MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
153 
 
Dirilib sazla oynadım. 
 
Ox atdılar, yaralandım, 
Dağ-dağ olub sıralandım, 
“Döz” dedilər, paralandım, 
YaĢ olub gözlə oynadım. 
 
                   *** 
 
Adəm oğlu, ver mənə, 
Köynəyim səndə qalıb. 
Uçub gedə bilmirəm, 
Ürəyim səndə qalıb. 
 
Tor qurub tutdun məni
QuĢ bilib atdın məni, 
Niyə buraxdın məni, 
Diləyim səndə qalib. 
 
Köynəyimi verdin də, 
Ürəyimi verdin də, 
Diləyimi verdin də, 
Bə nəyim səndə qalıb? 
 
               *** 
        Mailə xanım Muradxanlıya. 
 
Əlin üzündə qalıb, 
Sən indimi görürsən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
154 
 
baĢın üstə dolanan, 
dövrə vuran yarpağı. 
Sənə indimi çatıb. 
Arxanca gizli-gizli
asta-asta sürünən 
ömrün payız sorağı. 
Bu, ömürdü, 
Barmaqların arasında 
aylar,illər axıb gedər. 
Bu,taledir, 
Sevgisini, həsrətini, 
göz yaĢını yağıb gedər. 
 
BaĢın yaman qarıĢıqdır, 
Vaxtın yoxdur yenə də 
Saçlarını yığmağa, 
DolaĢıq düĢüb yaman, 
Hövsələn də yoxdur, yəqin, 
Əsəbi fikirləri 
Ġsladıb daramağa. 
 
Qalaq-qalaq zəng səsləri, 
Qalaq-qalaq soraqlar, 
Qalaq-qalaq kağızların  
                          arasında 
BoyanmamıĢ dodaqlar. 
Aman Allah! 
Qapı dalındadır hələ 
ġəkk eləyən qulaqlar. 
Bu gün ziyafət də var, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
155 
 
ġənlənib əylənməyə. 
Yas da var planında, 
Ağlayıb qəmlənməyə. 
Məni bu gün gözləmə, 
Vaxtım yoxdur gəlməyə. 
Səninlə bir dərdləĢib, 
Çay içib dincəlməyə. 
 
Sabah sənə zəng vurub
Günü xəbər alaram. 
Səni sənin özünə 
Bir də xatırladaram. 
 
             *** 
 
Bu boĢ dünya nə idi, 
Ona gücün çatmadı. 
Oyaq ikən yatmağa, 
Günahına batmağa, 
Dünyanı alıb-satmağa, 
Gücün çatmadı, neynim? 
 
Baxacağın gözlərə, 
Deyəcəyin sözlərə, 
Səni gözləyən izlərə 
Gedib çatmadın, neynim? 
 
Üz-üzə durduğun fakta, 
Səhər yazılıb,  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
156 
 
axĢam cirilan akta, 
Keçirtdiyin infarkta 
Səbrin  çatmadı, neynim? 
 
Nə sevgiyə, nə həsrətə, 
Nə nifrətə, nə xiffətə, 
Bir yol gələn məhəbbətə 
Əlin çatmadı, neynim? 
 
Əvvəl məni atdın, 
Sonra ürəyini. 
Gücün çatmadı bizə, 
DaĢıya bilmədin, neynim? 
YaĢaya bilmədin, neynim? 
 
             *** 
Bilmirəm dünyanın  harasındayam, 
Ovcumda göz yaĢı... 
kimə göndərim? 
Ömrümdən baĢ alıb gedən yolları, 
Yoldan necə edim, necə döndərim? 
 
Yollar çəkir məni gözümdən dara
Gözümdən yollara yağır qəm,ələm. 
Hər yola çıxanda bir özgəsiyəm, 
Hər yoldan dönəndə özüm deyiləm. 
 
Daha yerim yoxdu mənim dünyada, 
Daha yerim boĢdu, yaĢamıram mən. 
Dünyanın dərdləri bir yana qalsın, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
157 
 
Özüm özümü də daĢımıram mən. 
 
Qohumdan-qardaĢdan, doğmadan-yaddan, 
Yediyim çörəkdən yadırğamıĢam. 
Gündəlik geydiyim paltarlarımdan, 
Bəzəkdən-düzəkdən  yadırğamıĢam. 
 
Daha gücüm çatmır mənim özümə
Bilmirəm qolumdan asılan nədir? 
Mən hər cür yazıdan baĢ da çıxartdım, 
Bilmirəm alnima yazılan nədir? 
 
Dönə də bilmirəm daha dərdimə, 
Daha harayıma ahım da yetmir. 
Mənə dərd eləyən dərdin dalınca 
Getmək istəyirəm, ürəyim getmir. 
                    *** 
Taleyim üzük taxdı 
Barmağıma bu gecə. 
Qeyri-adi qaĢı vardı, 
Ametist. 
Gecəni tutmuĢdu yuxu, 
Xəbərsizdi dünyadan. 
Əllərimin gülüĢündə 
parlayırdı 
Ametist. 
BənövĢəyi iĢığında 
Göyün üzü yanırdı. 
Ġçində nar zərrəciklər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
158 
 
Ulduzları sayırdı. 
Üzümü sürtdüm yavaĢ 
Bu xoĢbəxtlik daĢına. 
Öpdüm də 
dodaqlarım 
boyandı göz yaĢına. 
Bildim, 
Bu ağlayan daĢ 
Bəxtimin yaddaĢıdı, 
Ametist - sevgi daĢı, 
Taleyimin daĢıdı. 
 
             *** 
 
Of, cadugər ürəyim, 
Niyə əvvəldən dedin
Niyə olacaqların 
Sonunu gözləmədin? 
 
Niyə qoymadın məni 
Ayı, günü sürüyüm? 
Ümidlərin közündə 
Damla-damla əriyim. 
 
Bir anın pərdəsinə 
Aldanmağa qıymadın. 
Məni vaxtın gücünə 
Ġnanmağa qoymadın. 
 
BaxiĢların ağrı tək 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə