70
IV FƏSİL
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN
HÜQUQİ ƏSASLARI
4.1.Yerli özünüidarəetmənin hüquqi əsaslarının xüsusuyyətləri
əqiqi və səmərəli yerli özünüidarəetmə cəmdə
onun əsaslarını təşkil edən müəyyən səbəb və şərt-
lərin mövcud olduğu təqdirdə mümkündür. Belə əhəmiyyətli
əsaslardan biri də yerli özünüidarəetmənin hüquqi əsaslarıdır.
Yerli
özünüidarəetmənin hüquqi əsaslarını dövlətin yerli
özünüidarəetməsinin təşkili və fəaliyyəti məsələlərinin səmərəli
tənzimlənməsini təmin edən normativ hüquqi aktlar sistemi, ha-
belə həmin dövlətin yerli özünüidarəetmə sahəsində tərəfdar
çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Avropa məkanında
bu sahədə bir sıra böyük əhəmiyyətə malik olan Konvensiya və
xartiyalar mövcuddur ki, bu da həmin sənədlərə tərəfdar çıxan
dövlətlərə yerli özünüidarəetmə sisteminin daimi olaraq inkişaf
etdirilməsi və bu sahədə Avropa standartlarına uyğunlaşdırılma-
sı üçün geniş imkanlar yaradır. Ümumilikdə, Avropa Şurası çər-
çivəsində yerli özünüidarəetmə sahəsində aşağıdakı mühüm
beynəlxalq sənədlər qəbul edilmişdir:
H
71
-
Ərazi icmalar və hakimiyyət orqanları arasında trans-
sərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası;
- Yerli Özünüidarə haqqında Avropa Xartiyası;
-
Əcnəbilərin yerli səviyyədə ictimai həyatda iştirakı
haqqında Konvensiya;
- Regional dillər və milli azlıqların dilləri haqqında Av-
ropa Xartiyası;
-
Ərazi icmaları və hakimiyyət orqanları arasında trans-
sərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına
Əlavə Protokol;
-
Ərazi icmalar və hakimiyyət orqanları arasında
transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiya-
sına ərazilərarası əməkdaşlığa dair 2 saylı Əlavə Protokol;
-
Landşaftlar haqqında Avropa Konvensiyası;
-
Gənclərin şəhərlərin və regionların həyatında iştirakı
haqqında Xartiya;
-
Avropa
Şəhərlər Xartiyası;
-
Ərazi icmalar və hakimiyyət orqanları arasında trans-
sərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına
Avroregionların əməkdaşlıq qruplarına dair 3 saylı Əlavə Proto-
kol;
- Yerli Özünüidarə haqqında Avropa Xartiyasına yerli
hakimiyyətin işlərində iştirak etmək hüququna dair Əlavə Pro-
tokol.
72
Ərazi icmaları və hakimiyyət orqanları arasında trans-
sərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası (21
may 1980-ci il)
Konvensiya yerli və regional hakimiyyətlər arasında öz
yurisdiksiyaları çərçivəsində transsərhəd əməkdaşlıq haqqında
sazişlərin bağlanmasını təşviq edir və köməklik göstərir. Belə
sazişlər regional inkişafa, ətraf mühitin qorunmasına, ictimai
xidmətlərin təkmilləşdirilməsinə və sair məsələlərə aid edilə
bilər və transsərhəd əməkdaşlıq assosiasiyalarının və ya yerli
hakimiyyətlər birliklərinin yaradılmasını nəzərdə tuta bilər.
Avropa Şurasının üzv olan dövlətlərin hüquqi və
konstitusion sistemlərində fərqləri nəzərə almaq məqsədilə
Konvensiya həm yerli, həm də regional hakimiyyətlərə trans-
sərhəd əməkdaşlığı onlar üçün ən münasib çərçivəyə daxil et-
məyə imkan verən bir sıra nümunəvi sazişlər nəzərdə tutur.
Konvensiyaya əsasən Razılığa Gələn Tərəflər transsər-
həd əməkdaşlığa mane olan əngəlləri aradan qaldırmaq və belə
beynəlxalq əməkdaşlıqda iştirak edən hakimiyyətlərə milli sə-
viyyədə nəzərdə tutulan eyni imkanlar yaratmaq öhdəliyini öz
üzərinə götürürlər.
Yerli Özünüidarə haqqında Avropa Xartiyası (15
oktyabr 1985-ci il)
Xartiya
Razılığa Gələn Tərəflərin üzərinə yerli özünü-
idarəetmə orqanlarının siyasi, inzibati və maliyyə sərbəstliyinə
73
təminat verən baza prinsiplərini tətbiq etmək öhdəliyi qoyur. Bu
sənəd yerli özünüidarəetmə prinsipinin dövlətin daxili qanunve-
riciliyində və məqsədəmüvafiq hesab edildiyi təqdirdə, onun
konstitusiyasında tanınmasını nəzərdə tutur. Yerli özünüidarəet-
mə orqanları ümumi səsvermə yolu ilə seçilməlidir.
Yerli
özünüidarəetmə orqanları, qanun çərçivəsində
fəaliyyət göstərərək, yerli əhalinin maraqları naminə, onların
məsuliyyət daşıdığı ictimai işlərlə məşğul olmaq imkanına
malik olmalıdırlar. Müvafiq olaraq, Xartiyada qeyd edilir ki, ic-
timai hakimiyyət, əsasən vətəndaşa daha yaxın olan hakimiyyət
orqanları tərəfindən həyata keçirilməlidir. Səlahiyyətlər daha
yüksək səviyyədə olan orqana o zaman verilə bilər ki, qoyulmuş
vəzifənin əlaqələndirmə və həcm tələbləri, habelə səmərəlilik
və qənaət tələbləri onun daha aşağı səviyyədə həll olunmasına
imkan verməmiş olsun. Bu məqsədlə Xartiya yerli özünüidarə-
etmə orqanlarının səlahiyyət dairəsinin müdafiəsinə, yerli özü-
nüidarəetmə orqanlarının vəzifələrinə uyğun olan inzibati struk-
turların və resursların, səlahiyyətlərin yerli səviyyədə həyata ke-
çirilməsi şərtlərinin, yerli özünüidarəetmə orqanlarının fəaliyyə-
tinə inzibati nəzarətin, onların maliyyələşdirilmə mənbələrinin
və hüquqi müdafiəsinin mövcud olmasına aid olan prinsipləri
müəyyən edir.
Xartiyada
təsbit edilmiş yerli özünüidarəetmə prinsiplər
yerli özünüidarəetmə orqanlarının hər növünə aiddir. Razılığa
Gələn hər bir tərəf Xartiyanın I hissəsinin ən azı iyirmi bəndinə
riayət etməlidir.
Dostları ilə paylaş: |