MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə111/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

339 


«Sosial jurnalistika və yüksək texnologiyalar» 

«Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri 

«Dünyanı  dəyişdirən  müasir  texnologiyalar»  mövzusunda  dəyirmi 

masanın  təşkili  və  həyata  keçirilməsi  Bakı  Dövlət  Universitetinə 

həvalə  edilmişdir.  Forumun  proqramına  uyğun  olaraq  bu  gün  biz 

sizinlə XX əsrin sonunda və XXI əsrin ilk onilliyində böyük sürətlə 

inkişaf  edən  müasir  texnologiyaların  və  innovasiyaların,  xüsusilə 

informasiya-kommunikasiya  texnologiyalarının  cəmiyyətdə  və 

bütövlükdə  dünyada  yaratdığı  dəyişiklikləri,  onların  müsbət  və 

mənfi  cəhətlərinin  ətraflı    müzakirə  edərək  gələcək  ümidləri  və 

perspektivləri müəyyən etməyə çalışacağıq. 

 

Hörmətli həmkarlar və dostlar! 



 

Artıq hamımıza məlumdur ki, XX  əsr daha çox elmin və texnikanın 

sürətli  inkişafı,  yeni  texnologiyaların,  elmi  və  praktiki 

innovasiyaların,  informasiya-kommunikasiya  texnologiyalarının 

inkişafı  ilə  səciyyələnir  və  tarixə  informasiya  əsri,  daha  geniş 

mənada  elm  və  təhsil  əsri  kimi  daxil  olmuşdur.  Elmin  və  təhsilin 

bütövlükdə  inkişafı  bütün  dünyada  vətəndaş  cəmiyyətinin 

qurulmasını  təmin  edən  əsas  şərtdir  və  biz  də  bu  cəmiyyətin 

qurulmasında  iştirak  edirik.  Bu  yolda  hər  birimiz  öz 

məsuliyyətlərimizi başa düşməliyik, üzərimizə düşən vəzifələrimizi 

vicdan və şərəflə yerinə yetirməyə çalışmalıyıq. 

 

XX  əsrin  son  və  XXI  əsrin  ilk  onilliyində  informasiya  və 



kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən 

əsas  amillərdən  birinə  çevrilmişdir.  Onların  təsir  dairəsi  dövlət 

strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial 

sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat 

tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan 

ölkələr  informasiya  və  kommunikasiya  texnologiyalarının  verdiyi 

üstünlüklərdən  faydalanır.  Hazırda  informasiya  cəmiyyətinə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

340 



yönəlmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç 

kimdə şübhə doğurmur. 

 

İnsanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir. 



İnformasiya-kommunikasiya  texnologiyaları  da  daxil  olmaqla, 

müasir  texnologiyalardan  bilik  və  informasiyanın  ötürülməsi  üçün 

istifadə  olunması  qlobal  səviyyədə  də  inkişafın  əsas  şərtlərindən 

sayılır. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına 

çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bakı 

Forumu  və  bugünkü  dəyirmi  masa  da  bu  baxımdan  böyük 

əhəmiyyətə malikdir. 

 

Mən  dəyirmi  masanın  işinə  uğurlar  arzulayıram  və  onu  davam 



etdirmək  üçün    moderatoru,  M.V.Lomonosov  adına  MDU-nun 

rektoru, akademik V.A.Sadovniçini dəvət edirəm. 

 

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

341 


 

Akad. A.L.Semyonov 

 

Moskva Açıq Təhsil İnstitutunun rektoru 

 

 

Müasir dünyada riyaziyyatın rolu 

 

Müasir  dünyada  hər  bir  insan  üçün  riyaziyyatın  rolu  bilavasitə  2 



əsas faktorla təyin edilir: 

 

İnformasiyanın emalı texnologiyası. 



Riyazi savad. 

Riyaziyyat digər elm və texnologiyalara reallıq modelləri sistemi və 

bu  modellərin  tədqiqi  alətlərini  təklif  edərək  bütün  insanların 

həyatına hiss olunacaq dərəcədə təsir edir. 

 

Riyaziyyat və informasiyanın emalı texnologiyası 



 

XX əsr kompyuterlərin yaranması və yayılması əsridir. Kompyuteri 

riyazi  maşın  da  adlandırmaq  olar  (Bəzən  bizim  ölkəmizdə 

kompyuteri  elə  riyazi  maşın  adlandırırdılar  və  bu,  ―Hesablama 

maşını‖ adlandırılmasından daha doğru səslənirdi). Kompyuter özü 

riyazi  üsullarla  yaradılmışdır.  Kompyuter  hər  şeydən  əvvəl 

informasiyanın təhlili istiqamətində riyazi üsullarla təsvir olunaraq 

fəaliyyət  göstərən  riyazi  qurğu  kimi  meydana  gəlmişdir.  Belə  də 

ifadə etmək olar ki, maşınlar ―riyaziləşdirilməsi‖ mümkün olan işi 

görürlər.  Aydındır  ki,  belə  maşınların  yaradılması  və  istismarında 

riyazi  metodlardan  istifadə  edən  fizika  və  kimya  kimi  elmlər  də 

tətbiq  olunur,  lakin  insan  üçün  bu  maşınların  yerinə  yetirdiyi  iş 

məhz riyazi məna daşıyır. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

342 



Kompyuterə qədərki vaxtlarda kompyuter riyaziyyatının yaranması 

 

Çox  yaxşı  haldır  ki,  belə  maşınların  işləmə  nəzəriyyəsi  və  onların 



tət­biqlərinin bir çox mühüm elementləri, riyaziyyatçılar tərəfindən 

texnologiyalar­dan xeyli əvvəl yaradılmışdır. 

 

Çox  yaxşı  haldır  ki,  texnologiyaların  əsasına  çevrilmiş  uyğun 



elektron  maşınların  işləmə  nəzəriyyəsi  və  onların  tətbiqlərinin  bir 

çox  mühüm  elementləri,  məsələn,  proqramlaşdırma  dilləri 

yaradılmışdır. Bu nəzəriyyə formal qaydalara əsasən informasiyanın 

təhlili  ilə  məşğul  olan  insanın  fəaliyyət  aləti  kimi  meydana 

gəlmişdir.  ―Kompyuterə  qədərki  eranın‖  riyazi  sənayesi  praktiki 

olaraq ―itkisizdir‖. 

 

Məsələn,  1940-cı  illərin  sonunda  leninqradlı  riyaziyyatçı,  akad. 



müxbir üzvü A.A.Markov  alqoritmlər nəzəriyyəsini (və ya özünün 

ifadə  etdiyi  kimi-alqorifmlər  nəzəriyyəsini)  qurdu,  1970-ci  illərdə 

isə kompyuter aləmində struktur proqramlaşdırma və proqramların 

doğruluğunun  induktiv  isbatı  kəşf  olundu  və  bu  yeniliklər 

Markovun kəşfinin təkrarı idi. 

 

Klassik təmiz və tətbiqi riyaziyyat 



 

Təmiz  klassik  riyaziyyat  dəqiq  düsturlarla  işləyirdi.  Yalnız  sonda, 

yəni  tənlik  ümumi  halda  həll  edildikdən  sonra  verilmiş  şərtlərdən 

istifadə edilərək  hesablama  aparılırdı. Klassik  tətbiqi riyaziyyat  da 

daha  çox  inkişaf  tapmış  analitik  həllə  üstünlük  verilirdi  və  yalnız 

bundan sonra təqribi hesablama üsulları tətbiq olunurdu. Biz hər bir 

halda  son  nəticədə  həqiqi  ədədlərlə,  yəni  sonsuz  onluq  kəsrlərlə 

yox, onların sonlu, diskret yaxınlaşmaları ilə işləyirdik. 

 

Riyaziyyatın informasiya texnologiyalarından yaranan yeni sahələri. 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə