Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə43/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   39   40   41   42   43   44   45   46   ...   156

 

129 


1919-cu il martın 14-də N. Yusifbəyli Azərbaycan Cümhuriy-

yəti Nazirlər ġurasının sədri, bir qədər sonra - aprel ayından isə həm 

də daxili iĢlər naziri kimi fəaliyyətə baĢlamıĢdı. Aprel ayının 14-də 

o, yeni yaratdığı kabinetin üzvlərini Azərbaycan Cümhuriyyəti Par-

lamentinə  təqdim  etmiĢdi.  N.  Yusifbəyli  hökumətdə  Nazirlər  ġura-

sının sədri və daxili iĢlər naziri vəzifələrini tutduğunu bəyan etmiĢ-

di. Təxminən bir aydan sonra, 1919-cu il aprelin 16-da Nəsib bəyin 

Parlamentin  iclasında  hökumətin  Bəyannaməsi  haqqında  çıxıĢı  çox 

təsirli  olmuĢ  və  dəfələrlə  alqıĢlanmıĢdı.  Bakıdakı  ingilis  koman-

danlığı  nümayəndəliyinin də iĢtirak etdiyi  həmin iclasda N. Yusif-

bəyli  çoxmillətli  Parlament  üzvlərini  və  qonaqları  Azərbaycanın 

mövcudluğunun əsas prinsipi olan Ġstiqlal prinsipindən dönməyəcə-

yinə əmin edən dəlillər gətirmiĢ, ərazi bütövlüyümüzün dəyiĢilməz-

liyini və müqəddəsliyini diqqətə çatdırmıĢdı. 

N.  Yusifbəyli  Azərbaycan  Parlamentini  beynəlxalq  miqyasda 

xalqımızı  layiqincə  təmsil  edən  və  həqiqi  demokratik  zəmində  qu-

rulmuĢ  bir  siyasi  forum  kimi  yüksək  qiymətləndirir  və  vaxtaĢırı 

onun  tribunasından  öz  fikirlərini  səsləndirirdi.  Azərbaycan  Parla-

mentinin iclaslarında çox partiya, fraksiya və qrupların qızğın siyasi 

diskussiyalar Ģəraitinin, fikir plüralizminin formalaĢdırılması və təmin 

edilməsində Nəsib bəyin rolu az olmamıĢdı... 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  4-cü  hökumətinin  sədri, 

eyni zamanda daxili iĢlər naziri vəzifəsini öz üzərinə götürən N. Yu-

sifbəyli (o dövrün mətbuatında və tarixi ədəbiyyatda Usubbəyov so-

yadı kimi də əksini tapıb) Parlamentdə çıxıĢ etdiyi gün, 1919-cu il 

aprelin 16-da bəyan etdiyi  63 nömrəli əmrdə bildirirdi: 

“Bu gündən etibarən Daxili ĠĢlər Nazirliyinə rəhbərliyə baĢladı-

ğımı bütün təĢkilata elan edirəm. Ölkədə qanunçuluğun  və qaydanın 

daha  da  möhkəmləndirilməsini  Daxili  ĠĢlər  Nazirliyinin  ən  ümdə 

vəzifəsi  kimi  qarĢıya  qoyuram.  Hansı  milliyyət,  partiya,  əhali,  qrup 

və ya ayrı-ayrı Ģəxslər tərəfindən törədilməsinə baxmayaraq, istənilən 

anarxist çıxıĢların qarĢısı mənim tərəfimdən qəti tədbirlə alınacaq. 

VətəndaĢların  Ģəxsi  və  əmlak  təhlükəsizliyinin  qorunması 

üçün ən təsirli tədbirləri görəcəyəm. 

Azərbaycanda yaĢayan bütün millətlər mənim Ģəxsimdə özləri-

nə və qanuni hüquqlarının qorunmasına eyni münasibət görəcəklər. 




 

130 


Mən  milli  ədavətin  heç  bir  təzahürünə  yol  verməyəcəyəm  və 

bu  zəmində  hər  cür  iğtiĢaĢlar  sərəncamımda  olan  bütün  vasitələrlə 

yatırılacaq. Mən, habelə yerli inzibati rəhbərlik, xüsusilə onun aĢağı 

agentləri arasında, çox təəssüf ki, kök salmıĢ rüĢvətxorluq və alver-

çilik halları ilə mübarizəni öz qarĢımda vəzifə kimi qoyuram; mən 

bu cür təzahürlərə qarĢı amansız olacağam və vəzifə cinayətlərinin 

vaxtında  və  surətlə  təhqiq  edilməsi,  bunlarda  təqsirli  olanların  ifĢa 

edilməsi və məhkəməyə verilməsi üçün tədbirlər görəcəyəm. 

Bu xüsusda mən qəza rəisləri vəzifələrinə namizəd seçməkdə 

cənab  qubernatorlara  sərbəstlik  verirəm  və  həmin  rəisləri  onların 

təqdimatına görə təsdiq edəcəyəm. Qəza inzibati orqanı agentlərinin 

aĢağı  çinləri  üçün  sərbəst  namizəd  seçmək  xüsusunda  eyni  ilə  bu 

cür  hüquq  qəza  rəislərinə  də  verilmiĢdir.  Bu  zaman  xəbərdarlıq 

etməyi zəruri sayıram ki, təqdimatlar ilə təyin olunmuĢ Ģəxslərin hə-

rəkətləri üçün bütün məsuliyyəti mən cənab qubernatorların üzərinə 

qoyacağam. 

Mən  Daxili  ĠĢlər  Nazirliyinin  bütün  çinlərindən  göstərdiyim 

məqsədlərə  nail  olmaq  üçün  var  qüvvə  ilə  iĢləyəcəklərini,  xidməti 

borcu vicdanla yerinə yetirəcəklərini gözlətirəm. 

Daxili iĢlər naziri Nəsib bəy Usubbəyov”. 

Məzmunundan  göründüyü  kimi,  bu  əmrdə  daxili  iĢlər  naziri 

tərəfindən qarĢıya qoyulan vəzifələr olduqca aydın və konkret  gös-

tərilmiĢdir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti,  onun  hökuməti,  Daxili  ĠĢlər 

Nazirliyi  xalqın  demokratik  azadlıqlarını  təmin  etmək  üçün  çox  iĢ 

görür  və  buna  əks  yönəlmiĢ  hər  hansı  qəsdin  qarĢısını  qətiyyətlə 

alırdılar.  Bu  baxımdan  Azərbaycan  hökumətinin  1919-cu  il  6  may 

tarixli qərarı çox xarakterikdir. Beləki, 1919-cu il mayın 5-də Bakı-

da konkret siyasi məqsədlər güdən iqtisadi tətil baĢlanmıĢdı. Höku-

mət  elə  səhərisi  gün  daxili  iĢlər  naziri  N.  Yusifbəylinin  Mərkəzi 

Fəhlə  Tətil  Komitəsinin  tətil  etməsinə  dair  məruzəsini  dinləmiĢ  və 

bunun əsasında aĢağıdakı kimi qərar qəbul etmiĢdi: 

1.

 

Fəhlə Konfransının elan etdiyi tətil siyasi tətil sayılsın; 



2.

 

Daxili  iĢlər  nazirinə  fəaliyyəti  Azərbaycan  Cümhuriyyəti 



dövlətçiliyinin  əsasına qarĢı  yönəlmiĢ  olduğu hesab etdiyi  adamla-

rın həbsi, hətta Azərbaycan hüdudlarından çıxarılması tədbirləri də 




 

131 


daxil  olmaqla  tətilin  ləğv  edilməsi  üzrə  tam  sərbəst  hərəkət  etmək 

hüququ verilsin

3.

 

Tətil günlərində fəhlələrə məvacib verilməsin; 



4.

 

Əmək nazirinə fəhlələrin iqtisadi tələblərinin ədalətli his-



sələrinin,  iĢ  adamları  və  fəhlələrlə  birgə  müzakirə  etmək  və  sonra 

hökumətə məlumat vermək tapĢırılsın; 

5.

 

Nazir-sədrə fəhlələrə müvafiq müraciət etmək tapĢırılsın”. 



Lakin  siyasi  məqsədlər  güdən,  3  gün  tətil  edən  buna  məhəl 

qoymadıqları,  əksinə,  hökumət  qarĢısında  ultimatum  irəli  sürməyə 

cəhd  göstərdikləri  üçün  Bakı  polismeysteri  Rüstəm  bəy  Mirzəyev 

mayın 9-da tətilin təĢkillatçıları olan, Rusiyadan idarə olunan bolĢe-

viklərin  liderləri  -  Əli  Heydər  Qarayevi  (1896,  Bakı  quberniyası, 

ġamaxı Ģəhəri-1938;otuzuncu illərdə repressiya olunmuĢ və 1938-ci 

ildə güllələnmiĢdir), Anastas Mikoyanı (Anastas Ġvanoviç Mikoyan, 

1895, Tiflis quberniyasının Sanain kəndi; indiki  Ermənistanın Ala-

verdi  rayonu  -  1978,  Moskva),  Levon  Mirzoyanı  (1897,Gəncə  qu-

berniyasının  ġuĢa  qəzası,  AĢan  kəndi  -  1938;  otuzuncu  illərdə  rep-

ressiya  olunmuĢ  və  1938-ci  ildə  güllələnmiĢdir),  Ġvan  AnaĢkini 

(1880,  Tambov-1938;  otuzuncu  illərdə  repressiya  olunmuĢ  və  gül-

lələnmiĢdir), A.E. Çurayevi, Kovalı, V.V. Lominadzeni (1897, Gür-

cüstan-1935;  otuzuncu  illərdə  repressiyaya  məruz  qalmıĢ,  1935-ci 

ildə özünü öldürmüĢdür), B. ġaboldayevi (sonralar, 1920-ci il mar-

tın 30-da Dağıstanda sovet qoĢunlarının komandanı təyin edilmiĢdi) 

və ümumiyyətlə, 43 nəfəri həbs edib, ciddi polis mühafizəsinin mü-

Ģayiətilə Bakı Polismeysterliyinə gətirmiĢdi. Toxunulmazlıq hüququ 

olan  Parlamentin  üzvü  Ə.H.  Qarayevə  qanunsuz  və  icazə  verilmə-

miĢ  mitinq  fəaliyyətində  bulunduğu  ona  izah  olunmuĢ  və  azad 

edildiyi bildirilmiĢdi.  Sonra  digərləri  də buraxılmıĢdı... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  DĠN-in  orqanları  torpaqları-

mızı qoruyacaq sərhəd qüvvələrinin yaradılmasında, torpaqların bö-

lünüb kəndlilərə verilməsində, bu zaman onlara qarĢı qanunsuz ver-

gilərin  tətbiqinə  və  sıxıĢdırılması  əleyhinə,  Azərbaycan  Ordusu  sı-

ralarına  yeni  çağırıĢçıların  toplanmasının  təĢkilində  də  fəal  iĢtirak 

edirdilər.  Azərbaycan  Cümhuriyyətinin  demokratik  mahiyyətini  öz 

fəaliyyəti  ilə  təmsil  edən  Daxili  ĠĢlər  Nazirliyi  olkədə  demokratik 

prinsiplərin gözlənilməsini nizamlayırdı.Məsələn, Azərbaycan DĠN-



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə