MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə116/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

357 


 

Prof. F. M. Əfəndiyev, Bakı Dövlət Universiteti 

 

Qlobal Problemlər və bəşəriyyətin tərəqqisi. 

 

Qloballaşma  müasir  dövrün  ən  mühüm  proseslərindən  biri  kimi 



tədqiqatçılar  tərəfindən  geniş  təhlil  olunur.  Bu  problemə  artmaqda 

olan  maraq  onun fundamentallığı,  dünya  proseslərinə,  ölkələrin  və 

xalqların həyatına dərindən nüfuz etməsi, inteqral məzmun daşıması 

və bütövlükdə müasir dövr üçün mühüm əhəmiyyəti ilə izah olunur. 

 

Hazırda  bəşəriyyət  sivilizasiyanın  özü  və  planetimizdə  həyatın 



mövcudluğu üçün böyük təhlükə törədən kəskin qlobal problemlərlə 

qarşılaşmışdır.  Bəşəriy­yətin  gələcək  sosial  tərəqqisi  əsrimizin 

əvvəllərində  kəskin  şəkildə  ortaya  çıxan  bu  həyati  problemlərin 

həllindən asılıdır, eynilə də onların aradan qaldırılması yalnız həmin 

tərəqqi sayəsində mümkündür. 

 

Müasir  dövrün  təməli  kvintessensiyası  olan  fəlsəfə  qloballıq 



fenomenini  fəal  surətdə  tədqiq  edir.  Həmin  fenomen  bəşəriyyət 

qarşısında  prinsip  etibarı  ilə  yeni  problemlər  qoyur.  Bunlardan  bir 

çoxu  əvvəllər  mövcud  olmuşdur  və  onların  həlli  təxirə  salına 

bilməz,  çünki  onların  bir  çoxu  kəskin  olub,  insan  həyatının 

mövcudluğu məsələləri ilə bağlıdır. 

 

Müasir dövrdə  istilik-nüvə müharibəsi, ekoloji böhran, demoqrafik 



partlayış və digər qlobal miqyaslı təhlükələri təxirəsalınmaz surətdə 

həll  etmək  xüsusi  ilə  zəruridir.  Bu,  ümumbəşəri  mənafeləri  və 

dəyərləri  hər  şeydən  üstün  tutan  yeni  siyasi  təfəkkürün  təməlini 

təşkil edir. 

 

Qloballaşma ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir, o, 



informasiya inqilabı ilə müşayiət olunur, sonuncu isə bütün coğrafi 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

358 



məkanlara  yayılır.  Belə  ki,  onun  yaratdığı  imkanlar  sayəsində  bu 

gün  dünyada  ünsiyyət  psixologiyası  yeniləşir,  hər  bir  xalq    digəri 

haqqında  çoxlu  biliklər  əldə  edir,  müxtəlif  xalqları,  dinləri  və 

mədəniyyətləri  təmsil  edən  insanlar  arasında  peşə  əməkdaşlığı 

inkişaf edir. 

 

Qloballaşma bu vaxtı çatmış problemlərin həllində bütün ölkələrin 



və  xalqların  cəhdlərini  birləşdirməyi  tələb  edir.  Belə  yanaşma  

ümumilikdə  dünyanın  inkişafı  haqqında  proqramların  işlənib 

hazırlanmasında  BMT-nin  və  digər  beynəlxalq  təşkilatların  rolunu 

artırır.  Onlarla  yanaşı  həmin  problemləri  həll  edə  bilən  prinsipcə 

yeni beynəlxalq strukturların yaranması da mümkündür. 

 

Hazırda  bəşəriyyət  tarixində  ilk  dəfə  olaraq  yer  kürəsinin 



çoxmilyardlı əhalisini yaşayış vasitələri ilə təmin etmək, onlar üçün 

ləyaqətli  həyat  şəraiti  yaratmaq  üçün  imkan  açılmışdır.  Buna  nail 

olmaq üçün bəşəriyyət bütün zəruri iqtisadi və maliyyə resurslarına, 

elmi-texniki imkanlara və intellektual potensiala malikdir. Bununla 

belə,  həmin  imkanın  reallaşması  üçün  ümumbəşəri  maraqların  və 

dəyərlərin prioritetinə əsaslanan yeni siyasi təfəkkür, xeyirxah iradə 

və beynəlxalq əməkdaşlıq zəruridir. 

 

  



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

359 


 

Akad. A.M.Məhərrəmov, Bakı Dövlət Universitetinin 

rektoru 

 

İntensiv Texnologiyaların Sürətli artımı 



Şəraitində elm və təhsilin tarazlaşdırılmış inkişafı 

 

Bəşəriyyətin  mövcud  olduğu  bütün  dövr  ərzində  insanlar  həmişə 



özlərinə  belə  bir  sual  verirdilər:  nə  zaman,  hansı  dövrdə  biz 

cəmiyyət  üçün  daha  gərəkli  ola  bilərdik,  həyat  isə  bizim  özümüz 

üçün daha maraqlı və səmərəli olardı? 

 

Çox  güman  ki,  XIX  əsrdə  və  daha  əvvəllər  yaşayanlar  bu  suala 



cavab  axtararkən  çətinliklərlə  üzləşərdilər.  Çünki  o  vaxtlar  tarixdə 

bu və ya digər dövrü səciyyələndirən dəqiq meyarlar yox idi. 

 

XX  əsrin  sonu  –  XXI  əsrin  əvvəllərində  yaşayanlar  isə  qoyulan 



suala  çətinlik  çəkmədən  cavab  verə  bilərlər.  XX  əsrdə  biz  dünya 

hökmranlığı,  dünyanın  siyasi  xəritəsinin  dəyişdirilməsi  uğrunda 

çoxsaylı müharibələrin şahidi olduq. Bu baxımdan keçən yüzilliyin 

ortalarında  çoxları  XX  əsri  müharibələr  dövrü,  nüfuz  dairələrinin 

dəyişdirilməsi  uğrunda  mübarizə  dövrü  sayırdı.  Əsrin  bizə  də 

yaşamaq  nəsib  olan  ikinci  yarısı  isə  tarix  tərəfindən  sosializmlə 

kapitalizmin  paralel  inkişafı  dövrü  kimi  səciyyələndirilir.  Bundan 

çıxış edərək, bir çoxları XX əsri imperializmin inkişafı, digərləri isə 

kommunizm  quruculuğu  dövrü  sayır.  Lakin  XX  əsrin  sonlarına 

doğru aydın oldu ki, o, daha çox, elm və texnikanın sürətli inkişafı, 

yeni  texnologiyaların,  elmi-praktik  innovasiyaların  meydana 

çıxması,  informasiya-kommunikasiya  texnologiyalarının  yayılması 

ilə  səciyyələnir.  Bir  sözlə,  XX  əsr  tarixə  informasiya  əsri  kimi, 

sözün daha geniş anlamında isə – elm və təhsil əsri kimi daxil oldu. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə