114
yaratdığı (incəsənətdə, elmdə, digər ictimai fəaliyyət
sahələrində) bütün zənginliklərdən faydalanmasıdır. İnsanın
meylləri, bacarıq və qabiliyyətləri eqoizm vasitəsilə hərəkətə
gəlir. Buna görə də eqozimin bir çox növləri var: fərdi, tək,
həm də sinfi, milli, qrup və s. Xeyir səadətə meylin təsdiqi, şər
isə səadətə meylin inkarıdır. İnsan davranışının
emosional tərəfi
sonrakı ictimai fəaliyyət üçün bir növ çıxış nöqtəsidir. İctimai
tərəfi isə səadətə can atmaqdır. İnsanın emosionallığı ilk
növbədə onun, digər insanın duyulmasında özünü bildirir. Öz
hissi ilə o, digər insanın varlığını təsdiqləyir. Sevgi insanın
həmrəyliyə yenilməz meylidir. Xoşbəxtliyə fərdi canatma
digərlərin xoşbəxtliyini və ümumiyyətlə başqalarının
xoşbəxtliyini istisna edir.
Bütövlükdə Feyerbaxın etikası ilk növbədə həmin
dövrün fəlsəfəsinin panteist – materialist xətti ilə bağlıdır. Bu
etika həm də müəyyən mənada utopik sosializm ideyalarını
özündə əks etdirirdi. Onun xoşbəxtlik etikası materialist
xarakter daşıyır.
Lüdviq Feyerbax
əxlaqın əsaslandırılmasında eqoizm
prinsipindən irəli gəlirdi. Eqoizm dedikdə insanın təbiəti və öz
zəkasına uyğun davranması nəzərdə tutulur. Feyerbaxın
fikrincə məhz eqozim teologiyanı, dini, istibdadı inkar edir,
məhz bu qüvvələr insan davranışına xaricdən təsir edərək onun
əsl təbiətinə və tələbatlarına ziddir. Adları çəkilən hallar yalnız
o zaman mənəviyyatın əsasına çevrilə bilər ki, onlar insan
davranışını idarə edərkən onun şəxsi, eqoist maraqlarını təmsil
edəcəklər.
Feyerbax hesab edirdi ki, xeyir fərdi, sırf təbiət
tərəfindən müəyyən edilmiş tələbatlarının ödənilməsi kimi başa
düşməlidir. O, göstərirdi ki, hisslər mənəviyyatın meyyarıdır;
insan istiqamətlənmələrin ən alisi xoşbəxt olmaq arzusudur. O,
hesab edirdi ki, fərdi əxlaq mümkün deyil, çünki mənəviyyat
iki tərəfi nəzərdə tutur: həm “Mən”-in olmasını, həm də onun
digər insanlarla ünsiyyətini. Xoşbəxt olmaq istəyən insan,