416
İKİNCİ KİTAB
ailə işlərinin öhdəsindən gələ bilirlər. Bu işlərdə isə kişilər
qadınlara az kömək edirlər.
Tatlar arasında keçmişdə çox arvadlılıq az yayılmışdı. İki, üç,
dörd arvad almaq istisna hallar daşıyır. Evlənmə zamanı qadınla
kişi arasında olan yaş fərqi nəzərdə tutulmurdu. Belə hallar olurdu
ki, iki arvadı olan 70 yaşlı tat kişisinin arvadlarından birinin 60, o
birinin isə 16 yaşı ola bilərdi və bu heç də təəccübə səbəb olmazdı.
Qeyd etməliyik ki, tarixən tatlar çoxarvadlılığı bir m əişət norması
kimi heç də genişləndirməmiş, əksinə onu tədricən özlərindən
uzaqlaşdırmışlar.
Bizə məlum olan bir çox tat kəndlərinin hər birində bir, iki
nəfərdən çox arvadlı kişi olmamışdır. Hətta bəzi kəndlərdə isə bir
dənə də çoxarvadlı kişiyə rast gəlmək olmazmış. Başqa xalqlarda
və etnik qruplarda təsadüf olunan keçmişdə geniş yayılmış
çoxarvadlılığa tatlar rəğbət bəsləməmişlər. Tatların adətinə görə
ikinci arvadı almaq istəyən kişi öz arvadının razılığını almalıdır ki,
bu da tatları bu m əsələyə münasibətinə görə öz qonşuları olan
başqa etnik qruplardan fərqləndirir. Arvad öz ərinin evlənməsinə o
zaman razılıq verirdi ki, buna ciddi səbəb olsun. Adətən nəsli
artırmağa qabiliyyəti olmayan tat qadınlarının özləri öz ərləri üçün
münasib qadm və ya qız almağa səy göstərir, özlərinin ikinci
toyuna tədarük görər, hazırlaşardılar. Yalnız belə hallarda
(məsələn, ərə gələndən sonra şikəst olduqda, uzun illər xəstə
yatdıqda və s.) tat kişiləri öz əvvəlki arvadlarının xahişi və razılığı
ilə ikinci dəfə evlənirdilər. Elə buna görə də hətta yaşlı tat nəsli
içərisində indi də çoxarvadlılığa son dərəcə az təsadüf olunur.
Göründüyü kimi, bu m əsələdə tatların adəti İslam dinində icazə
verilən geniş yayılmış çoxarvadlılıqdan fərqlənir. Çoxarvadlılıq
ərəb ölkələrinin özündə də fərqlidir. Bəzi ərəb ölkələrində əksər
müsəlman ölkələrindən fərqli olaraq, məsələn, Yəm ən Xalq Demok
ratik Respublikasında ikiarvadlılığa istisna hallarda (birinci arvad xəs
tə olduqda və s.), Tunisdə isə heç bir halda icazə verilmir137.
Ərləri ölən tat qadınlarının əksəriyyəti adət üzrə ərə getmir,
dul qalmağı üstün tuturlar. Bu öz ərinin m əhəbbətinə olan hör
mətinin nişanəsidir. Əri ölmüş qadını əgər ölənin qardaşı almaq
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
417
istəsə, bu onun haqqıdır. Bununla da tatların fikrincə, ölən qardaşın
namusuna başqalarının təcavüz etməsinin qarşısı alınmış olur.
Xüsusiю bu o vaxt daha vacib sayılır ki, ölən qardaşuı uşaqları
qalsın. Tatlara görə, qeyrəti olan qardaş öz qardaşı uşaqlarının
başqa adamın əlinə baxmasına razı olmaz, o, öz dul qardaşı
arvadını almalı, onun uşaqlarını da saxlamalıdır.
Tatların bu və bundan sonra qeyd edəcəyimiz bir sıra adətlə
ri, ailə-m əişət qaydaları və nonnaları başqa m əişət və mədəni m ə
sələlərlə birlikdə bir sıra m üəlliflər tərəfindən bu və ya başqa etnik
və linqvistik m əsələ ilə əlaqədar qismən toxunulsa da geniş
işıqlandınlımamışdır. M əlumdur ki, bu m əsələlərə ilk növbədə o
şəxslər toxunmuşlar ki, onlar yerli əhalinin həyatı, adət-ənənələri
ilə əsla tanış deyildilər. Bu m əsələlərdə «ekzotikaya» aludə olan
bir neçə alim və ya səyyahı (çox vaxt da hökumət idarələrinin
tapşırığı və sanksiyası ilə) yeni bir şey demək, naməlum faktlarla
qarşılaşmaq ehtirası müəyyən rol oynasa da, çar Rusiyasının
iqtisadi, inzibati və hərbi idarələrinin strateji əhəm iyyət nöqteyi-
nəzərindən bu və ya başqa yerin ilk növbədə tədqiq olunması
prinsipi əsas rol oynamışdı. M əsələn, İsmayıllı rayonunun uzaq dağ
kəndlərindən olan, həm də ə tra f kəndlərlə və ovalıq-düzənliklərlə
yaxın keçmişə qədər yalnız təkcə bir at və ya qatırın gedə biləcəyi
və əsasən çarvadarların gedib-gəldiyi bir dağ cığırı ilə əlaqəsi olan
Lahıc kəndinin əhalisinin ləhcşsi, adət və ənənələri başqa tatlara
nisbətən geniş öyrənilmişdir. Bu da, şübhəsiz, onunla izah olunur
ki, Lahıc kəndinin coğrafi mövqeyi elədir ki, bu kənd Kiçik Qafqaz
dağ silsiləsinin yüksək təpələrinin birində yerləşərək münasib
üstünlük şəraitindədir. Bu kəndi aşmaqla həm Şamaxı-Bakıya, həm
də Xaçmaz, Dəvəçi, Quba, oradan da hətta düz Baba dağına qədər
rahat getmək olar.
Məlumdur ki, rus imperiyasının Qafqazdakı, o cümlədən
Azərbaycandakı siyasəti ən əvvəl hərbi-strateji məqsəd güdürdü138.
Məhz buna görə də rus hakim dairələrinin Qafqazdakı ilk
addımları hərbi müdafiə məqsədləri yerinə yetirmək istiqamətində
atılmışdır. Burada ilk tədbirlər kimi rus hökumətinin Qafqazda, o
cümlədən Zaqafqaziyada yeritdiyi siyasətinin əsasında iqtisadi
418
İKİNCİ KİTAB
siyasətdən, yəni iqtisadi problemləri həll etməyə yönəldilmiş
iqtisadi tədbirlərdən danışmaq olmaz.
Belə olduqda məlumdur ki, Lahıc kəndinin belə münasib
coğrafi şəraiti Azərbaycanda olan rus hərbi komandanlığını strateji
nöqteyi-nəzərdən cəlb etməyə bilməzdi. Bunun üçün isə bu kənd
əhalisinin adət və ənənələri ilə tanış olmaq, bir növ onların, necə
deyərlər, «zəif damarını» tutmaq lazım idi.
M əhz ona görə də ilk növbədə Lahıc tatları diqqəti cəlb etdi
və onların etnoqrafik tədqiqi sahəsində qismən əhəmiyyətli iş
görüldü139. Bu sözü, məsələn, düzənliklərdə, yolların kənarında, dağ
ətəklərində yaşayan Abşeron, Şamaxı, Quba, Dəvəçi rayonlarında
yaşayan tatlar haqqmda heç də demək olmaz.
Tatlar haqqında yazılmış bu və ya başqa qeydlərdə onların
adət və ənənələri sadəcə sadalama yolu ilə gedir və burada et
noqrafik ümumiləşdirmələr olunmurdu. Belə ümumiləşdirmələr isə
lazım idi. M əsələn, təkcə bunu demək kifayətdir ki, əvvəldə
göstərdiyimiz tatların qızı vermək üçün tələb olunan başlıq almaq
m əsələsi, şübhəsiz ki, qızın alımb-satılmasından başqa bir şey
deyildir. Bu patriarxal qohumluq münasibətlərinin təzahürüdür ki,
bu da əşya-pul təsərrüfat formasından doğan amildir.
Şübhə yoxdur ki, tatların da ailə-nikah m əsələsi tarixi ma
terializmin möhkəm fimdamenti əsasında öyrənilməlidir: tatların
ailə m əsələsi sosial-iqtisadi faktorlarla sıx əlaqədə tədqiq
olunmalıdır. Ailə m əsələsinə indi sadəcə olaraq statistik nöqteyi-
nəzərdən baxmaq olmaz. Bu m əsələyə ümumi ictimai inkişaf
m ərhələləri nəzərindən baxmaq lazımdır. Azərbaycanda yaşayan
tatların ailə m əsələsinin tədqiqi müntəzəm surətdə aparılmalıdır.
Bu işlə nəinki təkcə Bakıda, hətta rayon mərkəzlərində də məşğul
olmaq lazımdır. B əzən hətta orta məktəblərin humanitar fənn
müəllimlərinin yaşadığı yerin ailə-m əişət münasibətlərini (nəinki
təkcə bunu, həm də tarixi, toponimikası, şivələri və s.-ni)
öyrənm əyə cəlb etmək və uzun müddətli ardıcıl etnoqrafik müşahi
dələrin nəticəsini m ərkəzləşdirərək ümumiləşdirmək lazımdır. Bu
tədbir ailə münasibətlərində əm ələ gələn müasir dəyişiklikləri təh
lil etm ək üçün əhəm iyyətli fayda verərdi.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
419
Tatlar içərisində qız qaçırılması hallarına bu gün belə təsadüf
olunur. Bu m əsələyə müxtəlif etnoqrafların münasibəti də
müxtəlifdir. Evlənmənin bu formasının çox qədim dövrlərdən
mövcud olduğunu qeyd edənlər də vardır və onun, məsələn, evlən
mənin kalım vermə formasından qədim olduğunu göstərir, evlən
mənin bu formasını m əişətin m üxtəlif təsərrüfat-iqtisadi formaları
na aid edirlər140.
Tatlar qız qaçırma m əsələsinə heç də fövqəladə bir hadisə
kimi baxmırlar. Keçmişdə qız qaçırma adəti tatlar arasmda geniş
yayılmışdı141. Əgər qızla oğlan bir-biri ilə razılığa gələrək
evlənmək istəyirlərsə, onlar qoşulub qaçırlar. Bu forma o vaxt
qəbul olunur İd, oğlan tələb olunan «başlığı» vermək imkanına
malik deyil, yaxud qızın da el adəti ilə yaxşı, «varlı» cehiz
gətirməyə qüdrəti çatmır. Bu səbəblərdən biri təklikdə və ya hər
ikisi birlikdə qız qaçırılması üçün səbəb ola bilər.
Maraqlıdır ki, tatlar göstərdiyimiz kimi belə evlənmə for
masına heç də təhqir və ya biabırçılıq kimi deyil, m əsələn, qazax,
türkmən, özbək və s. xalqlarda böyük fövqəladə hadisə kimi
baxıldığı halda buna çox soyuqqanlı yanaşırlar. Əgər tatlarda bu
müəyyən qəzəb və etiraz yaradırsa, bu yalnız formal və müvəqqəti
xarakter daşıyır. Təkcə bunu demək kifayətdir ki, bəzən hətta qızın
atası, anası belə öz qızını qaçırmaq istəyən oğlana əməli köməklik
göstərir, vaxt təyin edir, qızm harada gözləyəcəyini və s. oğlana
xəbər verirlər. Çünki bu halda qızm atası da cehiz vermək, ailənin
ehtiyat m ənbələri hesabına el adətilə «qeyrət xatirinə» üç gün, üç
gecə toy etmək üçün lazım olan xərclərdən azad olur.
M əhz bu nöqteyi-nəzərdən cəsarətlə demək olar ki, heç də
evlənmənin qız qaçınna forması qızı alıb-satmaq vasitəsi olan
«başlıq» formasından qədim deyildir. Əksinə, evlənmənin bu
forması matriarxal ailə formasından (kişi öz evləndiyi qadının
evinə, yurduna köçür, özü ilə də bəzi təsərrüfat və ev əşyalarını
qadının evinə gətirir) sonra əm ələ gəlmiş patriarxal ailənin (matri
arxal formanın əksi) «kalım xerçi» (yaxud «başlıq») adlanan satıb-
alma formasından sonra əm ələ gəlmişdir. Çünki evlənm ək istəyən
cavanlar kalım xərcinin hamısını verə bilməyəcəyi, bunun üçün
Dostları ilə paylaş: |