424
İKİNCİ KİTAB
dəyişiklikləri xeyrinə həlledici təsir göstərən vasitələrdən olan
uşaq körpə evləri və bağçaları, internatlar, ümumi yeməkxanalar,
ictimai-iaşə və m əişət ocaqları, kənd kitabxanaları və s.-nin də rolu
az deyildir.
Tat kəndlərində günü-gündən bu mədəni-məişət ocaqlarının
sayı daha da artır. Bununla qadınlara işləmək üçün yaradılan şərait
onlara ailədə hörmət və ehtiramm artmasına səbəb olmuşdur. Tat
qadmı indi ailəyə kişi ilə bərabər (hətta bəzən çox) qazanc gətirir,
əm ək günü alır. Bunu nəinki təkcə qadın haqqında, həm də tat
qızları və cavanları haqqında da demək olar. Tat ailəsinin əmək
qabiliyyətinə malik bütün üzvlərinin təsərrüfatda çalışması tat
ailəsinin mahiyyətini dəyişmişdir. Çünki ailədə işləyənlərin hamı
sının rəyi və əqidəsi ailə ilə əlaqədar bu və ya başqa m əsələdə ata
tərəfindən nəzərə almır. Ata indi ailənin ümumi xərclərini və ehti
yacını təkbaşına həll etmir. O, hamının fikrini bu barədə soruşur,
planlaşdırır, verilən təkliflərə qulaq asır, ümumi ailə rəyi ilə
hesablaşır. Müasir tat ailəsində ata indi demək olar ki, ailədə yalnız
ailənin ümumi xərclərinin təkcə xəzinədarı rolunu oynayır. O,
ailənin ümumi büdcəsini ailə üzvləri ilə razılaşmadan bu və ya
başqa məqsədə sərf edə bilməz. O, bu əməlinə görə ailə üzvləri
qarşısında cavab verməlidir. Çünki burada onların hamısının (işlə
yən ailə üzvlərinin) payı vardır. Bu tat ailəsinin yeni və ən mühüm
təsərrüfat və hüquqi keyfiyyətidir. Tat ailəsində kişi ilə qadın, yaşlı
nəsil ilə cavan nəsil, valideynlər ilə övladlar arasında yeni qarşılıqlı
münasibətlər əm ələ gəlmişdir. Tat cavanları orta və ali məktəblər
də, texnikumlarda təhsil alır, ixtisas sahibi olurlar ki, bu da onların
hörmətini ailədə daha da artırır, onlarda yeni keyfiyyətli münasibət
əm ələ gəlir. Tat ailəsinin pul büdcəsində mədəni xərclərə getdikcə
daha çox yer verilir və büdcənin bu qolu getdikcə artır. Büdcənin
bu qolunu ailəyə kitablar alınması, qəzet və jurnallara abunə ol
maq, kino və teatrlara getmək, radio qəbuledicilər və televizor,
həm də ev əməyini yüngülləşdirən mexaniki vasitələr: paltaryuyan
maşın, tozsoran, ütü və s. almaq kimi xərclər təşkil edir. Ailə məi
şətinin yeni tələbləri ilə əlaqədar olaraq tat ailələri yaşayış ev
lərinin sahəsini genişlədir, çox otaqlı evlərə köçürlər ki, bu da ailə
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
425
daxilindəki münasibətlərə yeni keyfiyyətli təsir edir, ailə üzvləri
nin şəxsi azadlığını artırır, müstəqilliyini yaradır, onların öz arzu və
meyilləri ilə yaşamasına imkan verir.
Keçmişdə tatlar arasında olduqca az və ya heç təsadüf olun
mayan qeyri-tat m üxtəlif etnik qruplarla qarşılıqlı evlənmənin rədd
olunması tat ailəsinin arxaikliyini qoruyub saxlamaqda mühüm
amillərdən olsa da, bu hal tatlara hər şeydən əvvəl qarşılıqlı və
qarışıq milli mədəniyyətini yaratmağa və artırmağa imkan
vermirdi. Qapalı evlənmə isə (tayfa üzvlərinin ancaq tayfadaxili və
qohumluq evlənmələri) təbiidir ki, nəsli cılızlaşdmr, fiziki və
mədəni inkişafi məhdudlaşdırır, durğunlaşdınrdı. Azərbaycanda
inqilabın ilk illərindən tatlar üçün də qarışıq evlənməyə əməli,
ictimai şərait yarandı. Qarışıq nikahdan əmələ gələn uşaqlar qan
qarışıqlığı cəhətdən yeni keyfiyyət alır, fiziki inkişaf nöqteyi-
nəzərindən təzələşir, qarışıq nikah həmçinin etnik təəssübkeşliyi,
adət və ənənə arxaikliyini aradan qaldırır, etnik qrupların qaynayıb-
qanşmasına və bir-birinin adət və məişət ənənələrinə qarşılıqlı
hörmətlə yanaşmağa səbəb olur. İnqilaba qədər tatlar içərisində
qarışıq nikah hallarına yalnız bu etnik qrupun yuxarı təbəqələrini
təşkil edən qruplar arasında təsadüf olunurdu. Belə ki, tatlar içəri
sində yüksək ictimai mövqeyi olan bir şəxs öz siyasi mövqeyini
möhkəmləndirmək, iqtisadi imkanlarını genişləndirmək üçün qon
şuluqda yaşayan, yaxud başqa şəhər və vilayətdə nisbətən möh
kəm mövqe tutan azərbaycanlı ailəsi və ya onun dairəsinə daxil
olan şəxslərlə qohum olmağı üstün tuturdu. Bu qarışıq nikahlar hər
iki tərəfin iqtisadi, siyasi, ictimai mövqeyini möhkəmləndirməyə
xidmət edirdi. Beləliklə, bu qarışıq nikahlar sırf karyeristik, yaxud
məqsədli evlənm ələr idi.
Tatların aşağı təbəqəsini: kəndli sinfini, sənətkarları, kustar
istehsalçılarını təşkil edən qruplar içərisində başqa dildə danışan,
özgə etnik qrupa daxil olub yaxın ictimai və iqtisadi vəziyyəti,
həyat tərzi olan kəndlərin özünə uyğun olan şəxsləri ilə qohumluq-
qarışıq nikahlar, qız verib almaq isə heç də məqsədli evlənmə
deyildi. Çünki bunlar, demək olar ki, hər cəhətdən iqtisadi və icti
mai mövqe nöqteyi-nəzərindən eyni vəziyyətdə idilər. Bu m əsələ
426
İKİNCİ KİTAB
də ciddi fərq olan tərəflər isə aşağı təbəqə ilə yuxarı təbəqə nüma
yəndələri belə qarışıq evlənmələrə razı olmurdular. Daha doğrusu,
yuxarı sinfin nümayəndəsi bunu özü üçün təhqiramiz qohumluq
hesab edirdi ki, bu da, onun fikrincə, cəmiyyətdə tutduğu ictimai
və iqtisadi mövqeyinə böyük zərbə vura bilərdi.
Belə qarışıq nikahlarda tatlar içərisində son dərəcə möhkəm
bir qanun var idi ki, evlənmənin bu növünü həyata keçirmək üçün
ona mütləq riayət etmək lazım və vacib idi. Bu şəriət islam dini qa
nunlarına mütləq riayət etmək idi. Belə ki, tatlarda inqilabdan
əvvəl dini ayrı olan xalqlar və etnik qruplarla qarışıq evlənməyə
əsla təsadüf olunmur. Axtarışlar və informatorlara verilən suallar
nəticəsində belə bir nəticəyə gəlmişik ki, inqilabdan əvvəl tatların
rus, erməni, gürcü və s. xristian xalqlarla, bu xalqların nümayəndə
ləri ilə qarışıq nikah hallarını sübut edə biləcək heç bir misal yox
dur (hətta əgər xristian qızı müsəlman dinini və ya əksinə qəbul
etsə də). Tatlar hətta yaxın səksəninci illərə qədər öz qonşuluqla
rında yaşayan, aralarında güclü iqtisadi və təsərrüfat əlaqələri ilə
bərabər hətta tat dilində danışan yəhudi və ermənilərlə belə qarışıq
nikaha yol verməzdilər (qeyd etməliyik ki, məhz buna müsəlman
tatları müxalif idilər, göstərdiyimiz başqa dinə mənsub etnik qrup
lar isə tat qızlarını öz oğlanlarına alıb onlara öz dinlərini qəbul
etdirə bilərdilər ki, bu halda da faktlar olduqca azdır). Tatlar nəinki
başqa dinə mənsub etnik qruplarla qarışıq nikahın əleyhdarlarından
idilər, onlar hətta eyni dinə mənsub olan, eyni etnik qrupu təşkil
edən və bir dildə danışan, lakin islam dininin başqa qoluna mənsub
olan öz həmqruplarma da belə münasibət bəsləyirdilər. Belə ki,
bir-biri ilə qonşu olan, lakin biri sünni, o biri şiə olan iki tat kəndi
də bütün qarşılıqlı münasibətlərin davam etməsinə və artmasına
riayət etsə də, çox vaxt bir-biri ilə qarışıq nikaha müxalif idilər.
Azərbaycandakı inqilabi proseslər tatlar içərisində başqa et
nik qrup nümayəndələri ilə qarışıq nikah forması üçün siyasi, iqti
sadi və m ədəni məişət imkanları yaratdı. Gənc Azərbaycan
Respublikası bütün dini və milli fərqləri aradan qaldıraraq Azər
baycan ərazisində yaşayan bütün xalqları və etnik qrupları tam bə
rabər hüquqlu üzvləri elan etdi. Beləliklə də, Azərbaycanda olan
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
427
m üxtəlif dilləri və dini münasibəti olan etnik qrupları bir-birinə
yaxınlaşdırmağa ilk addımlar atıldı, onlar arasmda əsrlər boyu möv
cud olmuş dini münasibətlərin aradan qaldırılması üçün əməli
şərait yarandı.
Bir-birilə düşmənçilik edən və ya bir-birinə rəğbət bəslə
məyən etnik qruplar Azərbaycan Respublikasmm vahid məqsədi
olan milli, mədəni və iqtisadi inkişafı yoluna bütöv bir kütlə kimi
qədəm qoydu. Azərbaycanda gedən sənayeləşmə və kollektivləş
mə zavodlarda, fabriklərdə, mədənlərdə, meşə təsərrüfatı idarələ
rində, sovxoz və kolxozlarda birgə çalışan müxtəlif etnik qrupları
təcəssüm etdiyi adamların milli və etnik yaxınlaşması, qaynayıb-
qarışması üçün əlverişli zəmin yaratdı. Bu qrupların bir-birinə keç
mişdən köklü surətdə fərqlənən müsbət münasibətləri yarandı.
Yeni yaranan sənaye və təsərrüfat mərkəzləri müxtəlif etnik qrup
lara məxsus şəxslərin yaxın təmas məntəqəsinə çevrildi. Bu adam
lar və onlarm övladları, gənc nəsil məktəblərdə, texnikum və insti
tutlarda təhsil dövründə, mədəni-maarif ocaqlarmda, tibbi, elmi və
başqa dövlət müəssisə və idarələrində bərabər işlədiyi dövrdə bir-
birinin etnik psixologiyası, dünyagörüşü, məişət və həyat tərzi ilə
daha yaxından tanış olub bir-birini daha yaxşı öyrəndilər, qay
nayıb-qarışdılar. Eyni zamanda, birgə iş əsasmda müxtəlif etnik
qruplapı əks etdirən bu dəstələrin dünyaya baxışı da dəyişildi,
onlarm arasmda mövcud olmuş etimadsızlıq yaradan əsassız müna
sibətlərə tənqidi və obyektiv yanaşmağa başladılar. Bu adamların
şüurunda möhkəm kök salmış keçmişin qalığı olan dini dünya
görüşü tədricən inkişaf sürəti və mədəni yüksəliş tələblərinə cavab
verən müasir və mütərəqqi dünya görüşü ilə əvəz olundu. Bütün
bunlar Azərbaycanda olan başqa etnik qruplar kimi tatların həya
tında da, onların şüurunda və məişətində də inqilab yaratdı. Tatlar
hələ inqilaba qədər misli görünməmiş bir həyati tələblə qarşılaş
dılar, başqa dinə mənsub etnik qruplarla mənəvi və iqtisadi yaxın
lıq da əinələ gəldi, tatların içərisində qarışıq nikah hallarına artıq
təsadüf olunmağa başlandı. İndi artıq hər iki cinsdən olan tat
cavanlarının azərbaycanlı, rus, erm əni145, yəhudi, ləzgi və s. xalq-
Dostları ilə paylaş: |