Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə43/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
172
Beynə gedən sinirlər kəsilsə, beyində heç bir görüntü əmələ gəlməyəcəkdir.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
173
Etiraz: “Bıçağı əlimə sürtdükdə, əlimdə hiss etdiyim ağrı, əlimdən axan 
qan görüntü deyil. Həm də bunu yanımdakı dostum da gördü”.
Cavab: Əslində bu mövzunu bundan əvvəlki etirazların cavablarında ətraflı 
izah etmişdik. Ancaq mövzunu əhəmiyyəti baxımından bir daha vurğulamaqda 
fayda var. 
Bu etirazı edənlərin ən mühüm xətası görüntüdən başqa səs, qoxu, toxunma 
kimi digər hisslərin də beyində əmələ gəldiyini göz ardı etmələridir. Buna görə: 
“Bıçağı  beynimdə  görə  bilərəm,  amma  baxın,  bıçağın  itiliyi  həqiqidir,  çünki 
əlimi kəsdi”, -deyirlər. Əslində isə bu şəxsin əlindəki ağrı axan qanın verdiyi 
istilik və nəmlik hissi və bütün digər hissləri də beynində əmələ gəlir. Yanındakı 
dostunun bu hadisəyə şahid olması bu həqiqəti dəyişdirmir, çünki dostu da, 
bıçaqla eyni yerdə, yəni beynindəki görmə mərkəzində əmələ gəlir. Bu şəxs eyni 
hissləri-bıçaqla əlini kəsdiyini, əlindəki ağrını, qanın görüntüsünü və istiliyini 
eynilə yuxuda da yaşaya bilər. Əlini kəsdiyini görən dostunu da yuxuda görür. 
Amma dostunun varlığı bu gördüklərinin yuxu olmadığının dəlili deyil. 
Hətta yuxuda əlini kəsdikdə biri gəlib: “Bu gördüklərin  hissdir, bu bıçaq 
həqiqi  deyil,  əlindən  axan  qan,  hiss  etdiyin  ağrı  da  həqiqi  deyil,  bunların 
hamısı hal-hazırda zehnində seyr etdiyin hadisələrdir”, -desə, həmin şəxs buna 
inanmayacaq və yenə etiraz edəcəkdir. Hətta bəlkə: “Mən materialistəm. Belə 
Bir insan əlini kəsdikdə hiss etdiyi ağrı, nəm, sızıldama hissi də 
beyində əmələ gəlir. Eyni insan yuxuda da əlini kəsdiyini görə 
bilər və eyni hissləri yuxusunda da yaşaya bilər. Əslində isə 
yuxuda sadəcə xəyal görür, ortada nə  bıçaq, nə də qanayan yara 
var. Elə isə ağrı hissi bütün həyatımızı beynimizin içində görüntü 
kimi gördüyümüz həqiqətini dəyişdirmir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
174
iddialara  inanmıram.  Hal-hazırda  gördüklərimin  hamısını  hiss  edirəm,  bax, 
qanı görmürsən?” -deyəcək.
Elə: “Maddənin əsli ilə təmasda oluram”, -deyə israr edənlər yuxarıdakı 
misalda görünən şəxs kimidirlər. İçində yaşadıqları hisslər dünyasında: “Bütün 
bunlar hissdir və bu hisslərin əsli ilə əsla təmasda ola bilməzsən”, -deyilir, ancaq 
onlar bu həqiqətə inadla qarşı çıxırlar.
Ancaq bunu da unutmaq olmaz ki, insanın əli kəsildikdə: “Necə də olsa, 
bu  bir  görüntüdür”,  -deyərək  tədbir  görmədən  dayanmaz.  Çünki  Allah  bu 
görüntülər içində insanları bəzi səbəblərə bağlı şəkildə yaratmışdır. Məsələn, 
əli kəsilən insan bunun üçün lazımi dərmanlardan istifadə edir, əlini sarıyır və 
həkimə gedir. Ancaq bu proseslərin hamısının beynində əmələ gələn görüntüləri 
ilə təmasda olur. Sarğı bezi də, istifadə etdiyi dərmanlar da beynində əmələ 
gələn görüntülərdir. 
Etiraz:  “Maddənin  zehnimizdə  gördüyümüz  xəyalı  ilə  təmasda 
olduğumuzu söyləmək İslam dininə uyğundur?”
Cavab:  Bəzi  müsəlmanlar  maddənin  beynimizdəki  xəyalı  ilə  təmasda 
olduğumuz həqiqətinin İslam dininə uyğun olmadığını irəli sürür və keçmişdə 
din alimlərinin bu həqiqəti qəbul etmədiklərini iddia edirlər. Ancaq bu, doğru 
deyil. Əksinə, burada izah edilənlər Quran ayələrinə tamamilə uyğundur; hətta 
bir çox ayənin cənnət və cəhənnəmin, sonsuzluq, zamansızlıq, ölümdən sonra 
dirilmə, axirət kimi Quranda bildirilən mövzuların qəti şəkildə başa düşülməsi 
baxımından da son dərəcə vacibdir.
Əlbəttə,  bu  mövzunu  bilməsə  də,  insan  həqiqi  imanı  ilə  yaşaya  bilər. 
Allahın Quranda bildirdiyi hər şeyə könüldən və heç bir şübhə etmədən iman 
gətirə bilər. Amma bunu bildirmək lazımdır ki, bu mövzu insanın imanda və 
Allaha yaxınlıqda dərinləşməsini təmin edir və keçmişdə bir çox böyük İslam 
alimi də bu həqiqəti bu yöndə açıqlamışlar. Ancaq yaşadıqları dövrdə elmin bu 
mövzunu hələ aşkar etməməsi və mövzunu səhv anlamağa meyilli kütlələrin 
varlığı onların bu izah etdiklərinin yayılmasına və geniş kütlələrə yayılmasına 
mane olmuşdur.
Maddənin əsl mahiyyətini açıqlayan İslam alimlərindən biri və ən böyüyü 
hicri  10-cu  əsrin  mücəddidi  sayılan  və  əsrlərdir  bütün  İslam  dünyasının 
böyük  hörmətini  qazanmış  İmam  Rəbbanidir.  İmam  Rəbbaninin  “Məktubat” 
adlı əsərində bu mövzuyla bağlı çox hərtərəfli izahlar yer alır. İmam Rəbbani 
Allahın kainatı “hiss və xəyal mərtəbəsində”, yəni hiss dərəcəsiində yaratdığını 
bir məktubunda belə açıqlayır:
Yuxarıda belə bir cümlə işlətdim: “Sübhan Haqqın xəlqi (Allahın yaratması) hiss 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
175
və  xəyal  mərtəbəsindədir”.  Bunun  mənası  belədir:  Allahu-Təala  əşyanı  elə  bir 
mərtəbədə yaratmışdır ki, o mərtəbədə əşya üçün hiss və xəyaldan başqa bir yerdə 
sübut (sabitlik) və hüsul (varlıq) yoxdur.
45
Diqqət  edilsə,  İmam  Rəbbani  bizim  gördüyümüz  aləmin,  yəni  bütün 
varlıqların “hiss və xəyal mərtəbəsində”, yəni hiss səviyyəsində yaradıldığını 
xüsusi şəkildə vurğulayır. Bu xəyal mərtəbəsindəki aləmdən kənarda (xaricdə) 
isə sadəcə Allahın Zatı var. İmam Rəbbani tək mütləq varlığın Allah olduğunu 
belə izah edir:
Xaricdə uca Haqqdan başqası mövcud deyil... Bəlkə də şanı böyük Allahın 
yaratması ilə xəyal mərtəbəsində sübut (sabitlik) tapmışdır... Əgər onun 
üçün görüntü sabit olarsa, o xəyal mərtəbəsindədir. Əgər onun sübutu (sabitliyi) 
varsa,  o  da  uca  Allahın  xəyal  mərtəbəsindəki  sənəti  ilədir.  Xülasə,  onun 
sabitliyi və görüntüsü tək mərtəbədədir. Sübutu bir yerdə, görüntüsü başqa bir 
yerdə deyil...
46
Beləliklə, İmam Rəbbaninin də izahlarından açıq şəkildə anladığımız kimi, 
maddə mütləq varlıq deyil və biz onun haqqında çox məhdud məlumata malikik. 
Biz sadəcə zehnimizdə bizə göstərilən görüntünü görürük. Bu görüntünü bütün 
detalları ilə yaradan və bizə seyr etdirən isə aləmlərin Rəbbi olan Allahdır.
Yeganə  mütləq  varlığın  Allah  olduğunu,  Allahın  bütün  kainatı  xəyal 
mərtəbəsində  yaratdığını  açıqlamış  digər  böyük  İslam  alimi  Muhyiddin 
Ərəbidir. Elmdəki dərinliyinə görə “Şeyxi-əkbər” (ən böyük şeyx) kimi tanınan 
Muhyiddin “Ərəbi fusüs-ül hikəm” (Hikmətlərin mahiyyəti) adlı kitabında kainatın 
Allahın təzahürlərindən ibarət kölgə varlıq olduğunu belə açıqlamışdır:
Biz deyirik ki, bilməlisən ki, Haqqdan başqa varlıqlar, yaxud aləm adı ilə tanınan 
şey Haqqa nisbətən bir şəxsin kölgəsi kimidir. Belə olduqda masiva, yəni Allahdan 
başqa olan varlıqlar Allahın kölgəsidir... Kölgə, şübhəsiz, hissdə mövcuddur.
47
Muhyiddin Ərəbinin bu sözlərində bildirdiyi kimi, insan Allahın Özündən 
üfürdüyü  ruhu  daşıyan,  Allahın  təzahürü  olan  varlıqdır.  Tək  mütləq  varlıq 
Allahdır. İnsan isə xəyaldır. Bu çox mühüm həqiqətdir və əksini düşündükdə 
insan böyük xətanın içinə düşür.
İmam Rabbani ilə bərabər Mövlana Cami də Quranın işarətləri və ağıl yolu 
ilə tapdığı bu heyrətamiz həqiqəti: “Kainatda nə varsa, hamısı hiss və xəyaldır. 
Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir”, -deyərək dilə gətirmişdir.
Göründüyü kimi, böyük İslam alimləri bu həqiqəti açıq şəkildə izah etmişlər 
və ona görə, bu mövzunun Qurana və sünnəyə qarşı olduğunu iddia etmək və ya 
İslam alimlərinin qəbul etmədiyini irəli sürmək inandırıcı deyil. Bundan əlavə, 
bunu  da  unutmaq  olmaz  ki,  bütün  görüntüləri  beynimizdə  görməyimiz  heç 
kimin inkar edə bilmədiyi, qəti şəkildə sübut edilmiş həqiqətdir. Keçmişdə bu 
həqiqət elmi cəhətdən məlum olmadığı üçün bəzi İslam alimlərinin bu həqiqəti 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə