Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
105
törətmiş, qatil olmuşdur. Bəs indi necədir?  İndi onu təhqir 
edirlər, alçaldırlar, üzünə tüpürürlər, lakin o dözür. Buradan 
belə  nəticəyə  gəlmək olur ki, insan zülmə tabedir. Nə  qədər 
zülm olursa-olsun, o dözür və öyrəşir
. İnsan psixologiyasının 
qərq olunmamış sirlərindən biri də budur. Niyə insan ən adi bir 
şeyi alçaqlıq hesab etdiyi halda sonra daha betər alçaqlıqları 
sükutla qəbul edir?
«... Həyat, ömür ağır yük kimi çiyinlərindən asılmışdısa,
 
niyə yaşayır, niyə dözüb dayanır? Axı gözlərinin qabağında-
ca ömrü başdan-başa heç olub gedir, heçliyə sərf olunur... O 
isə qətiyyən belə istəmir, min-milyon kərə istəmir. Bəs nədən 
istəməyə-istəməyə bu cür yaşamağa məcbur olur. Axı o da 
başqaları kimi yaşamaq arzulayırdı, sürünmək, özündən qat-
qat aşağılara  əl açmaq istəmirdi. Amma bütün bunları elə-
di, dözdü, dözdü, dözdü... Bəs niyə, niyə? ... Əvvəllər axı 
belə  şeylərə  qəti dözümü yoxdu. Yoxsa adam öldürərdimi, 
elə dəhşətli cinayətlərə əl atardımı? Bu cinayəti o törətmiş-
disə, deməli, alçaqlığa dözəmməmişdi, söz götürmək istəmə-
mişdi, üzünə deyilən sözləri tüpürcək bilmişdi. Bəs indi niyə 
barışdı dünyanın bundan da betər eybəcərlikləri ilə...  İndi 
əzirlər, təhqir edirlər, gözlərinin içinə tüpürürlər, tükləri belə 
qımıldanmır. Elə bil insan deyil, canlı deyil, daşdı, dəmirdi, 
torpaqdı. Ürəyi yoxdu, hissləri yoxdu, laldı, kardı, düşüncə-
sizdi» (132, s. 147). 
«İnsan dənizi» romanında müəllif qəhrəmanın xəyalların-
dan istifadə edərək hadisələrin gedişatına təsir göstərir. Bu xə-
yallarda hadisələr bütün təfərrüatı ilə səhnə kimi qəhrəmanın 
gözü qarşısında canlanır. 
Fakta nəzər salaq: «... İnanmır və dərhal da gözlərinin qaba-
ğında həmin əhvalat təfərrüatınacan səhnə kimi canlanır. 
 Pərdə açılan kimi iri, o qədər də zəngin olmayan otaq gö-
rünür. Axşamdan xeyli keçib. Otağın baş tərəfi ndə qoyulmuş 
televizorda nə isə maraqsız bir veriliş gedir. İki qız uşağı pən-


106
Əhməd Sami Elaydi
cərənin qabağında oturub dərslərinə hazırlaşır. Arvad divanda 
nə isə tikməklə məşğuldu» (132, s. 175). 
Göründüyü kimi, qəhrəmanın xəyalları göydəndüşmə deyil, 
sanki bir rejissor təxəyyülü ilə quraşdırılmış real, canlı səhnə-
dir. Yazıçı bu kimi xəyallar fonunda qəhrəmanı vicdanı ilə üz-
üzə qoyur. Belə ki, qəhrəman öldürdüyü adamla dialoqa girir 
və çəkdiyi bütün psixoloji sarsıntılar gözləri önündə canlanır. 
«Kölgənin ağzını, burnunu, sifətini görmürdü, elə bil bütün 
bunlar yox idi, təkcə gözlərini görürdü və bu Göyüşovun göz-
ləri idi. Qara eynək gizləsə də, Göyüşovun gözləri olduğunu 
bütün varlığı ilə duyurdu. 
– Niyə məni qarabaqara izləyirsən? – Özü öz səsindən sək-
səndi, çünki dili olduğunu, danışa bildiyini unutmuşdu. 
Göyüşov: 
– Səni öldürmək istəyirəm, – dedi. 
İyirmi ilin arxasından gələn bu səs Göyüşovun ağzından 
çıxmadı, Göyüşovun ağzı yox idi, eynəyin altında qara nazik 
bığları tərpənirdi. 
– Niyə? Niyə öldürmək istəyirsən ki məni? – Qorxa-qorxa 
soruşdu və hiss elədi ki, bədəni vahimədən tir-tir titrəyir. 
– Çünki sən ölməlisən. 
– Niyə ölməliyəm mən? Nə günah sahibiyəm? 
– Sən məni öldürmüsən. 
– Axı sən sağsan... 
– Yox mən ölüyəm, səni öldürmək üçün dirilmişəm. Elə bil-
dim güllələnəcəksən, o dünyada haqq-hesab çəkəcəyəm sənin-
lə, amma çox gözlədim, gördüm gəlmirsən, onun üçün dirilib 
gəldim səni öldürməyə» (132, s. 186). 
Bu detallara nəzər salaraq cəsarətlə deyə bilərik ki, Vaqif 
Sultanlının «İnsan dənizi» romanı yüksək bədii sənətkarlıqla 
yazılmışdır. 
Müstəqillik dövründə  nəşr olunan romanlarda, o cümlə-
dən «İnsan dənizi» romanında cənab Allahın varlığını şübhə 


Müstəqillik dövrü Azərbaycan romanı
107
altına alan fi kir və ifadələrə rast gəlmək olar. Fikrimizcə, bu 
kimi qənaətlər Azərbaycanın yetmiş ildən çox Sovetlər Birliyi 
hakimiyyətinin altında olmasından, sovet ideologiyasından 
qaynaqlanır. Məsələn, Vaqif Sultanlının romanında belə fi kir 
var: «... Aman Allah! Allah? Allah vardımı? İlahi sən varsan-
mı? Varsansa, hökmünü, iradəni niyə göstərmirsən? Axı niyə? 
Niyə dayanıb durursan? Sən yaradıb səpməmisənmi yer üzünə 
insanları... Niyə yaratdıqlarını bir-bir qabağında əzirsən, alçal-
dırsan? Niyə onlara qarşı belə amansızsan, ilahi?! Niyə onları 
yarandıqlarına peşman eləyirsən? Bu nə zülümdü çəkdirirsən 
məxluqata?... Axı, yaratdıqlarını dünyaya çılpaq gətirib çılpaq 
aparırsansa, birinin zənginliyi, birinin həqirliyi nədəndi? İnsan 
çörək üçün də əl açmalıdımı?..» (132, s. 147). 
Quran ayələrindən istifadə edərək bunun cavabını verməklə 
kifayətlənirik: «Mən cinləri və insanları yalnız Mənə ibadət 
etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən on-
lardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istə-
mirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz 
olan da Allahdır!» (91, s. 522). 
 «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü diri-
lib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman 
edirdiniz?» Həqiqi hökmdar olan Allah (hər  şeydən) ucadır. 
Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan 
ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə 
gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir) (91, s. 348). 
«(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer 
üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digəriniz-
dən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin 
(kafi rlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə 
cəza verən və  şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) 
rəhm edəndir!» (91, s. 149). 
«Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin in-
sanlar özləri özlərinə zülm edərlər!» (90, s. 213). 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə