Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə50/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   46   47   48   49   50   51   52   53   ...   156

 

150 


əmrə görə, fərariləri gizlədən vəzifəli Ģəxslər də 10.000 manat məb-

ləğində cərimə olunur və ya 6 aylıq həbs cəzasına məhkum edilirdi-

lər. Hərbi xidmətdən qaçan Ģəxs geyimi və digər  əĢyalarıda özü ilə 

aparırdısa,  fərarinin  ailəsi  və  ya  kənd  icması  həmin  əĢyaların  qiy-

mətinin iki misli miqdarında cərimə edilirdilər. 

Əmrdə  Gəncə  qubernatoru,  qəza  rəisi  və  Gəncə  Ģəhər  polis-

meysterindən tələb olunurdu ki, əsgərlərin fərarilik edəcəyi hallarda, 

dərhal  onları  yaxud  valideynlərini  tapıb  xəbərdar  etməklə  bir  həftə 

vaxt verilsin. Əks təqdirdə, onlar həbs olunmalı və həm də özləri ilə 

apardıqları əĢyaların qiymətini ödəməlidirlər. Bununla belə, hərbi na-

zir  general  S.  Mehmandarovun  daxili  iĢlər  naziri  N.  Yusifbəyliyə 

göndərdiyi  məlumatlarda  həm  də  bildirilirdi  ki,  bəzi  çağırıĢ  yaĢlılar 

hərbi mükəlləfiyyətləri yerinə  yetirməmək üçün polisə qəbul olur və 

beləliklə, gizlənirlər. Bu da yolverilməzdir. Nazir hətta polis xidməti-

nin özündə də fərariliyin olduğunu göstərirdi. Odur ki, hər iki güc na-

zirliyi fərariliyə qarĢı birgə mübarizədə öz səylərini birləĢdirmiĢdilər. 

Əhalini hərbi iĢlə tanıĢ etmək, ölkədə sabitliyin, ictimai asayi-

Ģin və nizam-intizaın saxlanması Nəsib bəyi həm DMK-nın sədri və 

həm  də  Daxili  ĠĢlər  Nazirliyinə  büĢçılıq  edən  bir  Ģəxs  kimi  çöx 

düĢündürürdü. Buna zərurət var idi. Odur ki, DMK-nın 1 iyun 1919-

cu  il  tarixli  qərarı  və  Azərbaycan  Parlamentinin  razılığı  ilə  Azər-

baycan  Cümhuriyyətinin  mobil  Könüllü  Əsgərlər  Dəstəsi  yaradıldı. 

Bu  barədə  Bakı  Ģəhərinin  komendantı,  general-mayor  Firidun  bəy 

Vəzirov  (1850-1925)  7  sentyabr  1919-ci  il  tarixli  raportunda  bildir-

miĢdi.  Dəstə  əvvəlcə  ancaq  Bakı  Ģəhərinin  14  rayonunu:  Sabunçu, 

Mərkəzi,  Balaxanı,  Zabrat,  Suraxanı,  Xil,  AĢağı  Bibiheybət,  Yuxarı 

Bibiheybət,  Qara  Ģəhər,  Ağ  Ģəhər,  Z.Tağıyev  fabriki,  Binəqədi, 

MaĢtağa  və  Nardaran  ərazilərini  əhatə  edirdi.  DMK-nın  qərarı  ilə 

Könüllü  Əsgərlər  Dəstəsinin  rəisi  peĢəkar  hərbçi,  polkovnik  Yusif 

Ziya  bəy  Talıbzadə  (1877-1923)  təyin  edilmiĢdi.  Hələlik,  bilavasitə 

DMK-ya tabe olan bu yeni qurumu əslində, Azərbaycan Respublikası 

DĠN-in hazırkı Daxili QoĢunlarının sələfi adlandırmaq olar. 

1919-cu  il  iyunun  10-da  Azərbaycan  Dövlət  Müdafiə  Ko-

mitəsinin  sədri  və  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  əmri  ilə  Bakı 

Ģəhəri və onun rayonlarının ərazisində yaĢayan hərbi çağırıĢ yaĢına 

çatmıĢ  Ģəxslər  üçün  hərbi  hazırlıq  iĢinin  təĢkili  baĢlanmıĢdı. 




 

151 


Bununla  əlaqədar  könüllü  dəstələrin  təĢkili  üzrə  komissiya 

yaradılmıĢdı. Komissiyaya  artıq  yuxarıda barəsində bəhs  etdiyimiz 

peĢəkar  hərbçi,  ictimai  asayiĢi  mühafizə  edən  Bakı  TəĢkilatının 

Yardım  Alayının  rəisi  Yusif  Ziya  bəy  Talıbzadə  sədr  təyin 

edilmiĢdi. O, 5 min rubl əmək haqqı verilməklə həmin vəzifəyə tə-

yin  olunmuĢdu.  Bu  qurum  da  birbaĢa  DMK-ya  tabeçiliklə  yaradıl-

mıĢdı. Lakin sonra Daxili  ĠĢlər Nazirliyinin tabeliyində olan mobil 

(çevik)  bir  quruma  çevrilmiĢdi.  Belə  ki,  DMK-nın  1920-ci  il  27 

mart  tarixli  qərarı  ilə  Bakı  TəĢkilatının  Yardım  Alayının  könüllü 

dəstələri  Azərbaycan  Cümhuriyyəti  Daxili  ĠĢlər  Nazirliyinin  sərən-

camına verilmiĢdi... Beləliklə, xalqımızın milli istiqlalı və tərəqqisi 

üçün çox iĢlər görmüĢ Ģəxslərdən biri olan Yusif Ziya Talıbzadəni 

həm də DĠN-in indiki Daxili QoĢunlarının yaradıcısı saymaq olar... 

Təyinat. Daxili iĢlər naziri N.Yusifbəylinin 15 iyun 1919-cu il 

tarixli  əmri  ilə  Rüstəm  bəy  Pənahəli  bəy  oğlu  Mirzəyev  Bakı 

Ģəhərinin polismeysteri vəzifəsinə təyin edilmiĢdi. 

N.Yusifbəylinin  baĢçılıq  etdiyi  Azərbaycan  hökuməti  DĠN-in 

fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onun maliyyə xərclə-

rini səmərəli yöndə nizamlayır, bacardıqca bu quruma daha artıq pul 

ayırırdı. Bunun nəticəsi idi ki, 1919-cu ilin sonunda DĠN-ə ayrılan 

maliyyə  vəsaiti  hərbi  və  ədliyyə  nazirliklərinə,  habelə  dövlət 

müdafiəsinə ayrılan maliyyə xərclərindən yüksək olmuĢdu. 

O dövrdə Bakıda yaĢayan Tiflis, Ġran, Dağıstan, Türkmənistan 

və digər  yerlərdən gəlmiĢ cinayətkar ünsürlər çox idi. Bunu nəzərə 

alaraq daxili iĢlər naziri N.Yusifbəyli 28 iyun 1919-cu il tarixli əmr 

vermiĢdi.  Əmrdə  Bakı  və  Balaxanı-Sabunçu  polismeysterlikləri 

qarĢısında aĢağıdakı konkret vəzifələr qoyulmuĢdu: 

-  pristav  və  agentlərin  köməyi  ilə  təcili  olaraq,  hər  evdə  ya-

Ģayan adamların nə ilə məĢğul olduqları müəyyənləĢdirilsin; 

-  çünki  bu  haqda  Azərbaycan  hökumətinin  hələ  28  avqust 

1918-ci  il tarixli  sərəncamı  vardır. Həmin  sərəncamın icrasının  da-

vamı olaraq bütün vətəndaĢlara müraciət olunaraq bildirilsin ki, xa-

rici  pasportların  verilməsi  qubernatorların  səlahiyyətinə  daxildir. 

ÇağırıĢçılara, məhkəmədə və istintaq altında olanlara, həmçinin ver-

giləri ödəməkdən boyun qaçıranlara xarici pasport verilmir



 

152 


-  sakinlərin  qeydiyyat  qaydalarını  pozan  ev  sahibləri,  meh-

manxana müdirləri protokol tərtib edilməklə məsuliyyətə cəlb edil-

sinlər; 

-  məhəllə  pristavları  yeməkxana,  mehmanxana  və  digər  yer-

lərdə  yoxlama aparsınlar. Etibarlı olmayan Ģəxslərin iĢlədiyi ticarət 

müəsisələri dərhal bağlansın, sahibləri isə Ģəhərdən sürgün edilsin

- Ģəhəri bəd niyyətli adamlardan təmizləmək üçün əmr edirəm 

ki, Ģəhərdə  avaralıq edən,  kefdə-damaqda olan,  heç bir iĢlə  məĢğul 

olmayan Ģəxslər aĢkar olunub həbs edilsinlər. Bu istiqamətdə mün-

təzəm  fəaliyyət  göstərmək  üçün  Polismeysterlik  Cinayət-AxtarıĢ 

Polisi ilə razılığa gəlsin. 

Nazir Usubbəyov”. 

Azərbaycan  hökuməti  respublikanın  ərazisində  əks  fəaliyyət 

göstərən  Ģəxslərin  və  qüvvələrin  aĢkar  edilməsini  Daxili  ĠĢlər 

Nazirliyindən getdikcə daha artıq tələb edirdi. Buna müqabil olaraq, 

1919-cu ilin iyulunda Bakının fabrik-zavod rayonlarında (Z.A.Tağı-

yevin,  S.M.ġibayevin,  A.Ġ.MantaĢevin  (Aleksandr  Ġvanoviç  Man-

taĢev. 1842-ci ildə Tiflisdə erməni ailəsində anadan olmuĢdu. 1907-

ci ildə dünyada 835 kilometr uzunluğunda Bakı-Batum neft kəməri 

onun  pulu  ilə  çəkilmiĢdi.  Həmmüasirləri  onu    “neft  kralı”  adlan-

dırırdılar. 1911-ci il aprelin 19-da Sankt-Peterburqda dünyasını də-

yiĢmiĢ A.MantaĢev Tiflisə gətirilmiĢ və oradakı Van kilsəsində dəfn 

edilmiĢdi...)  və  baĢqalarının  zavodlarında)  Azərbaycan  hökuməti 

əleyhinə  gizli  özəklər  yaratmıĢ  bolĢeviklər  polis  tərəfindən  həbs 

edilmiĢ, onlara xəbərdarlıq olunduqdan sonra buraxılmıĢdılar. 

Nəsib  bəyin  dövründə  “Azərbaycan  vətəndaĢlığı  haqqında” 

Qanun  (11  avqust  1919-cu  il)  qəbul  edilmiĢdi.  1919-cu  ilin  avqus-

tunda isə həbsxana iĢlərinə nəzarət DĠN-in sərəncamından çıxarılıb 

Ədliyyə  Nazirliyinin  tabeliyinə  keçirilmiĢdi.  Azərbaycanda  hərbi 

vəziyyətin  tətbiqi  də  N.Yusifbəylinin  rəhbərlik  etdiyi  Daxili  ĠĢlər 

Nazirliyinə  həvalə  olunmuĢdu.  Nəsib  bəy  Azərbaycanın  Dövlət 

Müstəqilliyi əleyhinə yönəlmiĢ hərəkətlərə, siyasi, transmilli, krimi-

nal  cinayətkarlığa  və  cinayətkarlığın  digər  növlərinə,  o  cümlədən 

sabotajçılığa qarĢı mübarizədə amansız və qətiyyətli idi. O, 1919-cu 

ilin  iyulunda  Azərbaycan  Cümhuriyyətinə  tabe  olmayan  və  qiyam 

qaldırmıĢ  “Muğan Sovet Respublikası”nı (25 aprel-25 iyul 1919-cu 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə