Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqların inkişafında didaktik oyunların rolu



Yüklə 76,6 Kb.
səhifə22/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqların inkişafında didaktik oyunların rolu

Didaktik oyunlar yüksək tərbiyəvi, öyrədici xüsusiyyətlərə malikdir. Bu cür oyun uşaqların zehni inkişaf etdirən üsullardan biridir. Biliklərə, vərdişlərə, bacarıqlara yiyələnmək, onları möhkəmləndirmək üçün uşaqdan dəfələrlə təmrinlərin təkrar tələb olunması tələb olunur. Didaktik oyunun başlıca xüsusiyyəti qaydadadır, qaydanın həyata keçirilməsi oyunun məzmununun həyata keçirilməsidir. Qaydalar fərqli olur- onlardan biri oyun fəaliyyətini, ardıcıllığını təmin edir. Digəri oyuncaqların münasibətini tənzim edir. Didaktik oyunun əhəmiyyəti- 1. Bu oyunlarda ətrafdakilar haqqında təsəvvürlər dəqiqləşdirilir. Möhkəmləndirilir, genişləndirilir. Uşaq əşyaların rəngi haqqında təsəvvürə yiyələnir. Oyun vaxtı eyni rəngdə olan əşyaları bir raya toplamaq, rənglərin fərqli xüsusiyyətini tapmaq lazımdır və bu vaxt onların rəng haqqında təsəvvürləri genişlənir. 2. Bütün didaktik oyunda təfəkkür nitq inkişaf edir. əqli fəaliyyət formalaşır. Didaktik oyun uşaqdan bu xüsusiyyətləri tələb edir- fikri mərkəzləşdirmək, öz qavrayışını, diqqətini, hafizəsini işə salmaq, müqayisə aparmaq, fikir yürütmək, müəyyən əqli nəticəyə gəlmək, biliyi sözlə ifadə etmək. 3. Didaktik oyunlar əxlaq tərbiyəsi vasitəsidir və bu oyun uşaqlarda bir sıra əxlaqi keyfiyyətlər formalaşdırır. Həmin keyfiyyətlər- intizam, dözümlülük, qaydalara ciddi riayət etmək, doğruçuluq, yoldaşlıq, düzlük, Vətənə dəqin məhəbbət, mühriban olmaq, səmimiyət və s. Uşaqların didaktik oyununa rəhbərlik edən hər bir şəxs bunları yadda saxlamalıdır- 1. Didaktik oyun uşaqların əxlaqi, əqli cəhətdən formalaşması üçün faydalı təmrinlər verməlidir. 2. Oyun zamanı didakdiklik əyləncəliliklə birləşməlidir. Oyuna alışma zehni fəaliyyəti gücləndirir. 3. Didaktik oyun zamanı həlli bir az çətin olan tapşırıqlarda verilməlidir. Fəaliyyətsiz və səysiz oyun həmişə pis oyundur. Oyun müəyyən bilik verməkdən əlavə uşaqları əxlaqi cəhətdən formalaşdırır. Psixi prosesləri, fərdi psixi xüsusiyyətləri daha yaxşı inkişaf etdirir.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə