www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
65
Can – deyib fəryad qoparma,
Can – boğazdan aĢağıdır...
Biri deyər ,biri yeyər,
Dil – ağızdan aĢağıdır...
Odda biĢən,suda ĢiĢən,
Əli – ayağı sürüĢən,
Dilindən böhtana düĢən
BaĢ – dayazdan aĢağıdır...
Kəfən kimi biçilməyən,
Ürək ilə içilməyən,
Öz – özündən keçilməyən
Yol – namazdan aĢağıdır...
***
Vaxtın quzulayan səssizliyində
Günlər bir-birindən xəbər
gözləyir...
Yolumdan tərpənmir səbrin də
daĢı,
Ağlında və varsa, büküb
gizləyir...
Baxıram çöknəyən ağırlığına,
BaĢından sonuna səsim yürümür,
Üstündən zamanın karvanı keçir,
Niyə bu yolların daĢı yerimir..?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
66
Üst-üstə yığılır
boyat arzular,
Böhran dəftərçəsi ĢiĢir qeyddən,
Bir-bir budayıram solan günləri,
Bir dərz bağlayıram quru
ümiddən...
***
Allah ilə aramda
Dünya – bir vəsilədir...
Inamımla imanım –
Haqq olan məsələdir...
Dövr eləyən ulduzlar
Tale kəhkəĢanıdır...
Anlayıb- anlamamaq –
Idrakın niĢanıdır...
***
Qəlp adamlar qəlpələnir qəlpə-qəlpə,
Qəlpələri qəlb dağıdır...
Adı azar,dərdi bezar,
Biri girsə ürəyinə,göz dağıdır...
Özü xırda,yaraları böyük olur,
Ovuc-ovuc,qucaq-qucaq yığıb atsan,
Gizləndiyi ağrılarda izi qalır,
Üzü bitir,
dərinlərdə gözü qalır...
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
67
...bu dünyada
getmək üçün
bir yol da bəs edərdi...
duymaq üçin,sevmək üçün,
bir qəlb də bəs edərdi...
adam kimi yaĢamağa
bir gün də bəs edərdi...
ölüm ilə qovuĢmağa
bir can da bəs edərdi...
***
...Əvvəl sağ qolum öldü,
sağ dostumu basdırdım,
sonra sol qolum öldü,
sol dostumu basdırdım...
Yanımda iki ölü,
sağ dıĢımı bağladım,
sol dıĢımı bağladım,
çiynimdə baĢ tək duran
baĢ daĢımı ağladım...
***
Qızılgülün butası,
Nə Ģalı,nə xarası,
Qızı baĢ tacı eylər,
Bibisiylə xalası...
***
Qızılgülün butası,
Açılıb baĢ- yaxası,
Göz süzülür,üz yanır,
Var nazının xatası...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
68
***
Qızılgülün butası,
Al qırmızı libası,
Kolu tikan da olsa,
Qırar oğlanın xası...
***
Sevgi günü
Günləri sevgiyə bölək...
Bir gününə sevgi düĢür,
O birinə ayrılıq...
Bu gün sevək –
Sabah ayrılaq...
Bu gün hədiyyələr alaq,
Sabah aradan sıyrılaq...
Bax,bu qız səhər ağlayıb,
Gözləri hələ yoldadır,
Sevgisi çiçək açmayıb,
Sevdiyi onu aldadır...
Gözləri qıpqırmızıdır,
Evdə üzünü gizlədir...
Bu oğlan da yalqız-yalqız
Gəzir əlləri cibində,
Bezir yorğun küçələrdən,
Qaçır durğun gecələrdən...
Gözü qalıb gizli- gizli
QoĢa gedən sevgilərdə...
Sevgi günü – sevgilisiz....
Necə bayram etsin yazıq?