420
İKİNCİ KİTAB
heç bir imkan olmadığı qənaətinə gələndən sonra belə bir tədbirə
əl atmağa məcbur olmuşlar ki, beləliklə evlənmənin yeni forması
da əm ələ gəlmişdir. Qeyd etməliyəm ki, zahirən tatlarda da (hətta
məxfi şəkildə atanın köməyi ilə bu əm əl icra olunduğu halda da)
qız qaçırılması qızı qaçırılan ailənin, qohum-qardaşın «qanını qaral
dır», onlar «qəzəblənir», oğlan tərəfini «cavab vennəyə çağırırlar».
Tatların söylədiyinə görə, keçmişdə qız qaçırdandan sonra oğlanın
adamları qaçırmanın müqabilində müəyyən xərc verib barışırdılar.
Lakin sonralar bu yalnız tərəflərin barışması ilə bitirdi ki, bu da
əsasən ümumi hal təşkil edirdi. Ailənin razılığı olmadan qoşulub
qaçan qızların ataları bəzən bir neçə ay cavanlardan «küsülü»
qalmaqla kifayətlənir, sonra barışırlar. Lakin bu gün belə uzun illər
ərzində qızı və kürəkəni ilə barışmayan «təəssübkeş» atalara
təsadüf etmək olar.
Qeyd etməliyəm ki, şübhəsiz bu halda da, yəni qız qaçırıl-
masında da ölkə qanunlarının tələblərinə riayət olunur, vətən
daşların vəziyyətini qeydə alma idarələrində qanuni kəbin kə
siləndən sonra sevdiyi oğlanla qoşulub qaçan qız ailə həyatı qur
maq ixtiyarı əldə etmiş olur.
Qızın razılığı olmadan onu götürüb qaçmaq hallarına tatlar
arasında çox nadir halda təsadüf olunur. Belə hal qanun üzrə son
dərəcə bərk cəzalandırılır. İnqilabdan əvvəl belə hallara yalnız o
zaman təsadüf olunurdu ki, bu düşmənçilik məqsədilə olunsun,
şübhəsiz, bu halda qızın adamları onlara dəyən namus ləkəsini qan
ilə yuyardılar və bir kəndlə o biri kənd arasmda tüfəng-xəncər
davası düşərdi. Hal-hazırda bu hal tamamilə aradan çıxmışdır.
Beləliklə, qız qaçırma formasının özü də mahiyyət etibarilə
dəyişilmişdir. Bu forma, şübhəsiz, qızı alıb-satma forması olan
«başlıq» sistemini aradan çıxarmaqdadır.
Tatlar içərisində qədim matemitet (ana tərəfinin hakim rolu)
formasını h ələ də mühafizə edən amillərdən biri ana qardaşının -
daymın qız üzərində olan təsiridir. Hətta ata öz qızını birinə ərə
vermək istədikdə də əksərən dayının etirazı və ya şəxsi əqidəsi bu
m əsələdə mühüm rol oynaya bilir.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
421
Tatlara görə, nişanlı oğlan öz sevgilisi ilə evlənənə qədər
gizli görüşməyə cəhd etməməlidir. Hər halda belə səy göstərən
nişanlı oğlan qız adamlarmm gözünə sataşmamağa çalışır.
Keçmişdə belə bir cəhdin üstündə oğlanm nişanmı geri qaytarmaq
halı adi bir şey sayılırdı. Müasir tatlarda isə buna riayət olunmur
(keçmişdə belə hallarda təkcə gizli görüşə görə nişan geri
qaytarıldıqda iki nəsil arasında ixtilaf yaranır, hətta düşmənçilik və
qisas alma düşərdi), tat cavanları hətta qocaların etirazma və nara
zılığına baxmayaraq yenə də görüş təyin edir, kənddən kənara çı
xır, bağlarda-bağçalarda sevişir, öz məhəbbətlərini bir-birinə izhar
edir, heç kəsdən də qorxmurlar. Çünki onlar yaxşı bilirlər ki, indiki
şəraitdə bütün respublikada, hətta ən ucqar yerlərdə belə kişi ilə
qadının hüququ birdir, bilirlər ki, mövcud qanunlar tatların da arxasında
möhkəm durmuşdur və onların qanuni hüquqlarını müdafiə edir.
Tatların adətinə görə ərə getmiş qız ən azı qırx gün, ən çoxu
isə bir il toydan sonra öz ata-anasmın evinə qonaq gəlməlidir. Bu
yalnız m əhz qonaq getmək, ata evində bir daha ona hörmət
göstərilmək üçün qəbul olunmuşdur. Özü də ata evi öz qızını dəvət
edəndən sonra, gəlin öz atası evinə qonaq gedə bilər. Bu, bir sıra
xalqlarda, məsələn, tacik və özbəklərdə, türkmən və qazaxlarda
olan və kalım almaq üçün düşünülmüş «kaytarma» (qızın
evlənəndən sonra ata evinə qaytarılması) formasında142 tamamilə
fərqlənir. Tat qadını «ata evinə ayaqaçdıya getmək» adlanan bu
mərasimi yerinə y etird ik d ə/o , ər evindən qohum-qardaşı, ata-
anasmı, qonşuları və s. üçün hədiyyələr aparır, onlara paylayır.
Adətən 10-15 gün davam edən bu ata-ana ilə görüş günlərinə
qadının ata tərəfinin bütün yaxın və bəzən də hətta nisbətən uzaq
qohumları onu qonaq çağırır, süfrə açır, onun ayağının altında
heyvan kəsirlər (qoyun, quzu, keçi, hətta toyuq, cücə də kəsilə
bilər), qonaq çağırılan qadın ata qohumlarının evinə qonaq
getdikdə də özü ilə hədiyyələr aparır. Qonaq getdiyi evin ailə
üzvlərinə paylayır, qonaqlıqdan sonra isə onun ata-ana qohumları
da cavan gəlinə hədiyyələr verirlər. Müəyyən müddət ata evində
qonaq qalan qadın ər evinə qayıtdıqda özü ilə heç bir şey
gətirməyə də bilər. Adətən, o, ata-ana qohumlarının ona verdiyi
422
İKİNCİ KİTAB
hədiyyələri özü ilə ər evinə gətirir və onları da öz növbəsində
ərinin qohumlarına paylayır. Orta Asiya xalqlarında keçmişdə geniş
yayılmış kalım almanın («kaytarma» fonnasından fərqli olaraq təzə
ərə getmiş tat qadının ata-ana ilə görüşə getmək mərasimi ata evi
nin və ya ər evinin) əlavə qazanc mənbəyi deyildir.
Tatların toy adətlərində özbək, qazax, qırğız, tacik və s. xalq
larda təsadüf olunan toyun qız evində keçirilməsi adəti müşahidə
olunmur. Məlum olduğu kimi, bu toyun adətinə bəzi tədqiqatçılar
nikahın keçmişdə mövcud olmuş matrilokal qaydası qalığı kimi
baxırlar. Tatlarda isə əksinə patrilokal münasibət güclü olduğu
üçün, əsl və böyük toy yalnız oğlanın evində olur. Əlbəttə, qız
gəlin gedənə qədər qız evində kiçik bir məclis düzəlir ki, bu heç də
yuxarıda göstərdiyim xalqlarda olan qız toyu ilə eynilik təşkil
etmir. Tatlarda adətən bir gecəlik qonaqlıq olan bu məclis əslində
qızın qohum-əqrəbasının onunla xudahafızləşməsi və onu təbrik
etməsi üçün təşkil olunan məclis xarakteri daşıyır. Tatların adətinə
görə nişanlı olan oğlan öz sevgilisilə evlənənə qədər nişanlısının
ata-anasından qaçmalı, onları görən kimi gizlənməlidir. Kürəkənlə
qızın valideynləri arasında olan bu münasibətdə də matrilokal
nikahın qalıqlarını görmək mümkündür. Lakin maraqlıdır ki, qız da
həm ərə gələnə qədər, həm də ər evinə köçəndən sonra uzun müd
dət qayınatasından və qayınanasından (xüsusilə birincidən) qaçıb
gizlənməli, gözünə görünməməlidir. Bu m əsələdə qadm kişiyə
nisbətən daha arxaikdir. Bizcə, bu adətdə də birincinin əksinə olaraq
nikahın patrilokal şəklinin qalıqlarını görmək olar.
Maternitet adətlərin qalığı kimi tatlar arasmda ananm qardaşı
qızı ilə (yəni dayısı qızı ilə) evlənmək halını da göstərmək olar.
Əvvəldə göstərdiyimiz kimi, dayı qızı ilə xala oğlunun evlənməsi
halına xüsusi qiymət verilir. Bununla da həmin əm əldə ana nəslinə
olan hörmət və ehtiranı, ona üstünlük vermək misalını görmək olar.
Çünki dayı öz bacısı uşaqlarına ən yaxındır, onlarla oynayıb
əylənmiş, tez-tez onlara hədiyyələr gətirmiş, ailənin (öz bacısının
və uşaqlarının) qayğısına qalmışdır, onların «qanuni» (qohumluq
adətləri
nöqteyi-nəzərindən)
qəyyumlarıdır,
bacısı
uşağının
toyunda yaxından iştirak edir, qızı almaq üçün verilmiş
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
423
(«başlıqdan») ən yaxşı və qiymətli pay dayıya düşmüşdür və s.
Bütün bu hallar ana tərəfinə göstərilən ehtiram və ona üstünlük
üçün kifayət qədər əsas verir ki, bu da nikahın maternitet
qalığından başqa bir şey deyildir. Məlumdur ki, nikahın bu forması
qohumluq münasibət və əlaqəsində olan şəxslərin evlənməsini
qadağan edən islam şəriəti qaydalarına 143 ziddir, bu evlənmə
forması tatlarda islamdan əvvəlki dövrə aiddir.
Tat toylannda (hətta toydan çox illər sonra da) bəyin (yəni
evlənən oğlanın) yaxın yoldaşlarına həm oğlan tərəfinin, həm də
qız tərəfinin adamları xüsusi hörm ət göstərir, onları ən şərəfli
yerdə oturdur, çox vaxt isə onlar üçün oğlanın gəlin otağında
(yaxud bəy otağında) süfrə açılır, onlara ən yaxşı yeməklər verilir,
oğlan və qız adamlarından hədiyyələr alırlar. Qeyd etdiyimiz kimi,
oğlanın sağ və sol müdafiəçiləri də (sağdış və soldış) onlar təyin
olunurlar. Bizcə, bu m əsələdə nikahın ən qədim formalarından
olan qrup halında evlənmə nişanələrini axtannaq olar144.
Tatların məişətində, ailə, nikah adətlərində forma və key
fiyyət dəyişikliklərinin baş verdiyi şübhəsizdir. Lakin qeyd etmək
lazımdır ki, keçmiş adət və ənənələr hələ də öz güclü təsirini tat
ailəsi üzərində saxlamaqdadır. B əzən forma dəyişikliyi heç də
məzmun dəyişikliyi demək deyildir. Əgər indi bəzi tatlar qızı ərə
vermək üçün başlıq almağı köhnəlik və geriliyin qalığı hesab
edərək başlıq formasını oğlan tərəfindən qiymətli hədiyyələr
almaqla əvəz etmişsə, bu əslində həmin başlığın dəyişmiş şəkli,
daha doğrusu, başlığın mədəni formasıdır. Qeyd etmək lazımdır ki,
bəzən qızı hədiyyə ilə satmaq formasının ümumi dəyəri başlıq
tələblərinin qiymətindən də artıq olur. Hələ də tatlarda, qeyd
etdiyimiz kimi, atanm qadm, qız və oğlanlarının üzərində patriarxal
təsiri güclüdür. Bununla belə tat ailəsində qadınların rolu müasir
ailə səviyyəsinə yüksəlməkdə, ailənin bu yeni keyfiyyətinin
xeyrinə artmaqdadır. Getdikcə qadmın ailə və təsərrüfatda rolu
artır. Tat qadınları daha çox yardımçı əm əyə cəlb olunur ki, bu da
tat qadmlarmı kişinin mütləq təsiri altından azad edir. Qadm indi
kişi ilə bərabər kəndin təsərrüfatında, kolxoz tarlalarmda,
fermalarda çalışır. Tat qadınlarının ailədəki vəziyyətinin keyfiyyət
1
л
1
Dostları ilə paylaş: |