107
gözəllik, yaxşılıq və cazibədarlığı fərqləndirir. Burada zövqün
də böyük əhəmiyyəti var.
Kant əxlaq və tarix haqqında da fikir söyləmişdir. Əxlaq
müəyyən “obyektiv ruhun” elementi kimi götürülür. Bəşər
övladları yaşamağın mənasını yalnız tarixi prosesdə görür. Ən
ümumi ümumdünya vətəndaşlıq vəziyyəti yaranacaqdır ki,
burada insan nəslinin bütün bacarıqları üzə çıxacaqdır.
Əxlaqlılıq elə bir düşüncə tərzidir ki, bunun vəzifəsi insanı
ümumbəşərilik həddinə çatdırsın. Bu, insanın bütün bacarıq və
qabiliyyətlərinin inkişafı deməkdir. Dövlətlər də burada ədalətli
konstitusiya üzərində inkişaf etməlidir.
Əxlaq
həm də mədəniyyətin tənqidi cəhətdən
qiymətləndirilməsinin meyarıdır. Sosial antaqonizmlər əbədi
xarakter daşıyır. Həmin antaqonizmləri aradan qaldırmaq üçün
əxlaqın imkanlarından istifadə etmək lazımdır. Əxlaqın inkişafı
nəticəsində elə bir mərhələ gəlib çıxacaq ki, hər kəsin tam
inkişafı, çiçəklənməsi bütün cəmiyyətin inkişafı və
çiçəklənməsi üçün şərt olacaq. Əxlaq icmanın tarixi
kamilləşməsi formasıdır. Kant göstərirdi ki, incəsənət və elm
mədəniyyətin ali pilləsinə çatmaq üçün bir fürsətdir. Sbununla
belə bizim sivilizasiyamızın ali pilləsində olmasına
baxmayaraq
hələ əxlaqi kamilliyə biz nail ola bilməmişik.
Əxlaq bir hadisədir ki, həqiqətdə olmayıb və sözün əsil
mənasında heç vaxt olmamışdır. “Əbədi sülhə doğru” (1795)
əsərində isə Kant siyasət üçün əxlaqın əhəmiyyətindən bəhs
edir. Bu elə bir ümumi şərtdir ki, hər bir real siyasətçi onlara
istiqamətlənməlidir. Ümumiyyətlə Kant mənəvi problemləri,
cəmiyyəti kompleksli, sistemli şəkildə təhlil edərək,
qiymətləndirməyə çalışırdı. Öz “Əxlaqın metafizikasının
əsasları” (1755) əsərində əxlaqi şüuru etik nəzəriyyə
səviyyəsində təhlil etməyə çalışır. Burada o, əxlaqi prinsipin
yalnız zəkanın məhsulu olduğunu qeyd edir.
Kant əxlaqi qanunlarının ən ümumi əsasını axtarıb
qiymətləndirməyə çalışmışdır. Fərdin subyektiv etikasının üç