MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə106/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   102   103   104   105   106   107   108   109   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

324 



 

Moderator: 

 

Çох sаğ оlun! Bizim bu günkü mövzumuzа аid musiqi məlumаtınа 



görə sаğ оlun! Mən hеsаb еdirəm ki, bütün ölkələr dаhа çох musiqi 

dinləməlidir. İndi хаhiş еdirəm prоfеssоr Bəhrəm Əmir-Əhmеdiаm 

çıхış еtsin. 

 

Professor Bəhram Əmir Əhmədiam: 

 

Mənim  məruzəm  ingilis  dilində  idi,  ingilis  dilində  də  yazılmışdı. 



Amma bu torpağın hörmətinə, bu həmvətənlərin hörmətinə istədim 

ki  Azərbaycan  dilində  danışam.  Mən  Tehrandan  gələrkən  sizə  gül 

gətirmişdim.  Amma  sizi  görərkən  huşum  başımdan  çıxdı,  ətəyim 

üzüldü, güllər də əlimdən yerə düşdü. 

 

İndi məndən soruşurlar ki, sən kimsən? Deyirəm iranlıyam. Deyirlər 



sən  ki  azərbaycanlısan.    Gedirəm  İranda  məndən  soruşurlar  ki, 

haralısan?  Deyirəm  azərbaycanlıyam.  Azərbaycanda  soruşurlar 

haralısan?  Deyirəm  təbrizliyəm.  Təbrizdə  soruşurlar  haralısan? 

Məhz fərq edib bu mənlik. Hər kəsin bir adresi, bir ünvanı var. Bu 

müasir  dünyada  milli  mənlik  çox  mühüm  bir  məsələdir. 

Postmodernizm  istəyir  mənliyi  əlindən  ala.  İstəyir  adamları  öz 

keçmişindən  ayıra.  Bizim  şair  Bulud  Qaraçöllü  deyir  ―Mənim  də 

əlimdən bu gəlir ancaq, Səni öz keçmişinlə eyləyim tanış. Baş uca 

yaşamaq  istəsən  əgər,  Bax  gör  balaların  necə  yaşamış‖  Bu  deyilir 

mənim mənliyimə. Mən kiməm? Üç dənə böyük amil var mənlikdə. 

Biri  coğrafiyadır.  Soruşurlar  haralısan?  Yer  adı  deyəcək.  Ya 

məntəqədir, ya ölkədir, ya şəhərdir, ya rayondur, ya mikrorayondur. 

İnsan gərək yaşadığı yeri tanıtdırsın. Bu coğrafiya elminə əsaslanır. 

Mən  tədqiqatımla  əlaqədar  Azərbaycan  dərsliklərini  yoxladım. 

Sonra  araşdırdım.  Gördüm  ki,  coğrafiya  üzrə  Azərbaycanda  yaxşı 

işləyiblər.  Öz  vətənlərini  vətəndaşlarına  yaxşı  tanıtdırıblar.  Sizin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

325 


alimlər sizi öyrətmək istəyiblər ki, haralısız? Sonra bu yurd ki mən 

ordan  gəlmişəm,  istəyirəm  biləm  ki  başına  nə  gəlib.  Bu  səbəbdən 

gərəkdir  ki  mən  tarix  öyrənəm.  Aydın  və  düzgün  tarix.  Prezident 

İlham  Əliyev  cənabları    tarixçilərlə  görüşəndə  yazıb  ki,  yenidən 

Azərbaycanın düzgün tarixi sənədlər əsasında yazılsın. Buna görə ki 

istəyir  yeniyetmə  nəsillər  bilsinlər  bu  yurdun  başına  nə  gəlibdir? 

Ondan dərs alsınlar. Hər millət ki tarixdən dərs almayacaq, məcbur 

olub  tarixini  yenidən  yaşayacaq.  Bu  cəhətdən  cənab  İlham  Əliyev 

bu  məsələyə  çox  mühüm  toxunur.  Yurdun  başına  nə  gəldiyini 

bilmək  üçün  dil  və  ədəbiyyatı  da  gözəl  bilmək  lazımdır.  Bu 

səbəbdən Azərbaycan ədəbiyyatı çox zəngin bir ədəbiyyatdır. Neçə 

illərdən  bəri,  XVIII  əsrdən,  Mirzə  Fətəli  Axundovdan  üzü  bəri 

çalışıblar  ki,  bu  dili  bizə  öyrətsinlər.  Mən  Tehranda  anadan 

olmuşam.  Ata-anam  təbrizli  idi.  4  il  Təbriz  Universitetində 

oxumuşam,  ondan  başqa  Azərbaycanı  görməmişəm,  heç 

olmamışam. Amma burda mən Azərbaycan dilində danışıram. Evdə 

də  Azərbaycan  dilində  danışıram,  harda  bir  azərbaycanlı  görsəm 

onunla  da  Azərbaycan  dilində  danışıram.  Bu  dil  giribdir  mənim 

qanıma,  canıma,  bu  çıxmayacaq  ki.  Necə  olar  ki  bəziləri  deyə  ki 

İranda, Azərbaycanda təzyiq edirlər, dillərini qoymurlar danışmağa. 

Bizim də elə anamız sizlərə deyilən layladan deyib. Anam əvvəldən 

mənə su dedi, xab ki yox. Yuxu öyrətdi mənə, xab ki yox.  Bu dil 

ölməyibdir,  hər  yerdə  var.  Azərbaycanlılar  İranın  yerli  əhalisidir, 

onlar  ayrı  yerdən  gəlməyibdir.  Bəzən  görürəm  ki  sözləri  səhv 

deyirlər.  Bu  səbəbdən  mən  gördüm  ki  Azərbaycan  dərsliklərində 

yaxşı işləyiblər. Amma bir tənqidim də var. Bəzən biz istəyirik ki, 

yeniyetmə  nəsillər  gəlsin  ki,  qonşularıyla  yaxşı  əlaqələri  olsun. 

Prezident cənabları buyurub ki, əlaqələr düzgün qurulsun. Görürəm 

ki  bəzən  böyük  Azərbaycan,  vahid  Azərbaycan  yazıblar. 

Dərbənddən  başlayıb  ta  Qəzvinə  qədər.  Ermənilər  də  belə  bir  iş 

görüblər.  Ortada  yazıblar  ki,  böyük  Ermənistan.  Böyük,  dənizdən 

dənizə.  Kürdlər  də  bir  şey  yazıblar.  Görürük  ki,  İranın  şima-qərb 

hissəsi  3  xəritədə  vardır.  Bu  sözlər  məncə  çox  təkid  buyurubdur 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

326 



deyəm  ki,  möhtərəm  cənab  İlham  Əliyev  çox  düzgün  buyurubdur 

ki, gərək düzgün tarix yazılsın. Müasir tarix postmodernizmə qarşı. 

Onda bu şeylər geriyə gedir. 

 

Əziz dostlar! Mən burda gördüm ki, bu tarix səbəbdən və dil. Onun 



çox rolu var bizim milli mənliyimizdə və bəzi adət-ənənələri var ki, 

biz bunlardan istifadə edə bilək və gələcəyimizə yol açaq. Birincisi 

Novruz  bayramı.  Bu  Novruz  bayramı  məncə  milli  mənlikdə  çox 

təsir buraxır. Ona görə ki Novruz bayramı Çinin qərbindən başlayıb 

ta  Anadoluya  qədər  hər  yerdə  var.  Amma  mən  tədqiqat  apardım, 

heç  yerdə  bu  adət-ənənə  Azərbaycandakı  kimi  dəyərli  deyil.  Ona 

görə ki bir kitab yazıblar burda ―İlaxır çərşənbələr‖. Azad Nəbiyev 

yazıb. Heç bu çərşənbələr İranda yoxdur. 1 dənə çərşənbə var. İlin 

axır  çərşənbəsi.  Amma  burada  4  dənə  çərşənbə  var.  Kitabda 

göstərilir  bu  adət  ənənələr  keçmişdən  bizə  miras  kimi  gəlib  çıxıb. 

Biz  onu  qorumuşuq.  Mən  o  kitabı  fars  dilinə  tərcümə  etmişəm  və 

Tehranda çap edilib. 

 

Bundan  başqa  musiqi.  Biz  sovetlər  dönəmində  Azərbaycan 



musiqisini  Bakı  radiosundan,  o  yandan-  bu  yandan  eşidirdik.  İndi 

Sovetlər süquta uğrayıb, yeni nəsillər gəlibdir. Düşünürdük ki, daha 

əvvəlki  musiqilər  olmayacaq,  postmodernist  musiqi  gəlib  milli 

musiqinin  yerini  tutacaq.    O  zaman  sizdə  20  nəfər,  50  nəfər 

tanınmış  xanəndə  var  idi.  Bülbül,  Rəşid  Behbudov  və  başqaları. 

Muğamat  oxuyurdular,  təranə  oxuyurdular.  İndi  biz  dünyanın  hər 

yerində,  İranda  AzTV-ni  açanda  görürük  ki,  orada  muğamat 

müsabiqəsi  verir.  Yeniyetmə  nəsillər  sizin  klassik  musiqinizi 

oxuyurlar.  Onu  qabağa  aparırlar.  Çox  sevinirəm.  Bu  musiqi  bir 

qismətdə aparır aşıq musiqisinə. Bizdə aşıqlar da vardı, bu aşıqlar ın 

demək  olar  ki  nəsilləri  kəsilir.  Amma  burada  aşıqlara  əhəmiyyət 

verərkən  çox  müsbət  təsir  göstərdi  İranda  aşıq  poeziyasına.  İndi 

onlar yaxşı aşıq paltarı da geyinirlər. Bu göstərir ki, bu adət-ənənə 

dəyərli olubdur, yeniyetmə nəsillər də ona əhəmiyyət verirlər. Bunu 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə