MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə115/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

354 



 

Lakin məlum oldu ki, zaman keçdikcə bütün bunlar tətbiq edilməyə

həm  də  demək  olar  ki,  hər  yerdə  tətbiq  edilməyə  başlamışdı. 

Kodlaşdırma informasiyanın qaçılmaz olan səhvlərdən müdafiəsi ilə 

məşğuldur. Lakin informasiyanı həmçinin kənar müdaxilələrdən və 

bilərəkdən  səhvlər  daxil  edilməsindən  də  müdafiə  etmək  lazımdır. 

Dövrümüzdə  bu,  çox  aktuallaşmışdır.  Bununla  geniş  fəaliyyət 

sahəsi  məşğul  olur.  İnformasiyanın  müdafiəsi  adlanır.  Orada 

istifadə  olunan  metodlardan  biri  məlumatların  şifrələnməsi,  yaxud 

kriptoqrafiya adlanır. 

 

Rus dilində kriptoqrafiya gizli yazı deməkdir. Ümumiyyətlə, klassik 



kriptoqrafiya elə riyaziyyatın özü qədər qocadır. Onun bir neçə min 

il  yaşı  var.  Ondan  hələ  Qədim  Misirdə  və  Qədim  Yunanıstanda 

istifadə olunduğu güman edilir. Lakin təəccüblüdür ki, keçən əsrin 

70-ci  illərində  artıq  ictimai  kriptoqrafiya,  yaxud  başqa  cür  desək, 

açıq açarlı kriptoqrafiya kəşf edildi.  Daha bir ekvivalent termin də 

var  –  assimmetrik  açarlı  kriptoqrafiya.  Məsələ  ondadır  ki,  klassik 

kriptoqrafiya  (onu  sim­metrik  açarlı  kriptoqrafiya  da  adlandırırlar) 

aşağıdakılara  əsaslanır:  məxfi  infor­ma­si­ya  mübadiləsi  edən  iki 

subyekt  eyni  məxfi  açara  malik  olmalıdır.  Onlardan  biri  həmin 

açarla informasiyanı müəyyən alqoritmin köməyilə şifrələyir, digəri 

isə elə hə­min açarın köməyilə onun şifrini açır. Prinsipcə, şifrləmə 

sistemi düşmənə bəlli ola bilər-bundan çıxış yolu tapmaq lazımdır. 

O yalnız açarı bilmir. Açar olarsa, şifrəni aç­maq asan, olmadıqda 

isə demək olar ki, mümkünsüzdür. Lakin ümumi məxfi açara ma­lik 

olma  narahatlıq  doğurur.  Necəsə  görüşmək,  çaparlar  göndərmək 

lazım gəlir və s. 

 

Məlum  oldu  ki,  fərdlərdən  hər  birinin  heç  də  mütləq  üst-üstə 



düşməyən,  öz  məxfi  açarı  olan  şifrləmə  sistemi  də  mövcuddur. 

Buna baxmayaraq, onlar hətta müxtəlif kontinentlərdə olmaqla, bir-

birilə  görüşmədən  informasiya  mübadiləsi  təşkil  edə  bilirlər.  Həm 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

355 


də  bu  zaman  heç  bir  xüsusi  xidmət  orqanı  bunu,  demək  olar  ki, 

oxumağa  qadir  deyil.  Əlbəttə,  nəzəri  baxımdan  bu,  mümkündür. 

Əgər  dünyadakı  bütün  superkompüterləri  qoşa  bilsəniz  və  vaxt 

baxımından  məhdudiyyətiniz  olmasa,  məsələn,  1000  il  yaşamaq 

imkanınız  olarsa.  Odur  ki,  söhbət  praktiki  baxımdan 

mümkünsüzlükdən gedir. 

 

Beləliklə, hazırda açıq açarlı kriptoqrafiya gur inkişafdadır, yüzlərlə 



konfranslar  keçirilir,  jurnallar  nəşr  olunur,  bu  işdə  Braziliya, 

Tayvan  kimi  ölkələrin  tədqiqatçıları  iştirak  edirlər,  külli  miqdarda 

gözəl  kriptoqrafik  sistem  kəşf  edilmişdir.  Məsələn,  elektron  imza 

sistemləri işlənib hazırlanmışdır. Onlar o qədər dəbdədir ki, artıq bir 

çox  ölkələrin  kriptoqrafik  standartlarına  daxil  olmuşdur.  Həm  də 

onlardan  real  şəkildə  istifadə  edilir,  çünki  sanballı  adamlar  bu 

sənədləri  bir-birilə  görüşmədən,  elektron  şəkildə  göndərə  bilirlər, 

üstəlik, bu zaman məhz imzası gözlənilən adamın imza atdığına tam 

zəmanət  verilir.  Bu  imzaların  saxtalaşdırılmasının  mümkünsüz 

olduğuna, həmçinin imza atanın öz imzasından imtina etməyəcəyinə 

də praktiki zəmanət var. 

 

Lakin  imzanın  az-az  tətbiq  olunan  daha  ekzotik  sistemləri  də 



mövcuddur:  qrupşəkilli  imza,  kandar  (poroqovaə?)  imzası,  dairəvi 

imza.  Onlar  bir  çox  maraqlı  xassələrə  malikdir. Məsələn,  dairədən 

bir  nəfər  hansısa  sənədi  imzalaya  bilər  və  bu  zaman  onu  kimin 

imzaladığını  müəyyənləşdirmək  mümkünsüzdür,  lakin  təsadüfən 

məlumdur  ki,  bir  nəfər  imzalayıb  və  lazım  olan  yerə  ünvanlayıb. 

Yeri  gəlmişkən,  onları  bizdə  kəşf  etməyiblər.  Məncə,  hardasa 

Çində. 

 

Elektron səsvermənin təşkili sistemləri var. Hələlik, onlar da demək 



olar  ki,  tətbiq  edilmir,  lakin  elə  xassələrə  malikdir  ki,  nəticələri 

saxtalaşdırmaq 

olmur 

və 


kimin 

necə 


səs 

verdiyini 

müəyyənləşdirmək mümkün deyil. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

356 



 

Elektron  pullar  adlandırılan  sistemlər  mövcuddur.  Bunlar  bizim 

İnternetdə  istifadə  etdiyimiz,  müxtəlif  ödəniş  sistemləri  deyil. 

Sonuncular  primitiv  sistemlərdir.  Onlar  mükəmməl  deyil,  onları 

elektron  pul  adlandırmaq  olmaz.  Mürəkkəb,  praktiki,  az  tətbiq 

olunan  sistemlər  var  ki,  pulu  tam  imitasiya  etməyə,  o  cümlədən 

izləməni mümkünsüzləşdirən sistemlər var. Yəni insanlar pul rolunu 

oynayan  hansısa  rəqəmlər  toplusu  vasitəsilə  hesablaşırlar  və  bu 

zaman  nə  vaxtsa  kimin  kimə  ödəniş  etdiyini  müəyyənləşdirmək 

mümkün  deyil.  Eyni  zamanda,  insanın  həqiqətən  ödəniş  etməsinə 

tam  zəmanət  verilir  və  heç  kimin  heç  bir  iddiası  olmur.  Bütün  bu 

xüsusiyyətlər  paradoksal,  bir-birilə  uyğun  gəlməyən  təsəvvürlər 

yaratsada, bununla belə, bütün bunlara artıq nail olunmuşdur. 

 

Mən  sözümü  artıq  bitirirəm,  lakin  onu  da  demək  istəyirəm  ki, 



müasir riyaziyyat özü-özlüyündə inkişaf etsə də, ən azı, onun bəzi 

sahələri,  gördüyümüz  kimi,  getdikcə  daha  çox,  tamamilə 

gözlənilməz şəkildə tətbiq edilir və  görünür, bu tendensiya inkişaf 

edəcəkdir. Odur ki, riyaziyyatı öyrənmək lazımdır. 

 

Sonda  demək  istəyirəm  ki,  vaxtilə  «Kodları  sındıranlar»  kitabını 



yazmış  amerikalı  jurnalist  Kan  həmin  kitabda  ilk  dəfə  açıq 

mətbuatda  açıq  kriptoqrafiyadan,  yəni  açıq  yox,  klassik 

kriptoqrafiyadan yazmağa başladı (bir halda ki, açıq kriptoqrafiya o 

zaman hələ təzəcə meydana çıxmağa başlamışdı). Məsələn, o, belə 

bir bəyanat verdi: «Böyük dövlət nüvə raketləri, ballistik raketləri, 

nüvə  bombası  və  kriptoqrafiyası  olan  dövlətdir».  Sözümü  elə 

bununla bitirmək istəyirəm. 

 

  



 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə