Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə35/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   31   32   33   34   35   36   37   38   ...   156

 

105 


Əliyev  (dünyasını  dəyiĢmiĢdir,  Allah  rəhmət  eləsin!),  kinorejissor 

Firəngiz  Qurbanova,DĠN-in  Polis  Akademiyasının  dosenti,tarix 

elmləri  namizədi,  polis  polkovniki  Tahir  Behbudov,  DĠN-in  Mət-

buat    Xidmətinin  əməkdaĢı  ,  tarix  elmləri  namizədi  Ġltifat  Əliyarlı, 

habelə  Ramiz  Abıtalıbov  xalqımızın  general  oğlunun  xatirəsinin 

əbədiləĢdirilməsinə dair bir sıra təkliflər səsləndirdilər.General M.S. 

Ağabəyzadənin  adına  Polis  Akademiyasında  təqaüd  təsis  edilməsi, 

adının Bakıdakı küçələrdən birinə verilməsi və vaxtı ilə Azərbaycan 

Xalq  Cümhiriyyəti  DĠN-dəki  fəaliyyəti  dövründə  Bakıda  yaĢadığı 

binaya xatirə lövhəsinin vurulması, ev muzeyinin yaradılması və s. 

həmin qəbil təkliflərdən idi.Tədbirdə iĢtirak edən Məhəmməd Sadıq 

bəyin qohumu Cəmilə xanım Hüseynzadə,onun oğlu Ġsmayıl xatirə-

tədbirin  təĢkilatĢılarına  və  iĢtirakçılarına  minnətdarlıqlarını  bildir-

miĢdilər. Tədbirin sonunda general-mayor M.S.Ağabəyzadənin haq-

qında  ayrıca  bədii  film  çəkilməsi  və  bununla  əlaqədar  müvafiq 

təĢkilatlara müraciət edilməsi qərara alınmıĢdı... 

 

 

 



XƏLİL BƏY  XASMƏMMƏDOV 

(XASMƏMMƏDLI) 

(1873 – 1947 (1945) 

 

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Azər-



baycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin baĢçılıq 

etdiyi  3-cü  hökumət  kabineti  zamanı  (26  dekabr  1918-ci  il  –  14 

mart 1919-cu il...) Azərbaycan Respublikasının daxili iĢlər naziri ol-

muĢdur. 


Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov (Xasməmmədli) 

1873-cü il oktyabrın 25-də Gəncədə əsilzadə  ailədə  anadan olmuĢ-

du.  Atası  Hacıbababa  bəy  Gəncəbasarın  nüfuzlu  Ģəxslərindən  sa-

yılırdı. Xəlil bəy ixtisasca peĢəkar hüquqĢünas idi.Vaxtı ilə 1906-cı 

il fevralın 20-də Yelizavetpol qəzasından  Rusiyanın III Dövlət Du-

masına deputat seçilmiĢ, Fətəli xan Xoyski və digər deputatlarla bir-

likdə  xalqımızın  mənafeyini  orada  müdafiə  etmiĢdi.  X.Xasməm-

mədov  III  Dumada  hüquq  komissiyasının  üzvü  idi.  Xəlil  bəy 




 

106 


sonralar  Zaqafqaziya  Seyminin  də  üz-

vü seçilmiĢdi. O, ”Müsavat” partiyası-

nın fəal üzvü və rəhbərlərindən biri ol-

muĢdu... 

X.  Xasməmmədov  1918-ci  il 

mayın  28-də  Azərbaycan  Xalq  Cüm-

huriyyətinin  təsis  iclasında  Milli  ġu-

ranın  üzvü  kimi  Azərbaycanın  istiqla-

liyyəti  ilə  bağlı  məruzə  edərək,  onun 

müstəqil  respublika  elan  edilməsinin 

zəruriliyini  əsaslandırmıĢdı...  X.Xas-

məmmədov  F.Xoyskinin  sədr  olduğu 

birinci hökumət kabinetində (28 may - 

17  iyun  1918-ci  il)  ədliyyə  naziri  ol-

muĢdu. F.Xoyskinin baĢçılığı ilə Gəncədə yaradılıb fəaliyyət göstər-

miĢ 2-ci hökumət kabineti zamanı (17 iyun – 12 dekabr 1918-ci il) 

”Müsavat”ı  təmsil  edən  X.Xasməmmədov  portfelsiz  (mülki)  nazir 

postunu tutmuĢdu. Bitərəf F.Xoyskinin rəhbərlik etdiyi ikinci höku-

mətin  mövcudluğu  dövründə,  1918-ci  il  oktyabrın  6-da  aparılan 

kabinədaxili dəyiĢikliklərdən  sonra  X.Xasməmmədov  yollar  nazi-

ri  təyin  edilmiĢdi. 

1918-ci  il  sentayabrın  6-da  Türkiyədə  yeni  hakimiyyətə 

gəlmiĢ  Sultan  Əbdül  Məcidin  (1839-1861)  (“məcid”  ərəbcə  “əzə-

mətli”,  ”görkəmli”  deməkdir)  oğlu  axırıncı  (8-ci)  Osmanlı  padĢahı  

Sultan  Altıncı Vahiddin Mehmed  (2 fevral 1861, Ġstanbul - 15 may 

1926,  Ġstanbul)  Ġstanbula  təĢrif  buyurmuĢ  Azərbaycan  nümayəndə 

heyətini  qəbul  etmiĢdi.  Onları  Türkiyənin  hərbi  naziri  Ənvər  paĢa 

(1881-1922)  qarĢılayıb  sultana  təqdim  etmiĢdi.  Bu  görüĢ  müstəqil 

Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmə vəsiqə qazanmasın-

da və onun tanınmasında müsbət rol oynamıĢ və sürətləndirici təsir 

göstərmiĢdi.  Həmin  gün    Sultan  Altıncı  Mehmed  tərəfindən  qəbul 

edilən  3  nəfərdən  ibarət  nümayəndə  heyətində  M.Ə.Rəsulzadə, 

A.Səfikürdski ilə bir sırada X.Xasməmmədov da vardı . 

F.Xoyskinin  yenidən  sədr  olduğu  3-cü  hökumət  kabinetində 

(26  dekabr  1918-ci  il  -  14  mart  1919-cu  il)  müsavatçı  X.Xasməm-

mədov o zaman ən çətin və həm də çox mühüm vəzifə sayılan daxili 




 

107 


iĢlər naziri vəzifəsində çalıĢmıĢdı. O, bu vəzifədə 26 dekabr 1918-ci 

ildən  14  mart  1919-cu  ilədək  iĢləmiĢdi.  Xəlil  bəy  nazir  iĢlədiyi 

dövrdə  müstəqil  Azərbaycan  polisinin  möhkəmləndirilməsində  və 

inkiĢafında  böyük  xidmətlər  göstərmiĢdi.  Ona  bu  iĢdə  vitse-nazir, 

general-mayor  M.S.  Ağabəyzadə  xüsusilə  yaxından  köməklik  et-

miĢdi... 

X.Xasməmmədovun nazirliyi dövründə onun əmri ilə 14 fev-

ral 1919-cu ildə baĢ verən cinayətləri təhqiq etmək və xidməti vəzi-

fəsindən  sui-istifadəyə  qarĢı  mübarizə  aparmaq  məqsədilə  Daxili 

ĠĢlər  Nazirliyinin  TəftiĢ  Ġstintaq  Komissiyası  yaradılmıĢdı.  Onun 

təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral  1919-cu il 

tarixli  iclasında    “Parlamenti  Mühafizə  Polisi  Dəstəsinin    təĢkili 

haqqında”  qanun  layihəsinə  baxmıĢdı.  (Parlamenti  Mühafizə  Dəs-

təsi  sonra  alaya  çevrilmiĢdi).  Bunun  zəruri  olduğunu  Parlamentin 

üzvü,  Sosialistlər  fraksiyasından  deputat  Qasım  bəy  Camalbəyov 

(1881-1938)  sonralar  yazırdı  ki,  Azərbaycan  Məclisi-Məbusanının 

(Azərbaycan  Parlamentinin)  açıldığı  gün  onun  Nikolayev  (indiki 

Ġstiqlaliyyət)  küçəsində  yerləĢən  binasını  azərbaycanlılar  yox,  hər 

iki  tərəfdən  ingilis  əsgərləri  zirehli  maĢının  müĢayiəti  ilə  qoruyur-

dular və diqqətli yoxlama keçirməklə bir nəfər belə kənar adamı ora 

buraxmırdılar.Odur ki, Azərbaycan Parlamentinin 18 fevral 1919-cu 

il  tarixli  həmin  iclasında  4  maddədən  ibarət  qanun  layihəsi  qəbul 

edilərək, 200 nəfərlik polis dəstəsi yaradılmıĢdı. Onun təsis edilmə-

sində  Parlamentin  üzvü,  Azərbaycanın  görkəmli  ictimai-aiyasi  xa-

dimi,ixtisasca həkim olan Qarabəy Qarabəyovun (27 sentyabr 1873-

1953,  Səmərqənd,  Özbəkistan,  80  yaĢ)  səmərəli  təklifləri  xüsusilə 

bəyənilmiĢdi. 

M.Ə.Rəsulzadənin  təklifi  ilə  yeni  yaradılan  polis  qurumu 

“Parlamenti  Mühafizə  Dəstəsi”  adlandırılmıĢdı  (Sənədlərdə  Parla-

mentin  Qoruyucu  Bölüyü  də  yazılmıĢdır...).  Yeni  yaranan  “Polis 

Mühafizə  Dəstəsi”nin  rəisi  vəzifəsinə  podpolkovnik  Nağı  bəy  Əli-

yev  (Əlizadə)  (1897-1920),  onun  köməkçisi  (müavini)  vəzifəsinə 

isə rotmistr HaĢımbəyov təyin olunmuĢdu. Altı nəfərdən ibarət Ģtat 

vahidi üzrə təsis olumuĢ Parlamenti Mühafizə Polisi əməkdaĢlarının 

– zabit və digər komanda heyətinin vəzifə dərəcələri üzrə aylıq mə-

vacibi aĢagıdakı kimi idi: 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə