M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Ürməvi, Sührəvərdi, Şəbüstərinin fəlsəfəsi



Yüklə 363,25 Kb.
səhifə84/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   80   81   82   83   84   85   86   87   ...   91
Muhazire fəlsəfə

Ürməvi, Sührəvərdi, Şəbüstərinin fəlsəfəsi

XIII əsrdə yaşamış Azərbaycanın filosoflarından biri də Siracəddin Urməvi (1198-1283) olmuşdur. Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi Azərbaycanın körkəmli məntiqçi, təbiətşünas filosofdur. Mənbələrdə Siracəddin Urməvinin çox əsəri haqqında məlumat verilir: Məntiqə və fəlsəfəyə dair “Nurların doğuşları”, “Hikmət incilikləri”, “Həqiqətin bəyani”, “Metodlar”, “Ziddiyyətin misallarına dair traktat”, “Dialektika təliminə dair traktatlar” və s. Filosof bu əsərlərdən savayı İbn-Sinanın “İşarələr və qeydlər”, Əfzələddin Xunəçinin “Məntiqə dair xülasə" kitablarına, habelə başqa traktatlara şərhlər və haşiyələr həsr etmişdir.


Azərbaycan mütəfəkkirinin əsərləri içərisində daha geniş şöhrət tapan “Nurların doğuşları” kitabıdır. Alimlər bu kitabı məntiqə, fəlsəfəyə dair ən yaxşı əsərlər sırasına salmış, onun görkəmli filosoflar, məntiqçilər tərəfindən yüksək qiymətləndirildiyini yazmışlar. Yaxın və Orta Şərq ölkələrində zəngin bilik mənbəyi olan “Nurların doğuşları” kitabına aid şərh və haşiyələrin sayı 30-dan çoxdur. Siracəddin Urməvi özünün varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq ilə şərq peripatetizmini zənginləşdirmişdir. Filosof varlığın Fərabi, İbn Sina və Fəhmən tərəfindən göstərilən vacib və mümkün cisimlərə bölündüyünü qəbul etmiş, səbəb və nəticə əlaqədarlığında onların hər ikisini əzəli və əbədi saymışdır: “əzəli olan şey məhv olmaz, çünki əzəli ya vacib varlıq, ya da vacib varlığın nəticəsidir”. Filosof bu fikrin üzərində dayanaraq bir daha yazır: “Vacib varlığın nəticəsinin məhv olması qeyri-mümkündür”. Siracəddin Urməvi hərəkət, məkan və zaman kateqoriyalarının aydınlaşdırılmasına mühüm yer vermiş, onların hər birinin şərhinə “Nurların doğuşları” kitabında xüsusi fəsil ayırmışdır. Filosof digər şərq peripatetikləri kimi hərəkət, kəmiyyət, keyfiyyət, məkanı vəziyyətə görə müəyyənləşdirmiş, onların müxtəlif növlərini göstərmmşdir. O, elm öyrənməyi, az bilikdən mükəmməl biliyə keçməyi, habelə sevinməyi, kədərlənməyi, rəğbət bəsləməyi, nifrət etməyi və s. halları da hərəkət növləri bilmişdir. Siracəddin Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini, keyfiyyətlərini araşdırarkən bir sıra qiymətli təbii-elmi fikirlər söyləmişdir. Kainatın geosentrik nəzəriyyəsini qəbul edən alimin təsəvvüründə maddi aləmi iç-içə yerləşmiş göylər, onların planetləri və yer kürrəsi təşkil edir. Onun fikrincə ulduzlar üzükdə qiymətli qaş kimi göy sferalarında qərar tutmuşdur. Təbiətşünas filosof göstərir ki, göylərin dövrləri arasında müəyyən zaman fərqləri mövcuddur. Hər göyün iki nöqtədə dövrü olur, onu qütb adlandırırlar. Göylərin dövrləri müəyyən saylarla hesablanır. Belə ki, bir dövrü Ay göyü bir ayda, Günəş göyü bir ildə, Yupiter göyü 12 ildə, Saturn göyü 30 ildə başa vurur. Göylərin hərəkət sürəti onların kiçikliyindən, yaxud böyüklüyündən asılı deyildir.
Siracəddin Urməvi Yer kürrəsinə mövcud planetlərdən biri kimi baxmaqla yanaşı, ona məskənimiz olması cəhətdən xüsusi diqqət yetirmiş, insanı əhatə edən şeylər və hadisələr haqqında maraqlı mühakimələr yürütmüşdür. O, göy cisimlərinin, ilk növbədə Günəşin və Ayın yerə təsiri, yerdəki həyat üçün mühüm amil olması barədə də söz açmışdır. Siracəddin Urməvinin idrak nəzəriyyəsində hissin (duyğuların) və əqlin rolu, bir-birinə münasibəti düzgün qiymətləndirilmiş, insanın bilikləri, hissi və məntiqi idrak yolu ilə əldə etməsi göstərilmişdir.
Azərbaycan filosofunun yaradıcılığında məntiqə dair əsərlər daha çoxdur. Onun fikrincə, məntiq məlum (bilavasitə) bilikdən məchul (vasitəli) biliyə keçərkən insanı təfəkkür xətalarından qoruyan qanundur.
Siracəddin Urməvinin zəngin fəlsəfi irsi, təbii-elmi fikirləri, xüsusən dərin məzmunlu məntiq təlimi əsirlər boyu alimlər üçün böyük örnək olmuşdur.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə