MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə114/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

350 



soyuqluq,  eskaypizm  inkişaf  edir.  Şəxsiyyət  böhranı-müasir 

postindustrial  dünyanın  yaratdığı  ən  mürəkkəb  problem­lərdən 

biridir. 

 

Son illərin statistikası sosial şəbəkə istifadəçilərinin sayının dinamik 



olaraq  artmasını  göstərir.  Nəzərə  alsaq  ki,  fəal  istifadəçilərin  orta 

statistik  qrupunun  yaşı  18-25-dir,  yəni  gənclər  təhlükəyə  ən  çox 

məruz qalan qrupdur. Təhlükəsiz İnternet Günü ilə əlaqədar 2011-ci 

ildə  yayılan  məlumatlar  insanı  düşünməyə  vadar  edir:  gənclər, 

onların 10 il bundan əvvəlki həmyaşıdlarından 2-3 saat az yatır; orta 

hesabla  həftədə  8  saat  onlayn  oyunlara  sərf  olunur;  hər  ay 

Facebook-da istifadəyə təxminən 500 milyon istifadəçi 700 milyard 

dəqiqə (orta hesabla hər istifadəçi bir sutka) sərf edir. 

 

Digər  statistikaya,  məsələn  Rusiyada  2010-cu  ildə  aparılan 



sorğunun  nəticələrinə  əsasən,  İnternet  istifadəçilərinin  təxminən 

89%-i sosial şəbəkələrdən istifadə edir, 63% isə bu məqsədlər üçün 

mobil telefondan istifadə edir. Ən acınacaqlı odur ki, istifadəçilərin 

43%-nin fikrincə, sosial media insanları yaxınlaşdırmır, 42% əksinə 

hesab edir, 15%-isə hələ öz rəyini müəyyənləşdirə bilməyib. 

 

Düşünürəm  ki,  bu  rəqəmlər  müasir  texnologiyaların  həyatımıza 



təsirinin  səviyyəsini  əks  etdirir.  Buna  görə  də  hər  yerdə,  xüsusilə 

tam  formalaşmamış  psixikaya  malik  olan  gənclər  və  uşaqlar 

arasında  müasir  texnologiyaların  faydalı  istifadəsi  qaydaları 

haqqında  izahat  işini  aparmaq  lazımdır.  Millətlərarası,  dini  və  irqi 

ayrı-seçkiliyin qızışdırılması, ―demokratik islahatlar‖, yaxud ―səxsi 

azadlıq‖ şüarları altında qeyri-qanuni hərəkətlərə təhrik etmək üçün 

müasir 

texnologiyaların 



istifadə 

olunması, 

ümumiyyətlə, 

yolverilməzdir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

351 


Bu  səbəbdən,  yalnız  fərdlərin,  cəmiyyətin  və  bütövlükdə  dövlətin 

rifahı üçün müasir texnologiyalarda düzgün istifadə hər bir ölkənin 

sosial inkişaf amili ola bilər. 

 

Diqqətinizə görə təşəkkür edirəm. 



 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

352 



 

Prof. S.B.Qaşkov, M.V.Lomonosov adına Moskva Dövlət 

Universiteti 

 

İnformasiyanın müdafiəsi haqqında 

 

Zalda iştirak edənlərin hamısı riyaziyyatın mücərrəd elm olduğunu, 



əlbəttə,  bilirlər.  Bu  səbəbdən,  bir  çoxları  düşünürlər  ki,  bu  elm 

dünyada  tətbiq  olunsa  da,  onun  məişətdə  tətbiqi  ilə  çətin  ki, 

rastlaşaq. Yəni o, dolayısı ilə – fizika, kimya, mexanika, texnika və 

i.a.  tətbiq  edilir.  Lakin  hazırda  belə  bir  baxış  tamamilə  yanlışdır. 

Məsələn, mən iddia edə bilərəm ki, burada iştirak edənlərin hamısı 

daim  riyaziyyatın  hərəkətsiz  tətbiqi  ilə  təmasdadır,  çünki  hamımız 

cibimizdə  mobil  telefonlar  gəzdiririk.  Lakin  söhbət  təkcə  mobil 

telefonlardan  deyil,  istənilən  rəqəmsal  texnikadan  gedir.  İndi  artıq 

hətta  fotoaparatlar  da  rəqəmsaldır.  Kompüterlərin  rəqəmsal 

olduğunu isə hamı başa düşür. 

 

Məlum  olduğu  kimi,  rəqəmsal  texnikada  informasiya  sıfır  və 



vahidlərin  ardıcıllığı  şəklində  ötürülür.  Sadəlövh  baxışlara  görə, 

informasiya tam etibarlı şəkildə ötürülür, sıfır vahiddən fərqlənmir. 

Əslində isə bir çox səbəblərdən irəli gələn səhvlər baş verir. Səhvlər 

təkcə  uzaq  radio  əlaqədə  deyil,  adi  mobil  rabitədə  də  olur. 

İnformasiyanın  ikiqat  sıx  yazıldığı  optik  disklərin,  xüsusən  DVD 

disklərin oxunması zamanı səhvlər meydana çıxır. Kompüterdə sərt 

diskdən  informasiyanın  oxunmasında  səhvlər  olur.  Qeyd  etmək 

lazımdır ki, son 10 il ərzində sərt disklərin həcmi möhtəşəm şəkildə 

böyümüş,  artıq  yüzlərlə  giqabayt  olmuşdur.  Bu  isə  maqnit 

yazılarının sıxlığının artmasının nəticəsidir. 

 

Təbii  ki,  səhvlər  olur.  Onları  düzəltmək  lazımdır.  Bununla  elmin 



böyük  bir  sahəsi  məşğul  olur.  O,  səhvləri  düzəldən  kodlar 

nəzəriyyəsi adlanır. Orada kodlaşdırmanın külli miqdarda müxtəlif 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

353 


sistemləri  yaradılmışdır.  Ən  dəbdə  olanlardın  biri  60-cı  illərin 

əvvəllərində  icad  olunan  Boezi-Cunthuri  kodlarıdır.  O,  Hindistan 

mənşəli  amerikalı  idi.  Lakin  bəzi  məlumatlara  görə,  həmin  kodlar 

bizdə də kəşf edilsə də, məlum səbəblər üzündən çap edilməmişdi. 

O dövrdə kodlaşdırmanın tətbiq sahəsi hərbi texnika, kosmik rabitə 

ilə  bağlı  idi.  İndi  isə  səhvlərin  düzəldilməsi  ilə  kodlaşdırmadan 

qaçılmaz  olaraq  bütün  sahələrdə  istifadə  edilir.  Beləliklə, 

dekodlaşdırma  alqoritmləri  Boezi-Cunthuri  kodları  üçün  yaxşı 

işlənib  hazırlanmışdır  və  onlar  sonlu  adlandırılan  sahələrdə 

hesablamanın  tətbiqinə  əsaslanır.  Bəs  əməliyyatlar  hansılardır? 

Hesabdakılar:  toplama,  çıxma,  vurma,  bölmə.  Doğrudur,  sonuncu 

olmasa da olar. Bölmə kifayət qədər bahalı əməliyyatdır. 

 

Sonlu  sahələr  isə  XIX  əsrin  əvvəllərində  məşhur  alman 



riyaziyyatçısı Karl Fridrix Qauss kəşf etmişdir. Sonlu sahə kifayət 

qədər sadə bir şeydir. Məsələn, 5 elementdən ibarət sahə, sadəcə, 0, 

1, 2, 3, 4 , 5 rəqəmlərindən ibarət sahədir. Onları toplamaq, vurmaq 

olar,  amma  sadəcə  vurmaq  yox,  çünki  hansısa  rəqəm  alınacaq, 

məsələn,  15,  cavabı  isə  yenidən  5-ə  bölmək  və  qalıqla  əvəzləmək 

lazımdır,  yəni  nəticə  həmişə  0-dan  4-ə  qədər  olacaqdır.  Bax,  belə 

sadə bir nümunə. 

 

Daha sonra məşhur bir fransız riyaziyyatçısı Evarist Qalua Qaussun 



bu  konstruksiyasını  ümumiləşdirdi  və  elə  sonlu  sahələr  yaratdı  ki, 

onlarda  elementlərin  sayı  nəinki  mütləq  sadə  rəqəmlər  eyni 

zamanda, sadə rəqəmlərin dərəcəsi oldu. O dövrdə bu, riyaziyyatda 

qabaqcıl istiqamət idi. Ümumiyyətlə, o, indi də inkişaf etməkdədir. 

Doğrudur,  daha  mürəkkəb  istiqamətlər  də  inkişaf  edir,  məsələn, 

sonlu  sahələr  üzərində  cəbri  əyrilər.  Bütün  bunlarla  məşğul  olan 

rəqəmlər  nəzəriyyəsi  mütəxəssisləri  həmişə  elmlərinin  saf  olması, 

heç vaxt heç bir yerdə tətbiq olunmaması ilə fəxr edirdilər. Məşhur 

ingilis riyaziyyatçısı Hardi özünün « Riyaziyyatın  apologiyayası » 

kitabçasında elə belə də yazmışdı. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə