Aytən Quliyeva
58
məna kəsb edir və biz müəllifin daxilən narahat, yalnız məhəb-
bətli, gözəl həyatı qəbul və təsdiq edən yeni bir qəhrəmanı ilə
rastla
şırıq” (46, 202).
Əsərdə bir çox hallarda cəmiyyətimiz üçün vacib olan mənə-
vi-
əxlaqi problemlər göz önünə gətirilir. İçəri şəhərin bəzi hissə-
lərinin sökülməsi, onların yerinə insanların öz qınlarına, hücrələ-
ri
nə çəkiləcəkləri yeni konfiqurasiyalı “şüşə və betondan mo-
dern qutular” tikilməsi ilə qonşular, ailələr arasında yaranacaq
mənəvi yadlaşma prosesinə toxunulur. Müasir şəhərdə adamla-
rın laqeydliyi, bir-birindən uzaqlığı, qəhrəmanları narahat edir.
On
lar düşünürlər ki, İçəri şəhərdə insanlar bir ailənin üzvləri ki-
mi yaşayırlar, doğrudur, müasir şəhərin rahatlığı ilə müqayisədə
burada
bir darısqallıq var. Amma insanların bir-birinə yaxınlığı
İçəri şəhər həyatının müasir şəhər həyatından misilsiz üstünlü-
yüdür. Burada
hamı bir-biri haqqında hər şeyi bilir, bir-birinin
hər dərdinə, sevincinə ortaq olur. Qəhrəmanlar üçün İçəri şəhə-
rin üstünlü
yü məhz bundadır.
Digər bir problem isə insanın daxili dünyasına qapılıb, lazımi
anda h
əyatının dönüm nöqtəsi olacaq qərarı verməyə gecikməsi
və bütün ömrü boyu bunun peşmanlığı ilə yaşamasıdır. “Nəha-
yət, uzun ayrılıqdan sonra Əsmər Moskvadan Oqtayın ad günü-
nə gəlir. Onlar Bakını gəzirlər, keçmişi xatırlayırlar. Nə qədər
qeyri-adi gör
üş olsa da, həmin günün özü belə onları yaxınlaş-
dırmaqda, təəssüf ki, acizdir. Çünki Oqtay və Əsmərin sevgi
mü
nasibətlərindəki tarazlıq artıq çoxdan pozulub” (29).
Qeyd olunduğu kimi, “Taksi və vaxt” hekayəsinin qəhrəmanı
ilə Oqtayın, Əsmərin bir çox oxşar cəhətləri var. Hər iki hekayə-
nin qəhrəmanları vaxtı dəyərləndirə bilmirlər və bu da onların
həyatda bir çox şeyləri itirmələrinə səbəb olur.
“Taksi və vaxt” hekayəsinin qəhrəmanı itirdiyi zamanın geri
dön
məsini arzulayır: “Qaytarın mənə 20 yaşımı. Hardan qayta-
ra
caqlar? Kim qaytaracaq? 20 yaşımda 20 yaşımın qədrini bil-
mədim... Bir də iyirmi yaşında, o vaxt, o gün, saat üçə on beş
dəqiqə qalanda qaytarmadığım, qaytarmağa cəhd etmədiyim tak-
|