MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə112/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

343 


Riyazi  maşınların  yaranması  keyfiyyətə  təsir  etmədi.  Biz  əvvəlki 

kimi həmin  riyazi modellər dünyasındayıq. 

 

Lakin  riyaziyyatın  tətbiqinin  bir  çox  istiqamətlərində  radikal 



partlayış  baş  verdi.  Məsələn,  təsvirlərin  robotla  tanınması  və  ya 

şifahi  nitqin  tanınması  məsələlərinin  həllini  klassik  riyaziyyat 

nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Riyaziyyat yeni 

tətbiqi  riyaziyyatın  diskret  kəmiyyətlərlə  işləyən  metod  və 

modellərinin  geniş  spektrini  hazırlamışdır  və  bu  zaman  hesablama 

üsulları  üçün  keçilməz  adlanan  məsələlər  adlanan  aşkar 

olunmuşdur. 

 

Kompyuter texnologiyalarının riyazi sərhədləri 



 

Artıq  1960-cı  illərdə  ardıcıl  cavab  seçmə  üsuluna  əsaslanan  çox 

sadə  həll  alqoritmi  ilə  verilən  bəzi  məsələlərin  bu  üsulun  köməyi 

olmadan  daha  tez  həll  etməyin  mümkünsüzlüyü  aşkar  edilmişdir. 

Qeyd  edək  ki,  seçmə  alqoritmi  praktiki  əhəmiyyətə  malik  deyil. 

Müasir  zamanda  riyaziyyatın  və  onun  hesablama  praktikasında 

tətbiqlərinin qarşısında duran ən mühüm və hələlik həll olunmamış 

problemlərindən  biri  seçmə  problemidir:  yuxarıda  adları  çəkilən 

məsələlərin  həllini  seçmə  üsuluna  nisbətən  daha  sürətlə  almağa 

imkan  verən  bir  alqoritm  varmı?  Bu  alqoritmin  varlığının 

mümkünsüzlüyünün 

gözlənilən 

isbatı 

riyaziyyatçı 



və 

proqramlaşdırıcıları  seçmə  məsələlərinin  xüsusi  hallarına  (digər 

alqoritmlərin tətbiqinə imkan verən) yönəldir. 

 

 Riyazi piramida 



 

Müasir dünyada aşağıdakı riyazi fəaliyyət piramidası mövcuddur: 

 

Təmiz klassik riyaziyyat 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

344 



Tətbiqi riyaziyyat/Riyazi modelləşdirmə 

 

Proqramlaşdırma 



 

Tətbiq 


 

Bu  zaman  faktiki  olaraq  cəmiyyət  tərəfindən  diktə  olunan 

resurslarla  (mütəxəssislərin  sayı  kimi)  piramidanın  təpəsindən 

əsasına  doğru  hərəkət  hiss  olunacaq  dərəcədə  artır.  B.İ.Arnoldun 

Z.D.Faddeyevə əsaslanaraq tez-tez qeyd etdiyi kimi ―SSRİ-də 1 ildə 

riyaziyyata  ayrılan  vəsait  bir  tankın  qiymətinə  bərabər  idi,  indi 

Rusiyada  bu  vəsait-təqribən  1  ildə  1  tankın  -i  məbləğindədir‖. 

Burada  məhz  ―təmiz  klassik  riyaziyyata‖  ayrılan  vəsait  nəzərdə 

tutulur. 

 

Eyni  zamanda,  bu  piramidanın  zirvəsindəki  fəaliyyətin  yüksək 



keyfiyyəti  onun  daha  aşağı  və  daha  geniş  pillələrində  keyfiyyətli 

nəticə əldə etmək üçün zəruridir. Sovet İttifaqı riyaziyyat sahəsində 

unikal  elmi  potensiala  malik  idi.  Sovet  cəmiyyətinin  quruluşunun 

xüsusiyyətinə  və  infrastrukturuna  uyğun  olaraq  bu  elmi  potensial 

daha çox əsas elmi mərkəzlərdə toplansa da, indi müstəqil dövlətlər 

olan  respublikalarda  bu  sahəyə  əhəmiyyətli  vəsait  qoyulur  və 

nəticələr alınır. 

 

O  zaman  mövcud  olan  elmi  əlaqələr  bərpa  olunmalı  və 



gücləndirilməlidir.  Elə  həmin  informasiya  texnologiyaları  bu  işdə 

bizim əsas yardımçımız ola bilər. 

 

Riyazi savad 



 

Belə  bir  təəssürat  yarana  bilər  ki,  informasiya  texnologiyalarının 

varlığı riyazi təhsili lazımsız edir. Bir tərəfdən, peşəkarlar var: ―əgər 

yük daşıyanları varsa, coğrafiyanı öyrənmək nəyə lazımdır‖. Digər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

345 


tərəfdən XIX əsrin bir çox peşələrində zəruri olan-hesab əməllərinin 

yerinə yetirilməsi, faizlə bağlı əməliy­yatların aparılması və s. kimi 

bacarıqların  yerinə  yetirilməsini  kalkulyatorlar  və  kompyuterlər 

vasitəsilə həyata keçirmək olar. 

 

Həqiqət  isə  əksinədir.  Müasir  insana  100  və  hətta  50  il  bundan 



əvvələ nisbətən daha çox riyazi savad lazımdır. Bunun əsas səbəbi 

bu gün tez-tez dəyişən şərtlər daxilində fəaliyyətin planlaşdırılması 

və həll qəbul edilməsini tələb edən iş yerlərinin artmasıdır. 

 

Bir çox həllərin və planların əsasında isə riyaziyyat durur. Bu həm 



də  siyasətə,  ekologiyaya,  şəxsi  həyata  aid  və  professional  sferanın 

xaricində  olan  seçmə,  planlaşdırmaya  da  aid  edilir.  Bu  gün  sırf 

hesabi savadın yerini insan mədəniyyətinin daha geniş sahəsi tutur. 

 

Riyazi savadın növləri 



 

Riyazi savadın şərti olaraq aşağıdakı növlərini qeyd etmək olar: 

 

Miqdar və cəbri savad (düsturda yerinə qoymaq, cavab almaq); 



Həndəsi savad; 

Ehtimal və statistik savad

Məntiqi savad, çoxluqlar və xassələr, müraciətdə o cümlədən riyazi 

olmayan obyektlər haqqında müzakirələrdə savadlılıq; 

Alqoritmik  savad,  həmçinin  hesablama  mürəkkəbliyindən  irəli 

gələn  mülahizələrdən  istifadə  etmək  bacarığı  və  kompyuterin  işini 

fundamental  riyazi  əsaslarını  (məsələn,  konkret  hesablama  verən 

universal  hesablayıcı  üçün  proqram)  başa  düşülməsi.  Bu  barədə 

1981-ci  ildə  akad.  A.P.Yerşov  ―Proqramlaşdırma  –  ikinci 

savadddır‖ şüarı ilə çıxış edirdi. 

Modelləşdirmədə 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə