Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 
74
 
Əcnəbilərin yerli səviyyədə ictimai həyatda iştirakı 
haqqında Konvensiya (5 fevral 1992-ci il) 
 
 Konvensiyanın məqsədi əcnəbilərin cəmiyyətin həyatına 
inteqrasiya edilməsinə köməkliyin göstərilməsindən ibarətdir. 
Bu sənəd Razılığa Gələn Tərəfin vətəndaşı olmayan, lakin onun 
ərazisində qanuni əsaslarla yaşayan hər şəxsə aiddir. 
 Konvensiyaya 
əsasən, Razılığa Gələr Tərəflər onların 
ərazilərində yaşayan əcnəbilərə, öz vətəndaşlarına olduğu kimi, 
“klassik hüquqlar” sayılan söz azadlığı, birləşmək hüququ, o 
cümlədən həmkarlar ittifaqlarını yaratmaq hüququna təminat 
verməyi öz üzərinə götürürlər. Bundan başqa, Razılığa Gələr 
Tərəflər  əcnəbilərin yerli məsələlərlə bağlı  məşvərət prosesinə 
cəlb olunması üçün səy göstərməlidirlər. Qanunla müəyyən 
edilmiş bir sıra  şərtlər  əsasında  əcnəbilərin söz azadlığı  və 
birləşmək hüququ məhdudlaşdırıla bilər. 
 
Konvensiya yerli səviyyədə yerli hakimiyyət orqanının 
ərazisində  əcnəbilər tərəfindən seçilən və ya əcnəbilərin ayrı-
ayrı assosiasiyaları  tərəfindən təyin edilən məşvərətçi orqanla-
rın yaradılması imkanını verir. 
 Konvensiya, 
həmçinin Razılığa Gələn Tərəfin əcnəbilərə 
yerli seçkilərdə  səs vermək və onlar müvafiq ərazidə qanuni 
əsaslarla beş il müddətində yaşadıqda, yerli hakimiyyət orqanı-
na seçilmək üzrə mümkün öhdəliyi də nəzərdə tutur. 
 Razılığa Gələn Tərəf  əcnəbiləri yerli səviyyədə  cəmiy-
yətin həyatı ilə bağlı onların hüquq və vəzifələri haqqında məlu-
matlandırmalıdır. Tərəflər, həmçinin əcnəbilərin yerli səviyyədə 


 
75
cəmiyyətin həyatında iştirakı prosesində olan inkişaf haqqında 
Avropa Şurasının baş katibini məlumatlandırmalıdırlar. 
 
 
Regional dillər və milli azlıqların dilləri haqqında 
Avropa Xartiyası (5 noyabr 1992-ci il) 
 
 
Xartiya tarixi regional dillərin və azlıqların dillərinin 
müdafiəsinə  və inkişaf etdirilməsinə köməkliyi göstərilməsini 
nəzərdə tutur. Bu sənəd bir tərəfdən, Avropanın mədəni ənənə-
lərinin və irsinin dəstəklənməsi və inkişaf etdirilməsi, digər 
tərəfdən isə regional dillərin və azlıqların dillərinin şəxsi və icti-
mai həyatda istifadə edilməsi üzrə ayrılmaz və tanınmış hüquqa 
hörmətlə yanaşılması məqsədilə qəbul edilmişdir. 
 
Birincisi, Xartiya Razılığa Gələn Tərəflərin onların əra-
zilərində istifadə edilən bütün regional dillərə və azlıqların dil-
lərinə münasibətdə sadiq qalmağa öhdəlik götürdüyü aşağıdakı 
məqsəd və prinsipləri bəyan edir: hər bir dilin coğrafi sərhədlə-
rinə hörmətlə yanaşılması, onun inkişafı zərurəti, bu dillərin ic-
timai və  şəxsi həyatda yazılı  və ya şifahi nitqdə istifadəsinin 
dəstəklənməsi və ya təşviq edilməsi. 
 
İkincisi, Xartiya regional dillərin və azlıqların dillərinin 
ictimai həyatda irəli çəkilməsi üçün bir sıra konkret tədbirlər 
müəyyən edir. Bu tədbirlər aşağıdakı sahələrə aiddir: təhsil, 
ədalət mühakiməsi, inzibati hakimiyyətlər və ictimai xidmətlər, 
kütləvi informasiya vasitələri, mədəni, iqtisadi və sosial fəaliy-
yət, transsərhəd mübadilələr. Razılığa Gələn hər bir Tərəf mü-
vafiq siyahıdan seçilmiş yuxarıda sadalanmış sahələr üzrə məc-


 
76
buri tədbirlərdən ən azı 35 bəndi və ya yarımbəndi həyata keçir-
məyi öz üzərinə götürür. Bundan başqa, Razılığa Gələn hər bir 
Tərəf ratifikasiya, qoşulma və ya təsdiq sənədlərində yuxarıda 
göstərilən bəndlərin onun ərazisində və ya onun bir hissəsində 
geniş istifadə edilməyən regional dilə, azlıqların dilinə  və ya 
rəsmi dilinə münasibətdə tətbiq edilməsini konkret göstərməli-
dir. 
 Xartiyanın həyata keçirilməsinə  nəzarət Razılığa Gələn 
Tərəflərin təqdim etdiyi məruzələrə vaxtaşırı baxan ekspertlər 
komitəsi tərəfindən həyata keçirilir. 
 
Ərazi icmalar və hakimiyyətlər arasında transsərhəd 
əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına  Əlavə 
Protokol (9 noyabr 1995-ci il) 
 
 Protokolun 
məqsədi müəyyən  şərtlərin mövcudluğu ilə 
ərazi icmaların transsərhəd əməkdaşlıq haqqında sazişlər bağla-
maq hüququnu tanımaqla Çərçivə Konvensiyasını gücləndir-
məkdən ibarətdir. Qeyd edilən sazişlər çərçivəsində  qəbul edi-
lən akt və  qərarlar daxili hüququn qüvvəsinə malikdirlər. Bu-
nunla yanaşı, sənəddə transsərhəd  əməkdaşlıq haqqında sazişə 
əsasən yaradılan belə  əməkdaşlıq üzrə istənilən orqanın hüquq 
subyektliyi də tanınır. Konvensiya və onun bu Protokolu Avro-
pada yerli və regional hakimiyyətlərin transsərhəd əməkdaşlığı 
üçün ümumi hüquq çərçivələri qismində Avropa Şurasının üzvü 
olan yeni dövlətlər üçün onların daxili islahatlar prosesinin inki-
şafında faydalı olacaqdır. 


 
77
Ərazi icmalar və hakimiyyətlər arasında transsərhəd 
əməkdaşlıq haqqında Avropa Çərviçə Konvensiyasına 
ərazilərarası  əməkdaşlığa dair 2 saylı  Əlavə Protokol (5 may 
1998-ci il) 
 
 2 
saylı Protokol Razılığa Gələn Tərəflər arasında 
transsərhəd əməkdaşlıq üçün hüquqi çərçivə müəyyən edir. Bu 
sənəd Konvensiyanı və Əlavə Protokolu tamamlayır və hətta ic-
maların və hakimiyyətlərin onlarla ümumi sərhədlərə malik ol-
mayan tərəfdaşlarla  ərazilərarası  əməkdaşlıq haqqında sazişlər 
bağlamaq hüququnu tanıyır. 
 
 
Landşaftlar haqqında Avropa Konvensiyası (20 oktyabr 
2000-ci il) 
 
 
Konvensiya Avropada landşaftların tənzimlənməsi və 
qorunması üçün hakimiyyət orqanları tərəfindən yerli, regional, 
milli və beynəlxalq səviyyələrdə siyasətin həyata keçirilməsinə 
və tədbirlərin görülməsinə köməklik göstərir. Bu sənəd insanla-
rın yaşadığı  ətraf mühitin keyfiyyətini müəyyən edən bütün 
landşaftları, həm adi, həm də görkəmli landşaftları  əhatə edir. 
Mətndə konkret əlamətləri müxtəlif tədbirlər növünü (saxlan-
madan qorunmaya qədər, idarə edilməsindən, təkmilləşdirilmə-
sindən – yaradılmasına qədər) tələb edən landşaftlara çevik ya-
naşmanı nəzərdə tutur. 
 Konvensiyada 
“landşaft sahəsində siyasətin” işlənib ha-
zırlanmasına və yerli və regional hakimiyyət orqanları arasında 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə