Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə29/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   25   26   27   28   29   30   31   32   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
DAĞILMA,YORULMA,QAYITMA .
Adətən deformasiyaya qarşı müqavimətləri möhkəmliklə, dağılmanı isə etibarlılıqla
əvəz edirlər.
Xarici qüvvələrin təsirindən materialın ölçülərinin və formasının dəyişməsinə
deformasiya
deyilir.
Metalın sınmaya qarşı müqavimətinə
dağılma
və yaxud da
etibarlılıq
deyilir.
Metalın plastiki deformasiyaya qarşı müqavimətinə
möhkəmlik
deyilir.
Metalın bir neçə mərhələdə sınmasına
ömüruzunluğu
deyilir.
Dəyişən qüvvələrin təsiri altında metalın səthində mikroçatların əmələ gəlməsi və
böyüməsi zamanı yaranan sınmaya
yorulma
deyilir.
Yorulmaya göstərilən müqavimətə isə
dözümlük
deyilir.
Deformasiya nəticəsində metalın səthinin möhkəmliyinin artmasına
pərçimləmə
de-
yilir.
İstiliyin təsiri ilə deformasiya olunmuş kristallik fəza qəfəslərinin öz əvəlki vəziy-
yətlərinə gəlməsi
qayıtma
adlanır.
Deformasiya olunmuş metalı qızdırdıqda əvvəlki struktur və xassələrini bərpa et-
məsi prosesinə rekristallaşma deyilir.
Əgər material plastikdirsə, müəyyən hədən yuxarı olan gərginlik dislokasiyaları
hərəkətə gətirib, onları maneələrin qabağında yığır.Ümumiyyətlə dislokasiyaların yığıldığı
plastiki deformasiya qabiliyyəti olmayan bu sahələrdə gərginliyin yüksək qiymətində
mikroçatlar əmələ gəlir.Beləlikləə metalın qurluşundakı qüsurlar gərginliklərin


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
konsentrasiya mərkəzlərinə çevrilir.Ona görə də qüsur ətrafındakı gərgnlik metaldakı orta
gərginlikdən fərqli olaraq yüksək olur.
a
b
c
ç
Şəkil 4.Qüsurun əvvəlində gərginliyin toplanması.Gərginliyi əmələ gətirənlər: a-çat; b- ; ç-
iti çərtik; c-yumşaq çərtik
Şəkil 4-dəki sxemləri müqayisə edərkən görünür ki, qüsurun itiliyi (a-c) və
uzunluğu (b-ç) nə qədər çox olarsa, gərginliyin konsentrasiyası (K) bir o qədər də artıq olur.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə