104
insan və vətəndaşın, onun şəxsiyyəti üzərində zor işlətmədən
formalaşmasında görürdü. Bu zaman uşağın təbii qabiliyyət və
bacarıqlarını inkişaf etdirmək lazımdır.
Bütövlükdə Russonun ideyaları Fransa burjua inqilabı
fəallarının sosial-siyasi və əxlaqi baxışlarına güclü təsir
etmişdir. Xüsusi ilə burada yakobinçiləri qeyd etmək olar.
Russonun əxlaqi ideyaları “Elmlər və sənətlər haqqında
mühakimələr” (1750), “İnsanlar arasında bərabərsizliyin
mənşəyi və əsasları haqqında mühakimələr” (1755), “İctimai
müqavilə haqqında” (1762), “Elm və yaxud tərbiyə haqqında”
(1762) işıqlandırılmışdır.
Klassik burjua etikasının son mərhələsi İ.Kant, İ.Q.Fixte,
F.V.Y.Şellinq, Q.V.Hegel, L.A.Feyerbax kimi
görkəmli filosof-
tədqiqatçılarının adı ilə bağlıdır. Artıq qeyd olunduğu kimi,
Yeni dövrün etikasının üç başlıca cərəyanı – rasionallıq,
naturalizm və panteizm - şəxsin əxlaqi bütövlülüyü məsələsini
müxtəlif şəkildə həll etməyə çalışırdılar.
4.3. Alman klassik fəlsəfəsində etika
Alman klassik fəlsəfəsinin banisi
Emmanuel Kant (1724-
1804) artıq formalaşmış əxlaqi nəzəriyyələrdə daxili
ziddiyyətləri tapmış, onların metodoloji əsaslarını izah etməyə
çalışmış, burada yeni problemləri ortalığa qoymuşdur. Kant da
evdemonizmi (xoşbəxtliyə can atma) insan davranışının
səciyyəvi cəhəti kimi qəbul edir. Kant həm də azad iradənin
transsendental qanununu formulə etməyə çalışmışdır.
Etik məsələləri araşdıran Kant ilk növbədə insanda
nəzəri və ppraktiki davranışı fərqləndirir. Hər ikisi ruhun
məhsulu olsa da, onların vəzifələri müxtəlifdir. Nəzəriyyədə
düşüncə vasitəsilə hissi-empirik material həzm olunur, nəticədə
elmi təcrübə meydana gəlir. Praktikada isə ağıl insanı hələ
olmayana, hələ yaranana doğru istiqamətləndirir. Kant göstərir