MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə119/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   115   116   117   118   119   120   121   122   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

366 



dəyişikliklərə  məruz  qalmaqdadır.  Keyfiyyətli  təhsil  bu 

dəyişikliklərə  reaksiya  verməlidir.  Bunun  ən  önəmli  və  çətin 

məqamı  isə  tədrisə  yeni  fənlərin  daxil  edilməsidir.  Özü-özlüyündə 

əsaslı araşdırmalardan daha çox, cəmiyyətin onları qəbul etməsi və 

yaşamın keyfiyyətini yüksəldən, sosial-iqtisadi inkişafda irəliləyişə 

gətirib  çıxaran  texnologiyalara  çevirməyə  hazır  olması  önəmlidir. 

Yeniliyi  qəbul  etməyə  hazır  olmaq,  ondan  istehsal  və  istehlak 

səviyyəsində  əməli  xeyir  əldə  etməyə  hazır  olmaq  isə  təhsil 

sisteminin vəzifəsidir, yəni bizim vəzifəmizdir. 

 

Elm  və  təhsilin  inkişafı  bütün  dünyada  vətəndaş  cəmiyyətinin 



yaradılmasını  təmin  edəcək  və  bizim  nəsil  var  gücü  ilə  bu  prosesi 

dəstəkləməyə çalışacaqdır ki, bizə də belə bir cəmiyyətdə yaşamaq 

nəsib olsun. 

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

367 


 

Professor Eden Mamut, Qara dəniz Universitetləri 

Şəbəkəsi, Rumıniya 

 

Davamlı  inkişaf naminə  eko-yenilənmə və tam 



texnika 

 

31  Oktyabr,  2011-ci  il  BMT  tərəfindən  dünya  əhalisinin  sayının  7 



milyard nəfərə çatdığını bildirən rəsmi gün elan edilmişdir. Bu fakt, 

5  il  müddətinə  ―Əhali  Bölgüsü‖nün  hazırladığı  və  topladığı 

materiallara əsasən əldə edilmişdir. Bununla belə birinci cədvəldən 

də  gördüyümüz  kimi,  əhalinin  artımı  və  sayının  tək  inkişaf 

mərhələsi zamanı 3 dəfəyədək qalxması məhz ötən əsrə aiddir. 

 

Dünya  əhalisinin  sayında  yüksək  həyat  səviyyəsi,  misilsiz  iqtisadi 



fəaliyyət,  iri  miqyasda  ehtiyatlardan  istifadə,  nəqliyyat, 

kommunikasiya, elmi sıçrayışlar və digər bu kimi faktorlar səbəbilə 

xüsusilə ikinci dünya müharibə­sindən sonra bu günümüzədək, yəni 

XXI əsrin əvvəllərinədək artım müşahidə olunmuşdur. 

 

Onu  da  qeyd  edək  ki,  bu  inkişafın  və  artımın  töhfələri  olduqca 



mürəkkəb  nəticələrin  əldə olunmasına  gətirib  çıxarmışdır.  Belə  ki, 

alimlər  müasir  dövrü­müzdə  ətraf  mühitin  və  ekologiyanın 

çirklənməsi və səviyyəsinin aşağı düşməsinə, iqlim dəyişikliyinə və 

bu nəticələrlə bağlı olan digər faktorlara cavab tapmağa çalışırlar. 

 

Ətraf mühitlə bağlı ənənəvi siyasət və sözügedən problemlərlə bağlı 



həyata  keçirilən  tədbirlər  2-ci  cədvəldə  təqdim  olunmuşdur.  Qeyd 

edək  ki,  burada  göstərilmiş  yanaşma  tərzi  müəyyən  mənada 

tamamilə uğurlu alınmışdır. Məsələn sözügedən yanaşma tərzi çirkli 

suların  təmizlənməsinə,  təhlükəli  məhsulları  yenidən  emal  etməyə 

və iqlim dəyişikliyinin sürətlənməsini ləngitməyə yardım etmişdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

368 



 

Bununla  belə,  ənənəvi  problemlərin  həlli  istiqamətində  fəaliyyət 

həmin problemin mövcudluğunun isbatdan sonra başladığından, bu 

cür  siyasət  nə  sistemli  şəkildə  faydalı,  nə  də  ümumi  mənada 

problemin  qarşısını  almağa  qadir  olmur.  Şəxsi  problemləri  ətraf 

mühitlə  bağlı  xüsusi  texnoloji  vasitələrlə  həll  etmək  isə  digər 

problemlərin,  xüsusən  də  hələ  aşkarlanmamış  məsələlərin 

kəskinləşməsinə səbəb ola bilər. Bu gün təbiətdən alınan sərvətlərin 

95%-dən  çoxu  emal  edilmiş  əmtəə  məhsulu  hələ  bazara  çatmamış 

ifrat dərəcədə sərf edilir və bunun nəticəsi olaraq, avtomobillər kimi 

bir çox sənaye məhsulları istifadə müddətində əlavə təbii ehtiyatlara 

tələbat duyur. 

 

Beləliklə  də,  ―ənənəvi  texnologiya‖ya  əsaslanan  bu  cür  tədbirlər 



artıq  uzun  müddət  kifayət etməyəcəyini  sübuta  yetirir.  Məhz  buna 

görədir  ki,  insanların  tələbatını  ödəmək  naminə  məhsullardan 

səmərəli  şəkildə  istifadə  və  təbii  sərvətlərin  istehlak  edilməsi  yeni 

sistemlərə,  əmtəəyə,  xidmətlərə,  proses  və  prosedurlara  ehtiyac 

duyur. 

 

Bu  zəmində,  məhsulun  və  xidmətlərin  tərəqqisini,  onların 



uzunömür­lülüyünü  nəzərdən  keçirmək  lazımdır.  Həyata  keçirilən 

analiz  və  optimallaşdırmalar  sübut  edir  ki,  dəyərləndirilən  hər  bir 

element və mövcud texnologiyaların tərəqqisi ətraf mühitin təsirinin 

minimallaşdırılması  və  təbii  ehtiyatların  məhsuldarlığının  2-4  dəfə 

artması  ilə  nəticələnmişdir.  Bu  cür  yanaşma  isə  davamlı  inkişaf 

nəzəriyyəsinin həyata keçirilməsi yolunda yeni perspektivlər açır. 

 

Davamlı  inkişaf  nəzəriyyəsinin  həyata  keçirilməsi  istiqamətində 



forma­laşmış strategiya bir-biri ilə sıx şəkildə bağlı olan 3 hissədən 

ibarətdir: 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə