78
qarşılıqlı fəaliyyətin, habelə landşaftların qorunması üzrə
transsərhəd əməkdaşlığın təşviq edilməsinə yönələn milli və
beynəlxalq səviyyələrdə hüquqi və maliyyə tədbirləri təklif edi-
lir. Konvensiyada, həmçinin dövlətlər tərəfindən, öz konkret tə-
ləbatlar nəzərə alınmaqla, istifadə edilə bilən məsələnin müxtə-
lif həlli yollarının paketi təsbit edilir.
Konvensiyanın həyata keçirilməsini Avropa Şurasının
qeyri-hökumət komitələri izləyəcək. Mətndə, həmçinin
landşaftların qorunması, idarə edilməsi və planlaşdırılması üzrə
nümunəvi və uzunmüddətli siyasət və tədbirlər həyata keçirən
yerli və regional hakimiyyətlərə və ya qeyri-hökumət təşkilatla-
rına təqdim edilən Avropa Şurasının landşaftlar sahəsində mü-
kafatla təltif olunma da nəzərdə tutulur.
Gənclərin şəhərlərin və regionların həyatında iştirakı
haqqında Xartiya (21 may 2003-cü il)
Xartiya
öz
mahiyyətinə görə gənclərin onların maraqla-
rına birbaşa toxunan məsələlər üzrə qərarların qəbul edilməsin-
də iştirakının dəstəklənməsini nəzərdə tutur. Bu sənəd gənc in-
sanları bələdiyyə və regional səviyyələrində sosial dəyişikliklə-
rin reallaşdırılmasında daha fəal olmağa çağırır.
Avropa Şəhərlər Xartiyası (29 may 2008-ci il)
Xartiya
vətəndaşların Avropa şəhərlərində hüquqlarını
təsbit edir. Bu sənəd şəhər idarəetməsi, şəhərsalma, nəqliyyat,
79
kommunal təsərrüfat, idman, ekologiya, habelə vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi sahəsində praktiki rəhbər prin-
sipləri özündə ehtiva edir.
Ərazi icmalar və hakimiyyətlər arasında transsərhəd
əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına Avrore-
gionların əməkdaşlıq qruplarına dair 3 saylı Əlavə Protokol
(16 noyabr 2009-cu il)
Avropa
Çərçivə Konvensiyasına 3 saylı Protokol
“avroregionların əməkdaşlıq qrupları”nın hüquqi statusunu,
yaradılmasını və fəaliyyətini nəzərdə tutur. Tərkibində Razılığa
Gələn Tərəflərin yerli hakimiyyət orqanları və digər dövlət or-
qanları daxil olan bu qrupların məqsədi onun üzvləri tərəfindən
öz səlahiyyətləri daxilində transsərhəd və ərazilərarası əmək-
daşlığın həyata keçirilməsindən ibarətdir. Bu Protokol əsasında
Avropa Şurası Razılığa Gələn Tərəflər tərəfindən avrore-
gionların əməkdaşlıq qruplarının səmərəli fəaliyyətinin təmin
edilməsi üzrə müvafiq milli qanunların qəbul edilməsinə kö-
məklik göstərilməsi üçün milli qanunvericilik modellərini işlə-
yib hazırlaya bilər.
Yerli Özünüidarə haqqında Avropa Xartiyasına yerli ha-
kimiyyətin işlərində iştirak etmək hüququ üzrə Əlavə Protokol
(16 noyabr 2009-cu il)
80
Bu
Əlavə Protokol yerli hakimiyyət orqanının işlərində
iştirak etmək hüququna münasibətdə beynəlxalq hüquqi təmina-
tın verilməsinə görə Yrli Özünüidarə haqqında Avropa Xartiya-
sına dair yeni ölçü əlavə edir. Yerli hakimiyyət orqanının işlə-
rində iştirak etmək hüququ dedikdə yerli hakimiyyət orqanının
səlahiyyətlərinin və məsuliyyətinin həyata keçirilməsi xarakte-
rinin müəyyən edilməsi və ona təsir göstərilməsi nəzərdə tutu-
lur. Bu Protokolda Tərəflərdən bu hüququn həyata keçirilmə-
sinə köməkliyin göstərilməsi və onun təmin edilməsi üzrə hüqu-
qi və digər tədbirlərin görülməsi tələb olunur. Protokol, həmçi-
nin iştirak etmək hüququnun yerinə yetirilməsinin yerli ha-
kimiyyətlərin səlahiyyətlərinin və məsuliyyətinin həyata keçiril-
məsi zamanı etik düzgünlüyə və şəffaflığa xələl gətirməməsinin
təmin edilməsi üçün zəruri olan tədbirlər görülməsini tələb edir.
4.2. Yerli özünüidarə haqqında Avropa Xartiyası
Strasburq, 15 oktyabr 1985-ci il
PREAMBULA
Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış döv-
lətlər,
Avropa Şurasının məqsədinin ümumi sərvət sayılan ideal
və prinsiplərin təntənəsi və qorunması naminə onun üzvləri ara-
sında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu hesab edə-
rək;
idarəetmə sahəsində sazişlər bağlanmasının bu məqsədə
xidmət edən vasitələrdən biri olduğunu hesab edərək;
81
yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş
əsaslarından birini təşkil etdiyini hesab edərək;
dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hü-
ququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün
ümumi sayılan demokratik prinsiplərə aid olduğunu hesab edə-
rək;
real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının
mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın
idarəetməni təmin etməsi qənaətinə söykənərək;
Avropanın müxtəlif ölkələrində yerli özünüidarənin müda-
fiəsinin və möhkəmləndirilməsinin demokratiya və hakimiyyə-
tin mərkəzləşdirilməsi prinsiplərinə əsaslanan Avropanın qurul-
masına əhəmiyyətli töhfə olduğunu dərk edərək;
bunun, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokra-
tik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti,
onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan və-
saitlər baxımından geniş muxtariyyətə malik olan yerli özü-
nüidarəetmə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu təs-
diq edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər aşağıdakı maddələrə bu Xartiyanın 12-ci maddə-
sində nəzərdə tutulmuş qaydada və həcmdə riayət etməyi
öhdələrinə götürürlər.
Dostları ilə paylaş: |