|
![](/i/favi32.png) Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələriUşaq oyunlarının pedaqoji əhəmiyyəti
|
səhifə | 20/41 | tarix | 25.02.2023 | ölçüsü | 76,6 Kb. | | #101522 |
| MQT m.pedaqogika-2Uşaq oyunlarının pedaqoji əhəmiyyəti
Uşaq həyatını əhatə edən oyunlar müxtəlif forma və məzmunda təkrar olunur. Oyun, səhər yeməyindən əvvəl və sonra gəzintidə, məşğələdən sonra, axşamüstü və evə gedəndə qədər davam etdirilir. Oyun üçün müəyyən edilmiş vaxt rejimi uşaqların müstəqil oyun fəaliyyətinin təşkilində, ondan uşaq həyatının təşkili və tərbiyə vasitəsi kimi istifadə edilməkdə mühüm əhəmiyyət kəsb edir. Uşaqların məşğələlər zamanı biliyə marağı artır, tərbiyəçi və yaşlılar onun təşkilatçısı rolunu oynayır, onların rəhbərliyi altında, müəyyən proqram əsəsında, müntəzəm və ardıcıl olaraq biliyə yiyələnirlər. Tərbiyəçilər, eləcə də böyüklər uşaqlarda elementar vərdişlər yaradırlar. Təlimin məzmunu və xarakteri oyunun yaxşı keçirilməsinə təsir edir. Məşğələ zamanı əldə edilmiş bilik, dərin təəssürat uşaqlarda oyuna marağı gücləndirir. Bu rəngarəng oyunlarda öz ifadəsini tapır. Bundan başqa bilik əldəetmə prosesi müxtəlif metodların tətbiqi və növbənöv oyun hərəkətlərinin keçirilməsi zamanı əldə edilir. Belə priyomlar uşaqların diqqətini mərkəzləşdirir, onların qavrayışını möhkəmləndirir, biliyi yaxşı mənimsəməyə kömək edir. Uşaqların əl əməyi oyunla bilavasitə bağlıdır. Xüsusilə, böyük qrup uşaqlarının əllə işləmək bacarığına yiyələnməsi oyunda onların müstəqil fəaliyyətinə çox kömək edir. Uşaqlar öz bilik və düşüncələri əsasında nəinki hazır oyuncaq götürüb oynayırlar, onlar tədricən karton, kağız, ağac və s. təbii materiallardan oyuncaq düzəltmək bacarığına yiyələnirlər. Uşaqlar üçün oyun o vaxt maraqlı va cəzbedici olur ki, o, pedaqoji cəhətdən düzgün təşkil olunsun, məzmunu zəngin ve rəngarəng olsun. Uşaq yaşa dolduqca onun fiziki inkişafı üçün istifadə olunan tədbirlərin növü artır ve xarakteri dəyişir. Tədricən uşaq müxtəlif oyuncaqlar, oyunlar va əmək mühitinə düşür. Oyuncaqlar, oyunlar və əmək mühiti rol oynayır, həyatı dərk etməkde ona kömək edir. Uşaqların əmək mühiti uşağın tərbiyəsində, o cümlədən, fiziki tərbiyəsində iştirak etdikləri oyunların əksəriyyəti (məsələn, “Siçan-pişik", "Bənövşə”, “Gizlənpaç”, "Evcik-evcik" kimi xalq oyunlarının) yalnız fiziki inkişaf baxımından qiymətli olmayıb, həm də onların nitqlərini, görüş dairələrini inkişaf etdirmək, necib əxlaqi sifətlərə yiyələnmək böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |
|
|