4 1 4
İKİNCİ KİTAB
Gəlin ər evinə özü ilə bərabər cehiz gətirir. Bu cehizi tatlar
adətən qız anadan olandan onun üçün tədricən hazırlayırlar. Tat
qızlarının, demək olar ki, hamısı xalça toxumaq, parça üzərinə
m üxtəlif naxışlar salmaq, paltar tikmək, corab hörmək kimi işləri
çox böyük səliqə ilə bacarır, tədricən bu və ya başqa bir şeyi toxu
yub öz cehizi üçün yığır. Qız böyüyəndə onun qohum-qardaşı cehi
zinin çatışmayan hissələrini doldurur, təkmilləşdirirlər. Cehizə ailə
üçün lazım olan ən zəruri şeylər daxil olunur. Lakin cehiz özü bir
adət olaraq dövrün, ailənin müasir tələbatı ilə uyğunlaşır. Beləliklə,
artıq cehizin də tatların məişətində hələ də dərin kök salmış bu
tarixi adətin, bu yazılmamış m əişət qanununun ictimai mahiyyəti
də dəyişir.
Keçmişdə tat qızları ər evinə qədəm qoyan gündən onun gə
tirdiyi cehiz oğlanın xüsusi malına çevrilirdi. Ər nə istəsə həmin
şeylərlə edə bilərdi: satmaq, bağışlamaq, işlətmək, yem ək və s.
yalnız onun ixtiyarında idi. Keçmiş illərdə cehizin miqdarı heç
yerdə rəsmi şəkildə öz əksini tapmırdı. Qızın apardığı cehizi yalnız
bir neçə şahid görürdü ki, onlara da qızının cehizini adətən qızın
ata-anası göstərirdi. Son illərdə isə bu iş yeni bir forma şəklini
almışdır. Oğlan evi ilə qız evi öz aralarında qeyri-rəsmi bir akt
bağlayır, cehizi təşkil edən əşyaların siyahısını tərtib edir136, hər
əşyanın müasir qiymətini yazır, ümumi qiyməti cəmləyirlər ki, bu
sənədi də «verdim» qrafasmda qız evinin nümayəndəsi (adı və
familyası ilə), «aldım» qrafasmda isə oğlan evinin nümayəndəsi (adı
və familyası ilə) imzalayır, tarix yazılır və tamamilə hüquqi formaya
uyğun olaraq qeyd edilir ki, «bu sənəd 2 nüxsədən ibarət tərtib olundu.
Bir nüsxəsi qız evində qaldı, o biri nüsxəsi isə oğlan evinə verildi, həm
də hər ikisinin məzmunu eynidir və eyni qüvvəyə malikdir».
Belə bir rəsmi aktm evlənənlər arasında olması, bizcə, tama
milə faydalıdır. Çünki sənədsiz verilmiş cehizi ər tədricən xərc
ləyir və ya mənimsəyir, sonra isə bu və ya başqa səbəbə görə öz
arvadını boşadıqda, yaxud arvad boşandıqda gətirdiyi cehizdən heç
bir şey özü ilə apara birmir (yaxud ər vermir), ona görə də ərindən
ayrılmış bəzi qadınlar ilk vaxtlar təsərrüfat və maddi çətinliyə
düçar olurlar. Onların əlində isə bu ailəyə özü ilə nə gətirdiyini
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 1 5
sübut edə biləcək heç bir sənəd yoxdur. Bizcə, özü ilə mütləq
cehiz aparan qızlar (hər halda bu adət indi də tatlar arasında - həm
də nəinki təkcə tatlar arasında, xüsusilə kənd yerlərində, həm də
şəhər yerlərində geniş surətdə qaldığı halda) özlərində həmin ce
hiz haqqında sənəd saxlamalıdırlar. Bu m əsələ ilə ZAQS idarələri
kəbin kəsərkən maraqlanmalıdır. ZAQS idarəsi qızın cehiz aparıb-
aparmayacağı arzusundan asılı olaraq cehiz aparanlardan biri siyahı
istəyib onu rəsmi möhürlə təsdiq etsəydi, bəlkə də məqsədəuyğun
olardı. Bu işi qızm yaşadığı kəndin kənd soveti idarəsi də edə bilər.
Tat qadınları çox işgüzar və zəhmətsevəndirlər. Onlar yalnız
öz zəhm ətləri ilə kişilər arasmda özlərinə hörmət qazandıra
bilmişlər. Bununla belə lakin yenə də tat qadınlarının bəzən şəxsi
azadlığı hüququna toxunma halları bir sıra tat kəndlərində və
ailələrdə özünü göstərir. Belə ailələrdə tat qadınları və qızlarının bəzən
məhəbbətə, yaxşı münasibətə, sevilməyə ehtiyacı vardır. Atasının,
ərinin, qardaşının qarşısmda tam aciz, haqsızdır, danışmağa, öz fikrini
deməyə haqqı yoxdur və ya qorxur. Əlbəttə, bu hal bütün tatlar üçün
ümumi bir hal deyildir, istisna hallarım təşkil edir. Lakin hər halda qa
dına keçmişin bu mənfur qalığının töküntüləri olan bu məsələyə kənd
sovet
idarələri, ictimai təşkilatlar xüsusi diqqət yetirməlidirlər.
Göstərdiyimiz kimi, tat qadınları son dərəcə əməksevərdirlər,
onlar kişilərlə bərabər dövlət idarələrində, kolxozlarda bütün günü
zəhmət çəkməklə yanaşı, ailənin ağır yükünü çiyinlərində
daşıyırlar. Tat kişiləri səhər yeməyini yeyib, m əsələn, kolxoz işinə
gedir, axşam isə evə qayıdanda öz işini bu günlük bitmiş hesab
edir. Qadmlar isə, xüsusilə kənd yerlərində səhər sübhdən durmalı,
heyvanları sağmalı, südü qaynatmalıdırlar. O, qatıq qoyur, həm də
səhər naharı hazırlayır, uşaqlarm paltarı, nəhrə çalxalamaq, pendir
tutmaq, yağ duzlamaq, motala tökmək, çörək, xörək bişirmək və s.
ilə məşğul olur. Hamı kolxoz işinə çıxarkən o da gedir, bütün günü
işləyir, axşam evə qayıdandan sonra isə ev, təsərrüfat üçün vacib
olan işlərlə məşğul olur, hamını rahatlayandan sonra isə yun
darayır, sap əyirir, taxıl ələyir, sap rəngləyir, fərş, palaz, xalça, at
yəhəri xalçası, cecim toxuyur və s. Onlar öz zəhmətləri ilə bütün