127
Seminar və ya müstəqil iş üçün suallar
1.
A.Helvetsinin əsərlərində radikal sensualizm.
2.
Fransa materialistlərinin əxlaqi baxışlarında sensualizm və
utilitarizm. J.J.Russonun humanist etikası.
3.
Kantın etikasında rasionallıq və əxlaqi borc. Riqorizm. Ən
ali insani keyfiyyət– əxlaqi borcdur.
4.
Hegel əxlaqi şüurun tarixi xarakteri haqqında. Əxlaq
anlayışı («Ruh fenomenologiyası»). Əxlaq iradənin subyektiv
ifadəsidir.
5.
Hegelin iradə nəzəriyyəsi. Vicdan əxlaqın əsasıdır.
Əxlaqda subyektiv və obyektiv tərəflərinin vəhdəti. Əxlaq və
hüququn nisbəti.
6.
Fixte əxlaq haqqında
7.
L.Feyerbaxın əxlaq nəzəriyyəsi.
8.
K.Marks əxlaqın tarixi xarakteri haqqında.
9.
A.Şopenhayerin etik baxışları.
10.
Etika F.Nitsşenin yaradıcılığının əsasıdır. Egoizm.
Altruizm.
11.
Spenserin təkamülçü əxlaqı.
Tapşırıqlar
a) adamda mənəvi şüurun olması mənəvi azadlığın
şərtidir. Siz kimi mənəvi şüuru olmayan subyekt hesab etdiniz:
- balaca uşağı;
- çox qəzəblənmiş insanı;
- dəlini;
- düzəlməz axmağı;
- çarəsiz vəziyyətə düşmüş insanı.
Təklif edilmiş variantlardan hər birinə görə öz cavabını
əsaslandırın.
128
b) sizin həyatınızda aşağıda göstərilmiş münaqişəli
vəziyyəti doğurmuş vəziyyətlərin nümunələrini gətirin:
- Layiq olmayan və alçaldıcı tənələr.
- Neqativ ümumiləşdirmələr, yersiz "damğalar".
- Insanın özünü necə aparmalı olduğu haqqında inadlı
məsləhətlər, təlimatlar.
- Danışığın mövzusuna aidiyyatı olmayan və ya
həmsöhbət tərəfindən artıq
dəyişdirə bilmədiyi faktlara
müraciət.
- Danışıq sərhədlərinin qətiyyətli kəsilməsi,
müzakirə
üçün müəyyən mövzuların qapanması.
- Yersiz istehza, söyüşlər, lənətlər, "buxarı buraxmaq"
məqsədi daşıyan təhqiredici fikirlər.
"Şirkətin sosial məsuliyyəti". Praktik tapşırıq.
Bu gün biznes təşkilatı qarşısında duran əhəmiyyətli
məsələlərdən biri onun sosial məsuliyyət daşıması, ölkə
qarşısında duran problemlərin həllini təmin edə biləcək konkret
fəaliyyətidir.
Burada iki cür yanaşma var:
1. Hesab edilir ki, sosial problemləri dövlət həll etməli,
biznes isə yalnız "pulun artırılması" ilə məşğul olmalıdır. Bu
mövqe onunla əsaslandırılır ki, sosial sahədə fəaliyyət şirkətin
gəlirlərinin azalmasına doğru aparır, bununla əlaqədar onun
rəqabət mövqeləri pisləşir, xərcləri artır, bu da sonradan bütün
qiymətlərin qalxmasına gətirib çıxarır, zərər istehlakçılara dəyir
və başqa mənfi nəticələrə də səbəb olur.
2.Cəmiyyət qarşısında biznesin sosial məsuliyyətinin
tərəfdarları hesab edirlər ki, biznesmenlər qarşısında mənəvi
öhdəliklər var, sosial fəaliyyət sahibkarlara böyük xeyir verə
bilər, cəmiyyətdə onların imicini yaxşılaşdırar, yaxşı reklam ola
bilər.
Növbəti suallara əsaslandırılmış cavab verin:
129
1. Kimin mövqeyi ilə siz razılaşırsınız və niyə?
2. Sizin fikrinizcə, müasir Azərbaycanda sahibkar ölkə
qarşısında sosial öhdəlikləri yerinə yetirməyə məcburdurmu və
hansı formalarda?
3. Son nəticədə bu ona sərfəli olacaqmı,
həmçinin
maliyyə baxımından? Əgər olacaqsa, niyə?
4. Azərbaycan biznesi hansı
formalarda sosial dəstəyi
həyata keçirə bilər:
-ancaq firma miqyaslarında;
-region, ölkə miqyaslarında.
Mövzu 5.Azərbaycanın ictimai fikir tarixində etik
ideyalar
Zərdüşdlük təlimində xeyir və şər problemi. Maniçiliyin
əxlaqi kodeksi. Məzdək xeyir və şər haqqında. İslam
təriqətlərində əxlaq problemi (əşarilik, mütəzilik, qədirilik).
Xürrəmilikdə etik ideyalar. Bəhmənyar, Xəqani insanın əxlaqi
keyfiyyətləri barəsində. E.Miyanəci və Ş.Sührəvərdinin əxlaqi
fikirləri. Nizami Gəncəvinin etik baxışları. Şəms Təbrizi əxlaq
haqqında. Əbhədi Marağayının «Cami-Cəm» əsərində etik
ideyalar. M.Şəbustəri əxlaq haqqında. N.Tusinin əxlaqi fikirləri
(«Əxlaqi-Nəsiri»). M. Fizulinin əsərlərində əxlaq problemləri.
H.Z. Şirvaninin etik ideyaları («Bustanus-siyahət»).
İ.Qutqaşenlının əsərlərində əxlaq problemi. Q.B.Zakirin əxlaqa
münasibəti. Etikanın sosioloji nəzəriyyəsi. A.A.Bakıxanov
cəmiyyətdə əxlaqın vəziyyəti haqqında. («Təkzibi-əxlaq»).
M.Kazımbəyin etik baxışları. H.B. Zərdabi, M.F.Axundovun,
S.Ə.Şirvaninin əxlaqi baxışları.
M.Mahmudbəyovun dini-etik baxışları. A.Talıbov,
Z.Marağainin
əxlaqi
baxışları.
N.B.Vəzirov,
M.C.Məmmədquluzadə,
M.T.Sidqi
əxlaq
haqqında.
Z.Göyuşovin etik fikrin tədqiqində xidmətləri.