

ġuĢa -1933, Bakı) “Dağılan tifaq” faciəsi  tamaĢaya  qoyulmuĢdur.  

BaĢ  rolda  -  Nəcəf  bəy  rolunda  Nəsib  bəy  Yusifbəyli  oynamıĢdır. 

N.Yusifbəyli  həmin  illərdə  görkəmli  Azərbaycan  ədəbiyyatĢünası 

Firidun bəy Köçərlinin  “Azərbaycan ədəbiyyatı”  (Firidun  bəy Əh-

məd bəy oğlu  Köçərli  26 yanvar 1863-cü ildə ġuĢada doğulmuĢdu. 

Görkəmli ədəbiyyatĢünas, maarifçi və pedaqoq idi. AXC  dövründə 

Qoru  Müəllimlər  Seminariyasının  Gürcüstandan  Qazax  Ģəhərinə 

köçürülməsinin  təĢəbbüskarı  olmuĢdu.  Qazax  Seminariyasının  di-

rektoru iĢləmiĢdi. Gəncə üsyanında (24 may - 4 iyun 1920-ci il) təq-

sirli  bilinərək,  XI  ordunun  Xüsusi  ġöbəsi  tərəfindən  həbs  edilərək, 

sorğusuz-sualsız    vəhĢicəsinə  güllələnmiĢdi)  və  otuz dörd il  Zaqaf-

qaziyanın  müftisi  olmuĢ,  böyük  maarifpərvər-ilahiyyatçı,  ictimai 

xadim  və  filoloq  alim  Mirzə  Hüseyn  əfəndi  Qayıbzadənin  (Qayı-

bovun) (1826-1917) əsərlərinin Bağçasaray Ģəhərində çap olunması-

na çox çalıĢsa da naməlum səbəblərdən istəyinə nail ola bilməmiĢdi. 

Bununla  belə,  Nəsib  bəy  XX  əsr  Azərbaycan-Krım  ədəbi-mədəni  

əlaqələrinin  əsasını  qoyanlardan  biri  sayılır. 

Çar  hökuməti  orqanlarının  güclənən  təqiblərindən  yaxa  qur-

tarmaq  üçün  Nəsib  bəy  Odessada  “Novorossiysk”  Universitetinin  

4-cü  kursundan  yarımçıq  çıxaraq,1908-ci  ildə  Ġstanbula  gəlmiĢdi 

(Ġstanbul  latın-yunan  sözü  olub,  “Ġstin  polis”,  ”Ģəhərə  gedirəm”, 




 

124 


”Ģəhərə girirəm” deməkdir. Bu sözü ilk dəfə XV əsrdə - 1453-cü il 

mayın  29-da  Bizansın  paytaxtı  Konstantinopolu  fəth  edərkən 

Osmanlı Ġmperiyasının hökmdarı Sultan Muradın oğlu Fateh Sultan 

Ġkinci Mehmet söyləmiĢdir (20 mart 1432, Ġstanbul - 3 may 1481). 

Həmin tarixdən Konstantinopolun adı dəyiĢdirilərək Ġstanbul qoyul-

muĢdur.Ġstanbul 1453-cü ildən 1923-cü il oktyabrın 13-dək Osmanlı 

Ġmperiyasının paytaxtı olmuĢdur. Bu Ģəhər hazırda Türkiyənin ən iri 

Ģəhəridir.  Ġstanbulda  20  milyondan  çox  əhali  yaĢayır.1923-cü  il 

oktyabrın  29-dan isə Türkiyənin  paytaxtı  Ankaradır (Ankara sözü 

e.ə. yeddinci əsrdən bəllidir;yunanca  “anqura” sözündəndir, mənası 

“lövbər salınan”, ”lövbər atılan” yer” deməkdir. Osmanlı Türkiyəsi-

nin ilk paytaxtı isə Bursa Ģəhəridir...). 

1908-ci ildə Ġstanbulda Nəsib bəy ”Türk dərnəyi” adlı cəmiy-

yətin  yaradıcılarından  biri  olmuĢdu.Lakin  burada  da  “təzyiqlərə” 

məruz  qaldığından  1909-cu  ildə  Gəncəyə  qayıtmıĢdı.1910-1917-ci 

illərdə  N.Yusifbəyli  xalqının  bir  qrup  maarifpərvər  adamları  ilə 

birlikdə fəaliyyətini davam etdirmiĢdi.O, Azərbaycan dramaturgiya-

sının  banisi  M.F.Axundovun  anadan  olmasının  100  illiyini  geniĢ 

qeyd etmək təĢəbbüslərinə qoĢulanlarından biri idi.Nəsib bəy həmin 

illərdə  “Molla  Nəsrəddin”  satirik  jurnalını  hücumlardan  müdafiə 

edənlərdən  də  biri  idi.  Nəsib  bəy  Gəncədə  yaradılmıĢ  “Müsəlman 

Xeyriyyə  Cəmiyyəti”nin,  ”Müsəlmanlar    içində  maarif  yayan  cə-

miyyət”in və “Aktyorlar Cəmiyyəti”nin fəaliyyətində yaxından iĢti-

rak  edirdi.  O,”Azərbaycan  ədəbiyyatı  tarixi”  əsərini  məhz  həmin 

dövrdə yazıb baĢa çatdırmıĢdı (bu əsərin əlyazmasının sonrakı taleyi 

məlum deyil). 

1917-ci  ilin  fevralında  Rusiyada  burjua-demokratik  inqilabı 

baĢ verdikdən sonra, yaranmıĢ leqal Ģəraitdə həmin il mart ayının 3-

də N.Yusifbəyli tərəfindən Gəncədə “Türk Ədəmi-Mərkəziyyət (Fe-

deralist) Firqəsi yaradılıb fəaliyyətə baĢladı. Nəsib bəy bu partiyanı  

keĢmiĢ “Qeyrət” (1905) təĢkilatının bazası əsasında yaratmıĢdı. Par-

tiyanı yaratmaqda ona Gəncədə böyük nüfuz sahibi olan atası Yusif 

bəy  yaxından  kömək  göstərmiĢdi...Nəsib  bəy  bu  partiyaya  xalqını 

müstəqilliyə çıxara biləcək bir mübariz siyasi orqan kimi baxırdı. O, 

bu  partiyanı  vaxtı  ilə  Gəncə  Bələdiyyə  Ġdarəsində  çalıĢdığı  zaman 

(1906-cı  il)  gizli  fəaliyyət  göstərən  “Dram  Cəmiyyəti”  təĢkilatının 




 

125 


əsasında  yaratmıĢdı.  Tezliklə,  Gəncədə  böyük  nüfuz  qazanmıĢ  bu 

partiyanın əsas məqsədi federativ əsasda Rusiyanın tərkibində Azər-

baycana muxtariyyət verilməsinə nail olmaq idi . Bu cəhətdən onun 

proqramı Nəsib bəyin məslək dostu və sıx əlaqədə olduğu M.Ə. Rə-

sulzadənin  Bakıda  fəaliyyət  göstərən  “Müsavat”  partiyasına  yaxın 

idi. Yeni partiya  öz proqramı ilə xalqı tanıĢ etmək üçün Gəncədəki 

Ģah Abbas  (Səfəvi  Birinci  Ģah Abbas Əla Kəbir (1571-1629). 13 

fevral  1587-ci ildən 19 yanvar 1629-cu  illərdə  Səfəvilər  dövləti-

nin  Ģahı  olmuĢdur)    məscidinin  həyətində    böyük  mitinq  təĢkil  et-

miĢdi.  Gəncədəki  ermənilər  buna  mane  olmaq  istəsələr  də,  mitinq  

“YaĢasın,  Demokratik  Respublika!”,  ”YaĢasın,  Türk    Ədəmi-Mər-

kəziyyət Partiyası!” Ģüarları altında uğurla baĢa çatdırılmıĢdı. 

1917-ci  il  aprelin  17-21-də  Bakıda  “Ġsmailliyə”də  (indiki 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Rəyasət  Heyətinin  binası”) 

keçirilən 

Qafqaz  müsəlmanlarının  qurultayındakı  çıxıĢında            

N.Yusifbəyli  Rusiyanın  tərkibində  Azərbaycana  muxtariyyət  veril-

məsini qəti Ģəkildə irəli sürmüĢdü.Qurultayın əsas məsələsi öz mü-

qəddəratını təyin etmək məsələsi idi.Qurultayda çıxıĢ edən N.Yusif-

bəyli  bildirmiĢdi  ki,müstəqil  dövlət  yaradılsın.O,öz  proqramında 

Qafqazın,  Krımın  və  qismən  Volqaboyunun  müsəlmanlar  yaĢayan 

hissəsinin  yaĢıl  iĢarələrlə  qeyd  olunduğu  etnoqrafik  xəritəni  gözü 

yaĢarmıĢ  halda  və  ehtirasla  qurultaya  toplaĢanlara  göstərərək 

demiĢdi  ki,  ”Türk  ocağı    ”Müsavat”    partiyasının    əhali  arasında 

təĢkil etdiyi özəkləri birləĢdirən qurumdur. Müsəlmanlar Rusiyadan 

ayrılmaq  istəmirlər”.  O,  hamını  yaĢıl  bayraq  altına  toplaĢmağa 

çağırırdı. Lakin bolĢeviklərdən N.Nərimanov, M.Əzizbəyov, H.Sul-

tanov  və  digərləri  bildirirdilər  ki,  zəhmətkeĢ  müsəlmanların  xilası 

ancaq  qırmızı  bolĢevik  bayrağı  ətrafında  toplaĢmaqdadır.  Onlar 

fəhlə məsələsini həll etməyi tələb etdikdə, Nəsib bəy yenidən tribu-

naya  qalxıb  əlindəki  Qafqaz  etnoqrafik  xəritəsini  göstərərək:  ”Siz 

burada hansı məsələni qaldırırsınız.Əvvəlcə millətin məsələsini həll 

etməliyik,  öz dövlətimiz, özünüidarəmiz olduqdan sonra isə öz evi-

mizdə fəhlə məsələsini də həll edərik”. 

Qurultayda Nəsib bəy və M.Ə. Rəsulzadə razılığa gəldilər ki, 

məramları eyni olan hər iki partiya - Gəncədəki  “Türk Ədəmi-Mər-

kəziyyət  Firqəsi”  və  Bakıdakı    “Müsəlman  Demokratik  Müsavat 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə