Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
167
Bu elm adamının etdiyi şey “beynimizdə gördüyümüz dünya təsviri dünyadır?”
sualına: “Əsla yox, beynimizdə gördüyümüz dünyanın surətidir”, -kimi cavab
verməsidir. Yəni verilən sualı əvvəlcə qətiyyətlə inkar edib sonra ardınca da
fərqli izahla, bir az daha qarışıq cümlələrlə əslində beynimizdə gördüyümüzü
təsdiq edir. Bu, bəzi elm adamlarının bu həqiqəti qəbul etdikdə tək mütləq
varlıq kimi qəbul etdikləri maddəni itirməyin gətirdiyi qorxu və həyəcan ilə
üzləşdikləri səmimiyyətsiz metoddur.
Bəziləri isə görüntünün beynimizdə əmələ gəldiyini inkar etmir, amma
yenə:
“Bəli, bütün dünyanı beynimin içində görürəm”, -deməkdən qaçmaq üçün:
“Beyin sadəcə gələn siqnalları şərh edir və sinir fəaliyyətlərini nizamlayır, beləliklə,
görüntünü görür, səsi eşidirsiniz”, -deyərək dolayı yolla cavab verirlər. Onsuz da
əsas məsələ beyin bütün prosesləri etdikdən sonra görüntünün harada əmələ
gəlməsidir. Bu elm adamının verdiyi cavab sualın cavabı deyil, görüntü əmələ
gəlməzdən əvvəlki mərhələnin qısa izahıdır. Beyin gələn siqnalları şərh edir,
ancaq sonra bu şərh etdiklərini yenidən gözə və ya qulağa geri göndərmir.
Ona görə də görən göz, eşidən də qulaq deyil. Elə isə, beyin gələn siqnalları
şərh etdikdən sonra nə edir? Bu şərh edilən məlumat harada qalır,
bu məlumat
görüntüyə və ya səsə harada çevrilir? Bu məlumatı görüntü kimi görən, səs
kimi eşidən kimdir? Bu elm adamlarından istənilən cavablar bunlar ikən, onlar
bir çox dolayı cavabla həqiqəti etiraf etməkdən qaçırlar. Əslində bu qədər açıq
həqiqətlə bağlı mübahisə edilməsi böyük möcüzədir.
Ancaq bu etiraz və ya mövzudan qaçma üsullarının hamısı əsassız
və zəifdir. Burada izah edilənləri inkar edən şəxsin bütün hisslərimizin
beynimizdə əmələ gəlməsi həqiqətini inkar edəcək məlumatlara gəlmədikcə
deyəcəklərinin dəyəri olmayacaq. Ancaq insan çox açıq həqiqəti qavradığı
halda, bu görüntüləri əmələ gətirənin – öz fikrinə görə və cahil inadkarlıqla
– Allah olduğunu inkar edə bilər; “Bu mövzu haqqında düşünmək əhvalımı
pozur”, -deyə bilər; “Maddənin əslini heç vaxt görə bilmədiyimi düşündükcə
ürəyim sıxılır”, “Həyatımın heç bir mənası qalmadı”, -deyə bilər. Amma bunu
dərhal bildirmək lazımdır ki, maddə mövzusundakı bu mühüm həqiqəti
öyrənmək əsla əhvalı pozmur. Əksinə olaraq, Allahın üstünlüyü və gücünü
daha dərindən təqdir eməyə, Allahın üstün yaratma sənətini daha yaxşı
qavramağa, Allahı daha çox sevməyə, beləliklə, gördüyü bütün görüntülərin
də Allahın təzahürləri olması şüuru ilə daha çox sevməyə, hamısından daha
çox şövq almağa, imanda dərinləşməyə səbəbdir. Qısaca desək, çöx böyük
nemətdir. Buna baxmayaraq, heçlik halına gəlib Allahdan başqa heç bir varlığın
qalmaması imanın dərinləyini qavramamış bəzi insanlara ağır gələ bilər. Ancaq
bu insanlar əsla: “Gördüklərimi gözlərimlə görürəm” və ya: “Gördüklərim
xarici aləmdəki maddənin əslidir”, -deyə bilməzlər. Çünki bunları sübut edəcək