www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
142
Hər kəs bir yol tapıb getdi
peĢmanlığına,
Təkcə sən düĢüb qaldın günahların
altında...
9 yanvar,2013.
***
BaĢın qarıĢdı yaman
Canlı oyuncaqlara...
Gözüyumulu düĢdün
Qurulan tuzaqlara...
Rəngbərəng bayramlarda
Hədiyyələr,görüĢlər...
Arzusunda olduğun
Əyləncələr ,öpüĢlər...
Heç bilmədin ağlını
BaĢın harda itirdi,
Gözləruni tovlayıb
Nəfsin səni bitirdi..
Sən olmaq istədiyin
Adam kimi yaĢadın,
Yığdığın günahları
Vicdanında daĢıdın...
***
2013.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
143
NĠSƏ BƏYĠM
ULDUZ
Səsləri
MÜƏLLĠFDƏN:
Tale elə gətirdi ki,mənim ədəbiyyata gəlişim
“Azərbaycan” jurnalı ilə bağlı oldu.2000-ci ildə bu
jurnalda çap olunmuş ən yaxşı poeziya nümünələrinə
görə İsa İsmayılzadə adına mükafatın mənə
verilməsini yaradıcılığım üçün ən dəyərli qiymət
hesab edirəm.Mənim poetik uğurlarımın təməli məhz
o vaxtdan – “Azərbaycan” jurnalında ilk dəfə çap
olunduğum vaxtdan qoyulub.Jurnalın baş redaktoru
Yusif Səmədoğlu və redaktor müavini İ.İsmayılzadə
yaradıcılığıma ürəkgenişliyi,diqqət və qayğı ilə
yanaşaraq,çap olunmağım üçün həmişə şərait
yaradırdılar.İllər keçdikcə bu xeyirxahlığı və
alicənablığı daha çox qiymətləndirirəm və bütün
ömrüm boyu onların ruhlarını minnətdarlıqla yad
edəcəyəm.
Mükafatı alanda hədsiz sevindim...Amma mənə beş
yüz min manat pul təqdim edəndə çaşıb qaldım.Yəni
ki, bu mükafatın adı məni göylərə qaldırdı, verilən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
144
pul da ilahi bir məqamla bağlı olduğundan mənim
üçün artıq pul-dəyər funksiyasını daşımırdı.
Düşündüm-düşündüm...Mükafata təqdim olunan
şerlərin də qonorarını üst-üstə qoyub “Ulduz
səsləri”ni çap etdirmək qərarına gəldim.
Bütün qələm dostlarıma cansağlığı, uzun ömür.
Böyük uğurlar arzusu ilə “Ulduz səsləri”ni Yusif
Səmədoğlunun və İsa İsmayılzadənin əziz xatirəsinə
ithaf edirəm.
Allah sizə rəhmət eləsin, qardaşlarım! Ruhunuz şad
olsun!
(şerlər)
YARADANIN ADI İLƏ
Ulum, ucalığım, uzaqlığım-
fitrətim,
Dinim, imanım,amanım-
itaətim,
Rəbbim, ilahim, tanrım-
ibadətim,
Eşqim,səadətim,sevgim-
məhəbbətim,
Rəhmim, fəhmim, qüdrətim-
təbiətim,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
145
Səsim, nəfəsim, varlığım
ünsiyyətim,
Elmim, idrakım, yaddaşım-
fəzilətim,
Cismim,hissim,duyğum, ruhum-
mahiyyətim.
Təkliyim, tənhalığım, xislətim-
ülviyyətim,
Əvvəlim, sonum, sonsuzluğum-
əbədiyyətim,
Allahım,Allahım,Allahım!
***
ġerim, səni mənim kimi
Bir kimsə dindirə bilməz.
Göylərin doqquz qatından
Əfsunla endirə bilməz.
Qatib ömrün boyağına,
Vaxtı vaxtın dayağına,
Səni haqqın ayağına
Elçi tək göndərə bilməz.
Vaxtın qatından soyulaq,
Biz ikimiz bir sayılaq,
EĢq gözündə saf su olaq,
Su suyu söndürə bilməz.
Bizi bu dilli sevdadan,
Sirli-sünbüllü sevdadan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
146
Güllü-bülbüllü sevdadan
Fələk də döndərə bilməz.
***
Səsini göndər mənə,
Görsün necədir halım.
Görsün mənimlədirmi,
Yoxsa, itib xəyalım?
Qəmlə baĢ-baĢa verib,
Gör necə dolanıram?
Mən odsuz, mən ocaqsız,
Dərd ilə qalanıram.
Soyuqdur. Dörd bir yanım
Buz bağlamıĢ ĢüĢədir.
Bu buz qəsrin göz yaĢı
Məni yaman üĢüdür.
***
Mənim vaxtdan-vaxtda açıqdır yolum,
Gələrəm, gedərəm, yox olaram da.
Səninsə ayağın yola dolaĢar,
Qalarsan dünyayla mənim aramda.
Axtar xəyalından ötən günləri,
Dostları ilə paylaş: |