MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

olması yalnız bəyaza şamil edilə bilər, cüng üçün belə forma mütləq sayılmır. 
Nəzərdən keçirilmiş M-284,  A-968,  B-1116  və                 B-1783 şifrəli “cünglər”    aşağıdakı
nəticəyə gəlməyə imkan verir. 
A-968 şifrəli cüng 41 vərəqdən ibarətdir. Ölçüsü 11,5 x 18,5 sm-dir. Mətn olduqca gözəl və
incə nəstəliq xətti ilə ağ, göy və çəhrayı rəngli vərəqlərdə yazılmışdır. 
Mətn əvvəldən 12
a
vərəğinə qədər qızıl suyu ilə çərçivəyə alınmışdır. 
Jüngün yalnız birinci səhifəsi üfüqi xətt boyu yazıldığı halda, bütün qalan yazılar diaqonal
xətt boyuncadır. 
Bəsmələ hissəsi adi kitablarda olduğu şəkildədir. 
Fars dilində mətnlə başlansa da,  Sədinin,  Əndəlibin,  Hafizin,  Tutinin,  Aşiq Qarabağinin, 
Seyyid Fərəcullahın və bir çox başqa şairlərin farsca və türkcə şeirlərini əhatə edir.
B-1116  şifrəli “Kitabi-cüng”  14,7  x 20,7  sm ölçüdədir.  “Bismillahirrəhmanirrəhim hüvəl
müstəan” şəklində bəsmələ ilə başlanır. 
1
b
  vərəği təhriri xətlə yazılsa da, 2
a
- dan sonadək səliqəli nəstəliq xətti ilə
köçürülmüşdür. 
Əmir Xosrov,  Hafiz,  Şahi,  Jami,  Əttar,  Rövşəni kimi şairlərlə yanaşı,  adları məşhur
olmayan Mövlana Feyzi,  Şah Qərib mirzə,  Ünsi,  Xacə Asifi,  Səba,  Hilali,  Heydər Kəlucə, 
Səlman,  Bəyani,  Kahi,  Tahiri,  Adili,  Seyfi,  Aşiqi,  Ahi,  Həsən,  Riyazi,  Tusi,  Lisani,  Rəhmani,  
Zindi,  Kəmali,  Əziz,  İsmət,  Fəxri,  Aləmi,  Xali və b.  kimi şairlərin də əsərlərindən nümunələri
əhatə edir. 
113
b
vərəğində “Əş’arhayi-şüərayi-Qarabağ və qeyrihi” yazılsa da, burada yalnız qarabağlı
Nəvvabın şeirləri köçürülmüşdür. 
116
b
  vərəğində  Tusinin  və  Sədinin vəfatına dair müəmmalar yazılmış, 1314 hicri tarixi (= 
1892 m.) göstərilmişdir. 
B-1783 şifrəli “cüng” uzununa açılır. Ölçüsü 10 x 21 sm-dir. 69 vərəqdən ibarətdir. 
Hafiz,  Sədi Şirazi,  Jami,  Aşiq İsfəhani,  Möhtəşəm Kaşib,  Müslih İsfəhani,  Daniş İsfəhani, 
Mir Məqtul,  Şəfayi İsfəhani,  Sahib,  Haləti,  Mürtəzaqulu,  Nəsib İsfəhani,  Tufan,  Hüzuri,  Növ’i, 
Talib Amili,  Şərəf Firudin,  Şüca,  Daimi Astarabadi və b.  şeirlərindən nümunələri əks etdirən
mətn çox gözəl,  incə nəstəliq xətti ilə köçürülmüş,  müəlliflərin adları qırmızı mürəkkəblə
yazılmışdır. 
Hazırlandığı yer qeyd edilməsə də,  daha çox İsfahan şairlərindən nümunələr verilməsi
əlyazmanın bu şəhərdə yazıldığını güman etməyə əsas verir. 
M-284 şifrəli “cüng” də uzununa açılır. Ölçüsü 10,2 x 20 sm-dir. 150 vərəqdən ibarətdir. 
Nəstəliq, nəsx və təhriri xətləri ilə çox səliqəsiz şəkildə yazılmış bir məcmuədir. “Nadi-Əli” 
duaları və falnamə nəsrlə yazıldığı halda,  burada həmçinin ərəbcə,  farsca və türkcə şeir
nümunələri də köçürülmüşdür. Mətnin bir hissəsi əlyazmanın əvvəlindən, bir hissəsi isə sonun-
dan başlayaraq yazılmış, hər iki hissə ortada bir-birinə qovuşmuşdur. 
Bəzi vərəqlərdə 1283, 1285, 1287 hicri tarixlərinin (müvafiq olaraq: 1866, 1868, 1870 m.) 
verilməsi məcmuənin XIX əsrdə hazırlandığını göstərir.
Bu əlyazma yalnız onda çəkilmiş 5 ədəd miniatürə görə qiymətlidir. 
Beləliklə məlum olur ki,  A-968  və B-1116  şifrəli əlyazmalar cüng olduğu halda,  tülaniliyi
nəzərə alınmaqla M-284  və B-1783  şifrəli məcmuələr cüng deyil,  bəyaz hesab edilməlidir. 
Məzmununu və yazı xüsusiyyətlərini nəzərə aldıqda B-1783 şifrəli məcmuəni də əslində cüng
adlandırmaq olardı,  ancaq onun uzununa açılması,  mətnin kapitala perpendikulyar deyil, 
paralel formada yazılması,  müsəlman əlyazma kitabının formal əlamətlərindən fərqlənməsi
buna imkan vermir.  Ç ox güman ki, bu nüsxə hansısa (bəlkə də,  səliqəsiz)  başqa bir bəyaz


nüsxəsindən səliqə ilə köçürülmüşdür.    
Zənnimizcə, formasından asılı olmayaraq, səliqə ilə yazılmış və müsəlman  əlyazma kitabı
parametrlərinə uyğun gələn hər bir məcmuə cüng,  necəgəldi,  atüstü yazılmış,  ən əsası isə
uzununa açılan məcmuə bəyaz adlandırıla bilər. 
Jüng yazılıb-tamamlanmış məhsuldur.  Katib cüngü ya özü,  ya da başqası üçün birbaşa
yazıb qurtarırdı. Jüng  özündə  əhatə  etdiyi  şeir  nümunələrini oxumaq (və əzbərləmək) üçün
yazılırdı. 
Bəyaz isə tamamlanmamış, hələ hazırlanmaqda olan məhsuldur. Katib bəyazı yalnız özü
üçün hissə-hissə yazır, xoşladığı hər hansı (kiçik) bir mətni və ya (böyük) mətn parçasını uzun
zaman müddətində tədricən yazıb-tamamlayırdı. Bəyaz özündə əhatə etdiyi şeir nümunələrini
oxumaqdan daha çox əzbərləmək üçün yazılırdı.                  
Beləliklə, cüng kitab olduğu halda, bəyaz dəftərdir, müasir mənada bloknotdur. 
X.Q.Koroğlu bəyazları “məcmuə-albom” kimi təqdim edir [bax: 130, s.204].                       
4. Dəftərdən fərqli olaraq, kitab istifadə imkanlarına görə biraktlı hadisə deyil, uzunömürlü
məhsuldur.  Kitab,  dəftərdən və rəsmi aktlardan fərqli olaraq,  ictimai məzmun daşıdığı üçün, 
dəfələrlə köçürülürdü. “Kitab həmişə gələcəyə istiqamətlənir, çünki o özündə toplanmış və xə-
ləflərə ünvanlanmış ümumbəşəri biliklərin və nəsillərin təcrübəsinin zərrəsini ehtiva edir”  [76, 
s.8]. 
5. Kitabın cildi olmalıdır. Dəftər kimi, kitab da cildlənir, ancaq dəftərdən fərqli olaraq, kitabın
cildi daha nəfisliyi və rəngarəngliyi ilə seçilir. 
Orta əsr kitab cildi sənəti ayrıca bir incəsənət növü kimi öyrənilir.
Kitabın formal növləri. Məşhur alman türkoloqu A.fon Qaben qədim türk xalqlarının kitab
sənətini müfəssəl şəkildə araşdırmışdır [bax: 184, s.159-190].
Eranın ilk minilliyində və sonrakı daha iki-üç yüzildə Qərb aləmində insanlar arasında
kitabın və yazının hörməti yox idi.  VI əsrin firəng tarixçisi Turlu Qriqori göstərirdi ki,  söz
sənətinin tədqiqi məhv olmuşdur. Yalnız XIV əsrin humanisti Petrarka və onun şagirdi və yaxın
məsləkdaşı, İntibah dövrünün görkəmli şəxsiyyətlərindən sayılan məşhur yazıçı Bokkaççonun
fəaliyyəti avropalılar arasında qədim yazılı irsin toplanması və öyrənilməsi işini canlandırandan
sonra Qərbdə kitaba və yazılı irsə böyük maraq meydana gəldi. 
Avropalıların  xilas  etdikləri və qiymətləndirdikləri cahiliyyə dövrü  kitabları
içərisində türk xalqlarının tarixi-yazılı irsinin də çox böyük xüsusi çəkisi vardır. 
Türk xalqlarının islamaqədərki yazılı abidələrinin ən zəngin kolleksiyası hazırda Berlindəki
Alman Elmlər Akademiyasında saxlanılır.  Bu kitabları vaxtilə prussiyalıların A.Qrünvedel və
A.Fon Lekokun başçılıq etdikləri dörd elmi ekspedisiyası Şərqi Türküstanın Turfan vahəsindəki
axtarışları zamanı tapmış,  lakin onların çox az hissəsini alaraq,  özləri ilə Prussiyaya
aparmışdılar. 
Sankt-Peterburqdakı
Asiya
Muzeyində
V.Radlovun, 
S.Malovun, 
A.Dyakovun, 
D.Klementsin,  N.Krotkovun və b.  Turfandan,  Urumçidən,  Suçcoudan (şimal-qərbi Ç in)  yığıb
gətirdikləri qədim türk əlyazmaları mühafizə edilir. 
Ser Aurel Steynin Londonun Britaniya Muzeyində saxlanan kolleksiyası Dunxuandan
(şimali-qərbi Ç in)  və bəzi fraqmentlər Mirandan (Şərqi Türküstan)  toplanmışdır.  Paris Milli
Kitabxanasında P.Pelyonun Dunxuandan və C.Akənin Turfandan əldə etdikləri qədim türk
manuskriptləri saxlanılır.  Bir missionerin Edzin-qolda (daxili Monqolustan)  aldığı saxlanma
keyfiyyəti çox yüksək olan vərəqlərdən ibarət kiçik kolleksiya Stokholm Etnoqrafiya Muzeyinə
verilmişdir. Xuan Venbi adlı birisi Turfandan əldə etdiyi bəzi türk əlyazmalarını Pekindəki Milliy-
yətlər Akademiyasına təhvil vermişdir.  Otaninin ekspedisiyasının əldə etdiyi arxeoqrafik


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə