MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə117/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   113   114   115   116   117   118   119   120   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

360 



Əvvəlki  yüzilliklərdən  hər  biri  hansısa  texnologiyanın  meydana 

çıxması  ilə  səciyyələnmişdir  ki,  həmin  əsrdə  tərəqqini  elə  onların 

inkişafı müəyyənləşdirirdi. XVIII əsrdə bunlar mexaniki sistemlər, 

XIX əsrdə – buxar maşını, XX əsrdə isə informasiyanın toplanması, 

ötürülməsi, emalı və saxlanması texnologiyaları oldu. 

 

Bizim  dövrümüz  isə,  artıq  qeyd  etdiyimiz  kimi,  elm  və  yeni 



texnologiyaların  sürətli  inkişafı  dövrüdür.  İndi  bəşəriyyət  öz 

inkişafının  yeni  mərhələsinə  qədəm  qoyur  ki,  bu  mərhələdə  nəinki 

klassik  elmlər  sürətlə  inkişaf  edir,  həm    də  yeni  fənlər  meydana 

çıxır.  Toplanan  elmi  biliklərin  həcmi  artır,  elm  və  texnikanın 

nailiyyətləri sürətlə həyata tətbiq edilir. 

 

Müxtəlif  ölkələrin  aparıcı  elmi  nəşrlərində  elmi  materialların  sayı 



artır.  Həm  də  slaydda  da  gördüyümüz  kimi,  son  illər  inkişaf 

etməkdə  olan  bir  sıra  ölkələr  –  Çin,  Cənubi  Koreya,  Hindistan, 

Malayziya  bu  sahədə  artım  templərinə  görə  dünyanın  aparıcı 

ölkələrini qabaqlamaqdadır. 

 

Təbii  ki,  bu,  elmi  araşdırmalara  təsir  göstərir  və  təhsil  prosesinin 



təşkilinə  yeni  yanaşma  tələb  edir.  Müasir  şəraitdə  tədrisin  yeni 

texnologiyalarının  tətbiqi,  müasir  informasiya  texnologiyalarından 

istifadə, nəzəriyyə ilə praktika, yəni elmlə istehsalat arasında daha 

sıx əlaqələrin qurulması qaçılmazdır. 

 

İndi  nəhəng  informasiya  axınlarını  sürətlə  emal  etməyi  və  ondan 



istifadəni  bacaranlar  uğur  qazanırlar.  Liderlik  isə  elmlə  təhsilin 

səmərəli  inteqrasiyasına  nail  olmuş  ölkələrdədir.  Slaydda  təqdim 

olunan məlumatlar buna nümunə ola bilər. Məsələn, Nobel mükafatı 

laureatlarının  70%-i,  elm  və  mühəndislik  sahəsində  məqalələrin 

30%-i  və  dünyada  ən  çox  sitat  gətirilən  elmi  məqalələrin  44%-i 

ABŞ-ın payına düşür. Yuxarıda adlarını çəkdiyim bir sıra ölkələr də 

bu istiqamətdə sürətlə irəliləməkdədir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

361 


 

İndi  biz  baza  elmi  təhsilin  daim  yeniləşdirilməsi  və 

genişləndirilməsinə daha çox diqqət yetirməli, elmi-texniki biliklər 

və  vərdişlərin  aşılanması  üçün  bütün  zəruri  tədbirləri  görməliyik. 

Müasir  meyarlara  cavab  verən  mütəxəssislər  hazırlanması  təhsil 

sistemində  elmi  biliklərin  inkişafından  geri  qalmamağı,  təhsil 

prosesinə  müasir  kommunikasiya  vasitələrini,  «nou-hau»  tipli 

innovasiya  texnologiyalarını,  daha  cəsarətli  tətbiqini,  o  cümlədən 

«injener-haus»lar  və  texnoparklar  yaradılması  üçün  imkanlar 

axtarılmasını,  yəni  intensiv  texnologiyaların  sürətli  inkişafı 

şəraitində  elmlə  təhsil  arasında  tarazlaşdırılmış  qarşılıqlı 

münasibətlər yaradılmasını tələb edir. 

 

Obyektiv  və  dinamik  inkişaf  edən  proses  olan  ali  təhsilin 



beynəlmiləlləşməsi  artıq  yeni  mərhələyə  –  inteqrasiya  mərhələsinə 

keçir.  Təhsil  müəssisələrinin  xarici  tərəfdaşlar  və  təşkilatlarla 

möhkəm  əlaqələr  qurması,  ali  təhsil  müəssisələrinin  regional 

birliklərinin  formalaşdırılması,  YUNESKO,  BMT  və  başqa 

təşkilatların  himayəsi  altında  bütün  dünya  üçün  ümumi  inkişaf 

strategiyasının işlənib hazırlanması buna dəlalət edir. Son nəticədə, 

bütün bunlar dünya ali təhsilinin vahid sistemdə birləşməsinə gətirib 

çıxarmalıdır. 

 

Yeri  gəlmişkən,  son  illər  postsovet  məkanında  da  bu  istiqamətdə 



böyük iş görülmüşdür. Rusiya, Ukrayna, Mərkəzi Asiya, Qara dəniz 

boyunun  aparıcı    universitetlərinin  Avrasiya  Universitetlər 

Assosiasiyası, Xəzəryanı Universitetlər Assosiasiyası və Qara dəniz 

hövzəsi  Universitetləri  Assosiasiyasında  birləşməsi  buna  nümunə 

ola  bilər.  Paralel  olaraq,  Avropa  və  MDB-nin  bir  çox  aparıcı  ali 

məktəbləri  ilə  ikitərəfli  əlaqələr  də  inkişaf  etdirilir  və 

möhkəmləndirilir,  MDB  ölkələrinin  aparıcı  ali  məktəblərinin 

filialları  açılır.  Məsələn,  2008-ci  ildən  Azərbaycanda  MDU-nun 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

362 



filialı  müvəffəqiyyətlə  fəaliyyət  göstərir.  Bolonya  sisteminin 

tətbiqində də uğurlar əldə edilmişdir. 

 

Bütün  bunlara  baxmayaraq,  universitetlərimiz  hələ  də  dünyanın 



aparıcı  ölkələrinin  universitetlərindən  geri  qalmaqdadır.  Bu, 

universitetlərin  ABŞ,  Yaponiya,  böyük  Britaniya  və  digər  inkişaf 

etmiş  ölkələrin  ali  məktəblərinin  böyük  əksəriyyət  təşkil  etdiyi 

Şanxay  reytinqindən  də  aydın  görünür.  Burada  belə  bir  məlum 

ifadəni yada salmaq yerinə düşər: «Amerika universitetləri Amerika 

bu qədər belə zəngin olduğu üçün güclü deyillər, universitetləri belə 

güclü olduğu üçün Amerika bu qədər zəngindir». 

 

Təbii  ki,  dünya  ali  təhsil  sisteminə  inteqrasiyanı  davam  etdirmək 



zəruridir.  Lakin  buna  qədər  biz  öz  aramızda  inteqrasiyanı,  yəni 

regional inteqrasiyanı hərtərfli genişləndirməliyik. Mən əminəm ki, 

tezliklə elmin vətəni olmadığı kimi, təhsilin də vətəni olmayacaqdır. 

 

Ali təhsilin inkişafının müasir meylləri həm müsbət, həm də mənfi 



nəticələrə  gətirib  çıxarır.  Məsələn,  ali  təhsilin  miqyasının 

genişlənməsi  ilə  əlaqədar  təlimin  keyfiyyətinin  təmin  edilməsi 

problemi  kəskinləşmişdir.  Müasir  cəmiyyətin  yüksək  səviyyəli 

təhsilə  malik  mobil  mütəxəssislərə  kəskin  ehtiyacı  var.  Məhz 

cəmiyyət  gənc  mütəxəssislərin  əmək  bazarına  təsir  göstərərək, 

keyfiyyətli ali təhsili stimullaşdıra bilər və bunu etməyə borcludur. 

Ali təhsilin artmaqda olan miqyasının maliyyələşdirilməsi problemi 

də kifayət qədər kəskinləşmişdir. Digər tərəfdən, tələbələrin sayının 

artması 

bir 


çox 

tədris 


müəssisəsini 

infrastrukturun 

təkmilləşdirilməsi,  kitabxana  fondları,  beynəlxalq  əməkdaşlıq, 

pedaqoji  kadrların  hazırlanması  və  yenidən  hazırlığına  xərcləri 

azaltmağa  məcbur  edir.  Yeri  gəlmişkən,  Rusiya  Federasiyasının 

Prezidenti hörmətli cənab Medvedyev bu yaxınlarda Ulyanovskdakı 

çıxışında  bu  məsələlərə  toxunaraq,  iqtisadiyyat  üçün  üstün  sahələr 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə