Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə19/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   15   16   17   18   19   20   21   22   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

49



Həmin  quruluşda  olan  sintaktik  sinonimlik  ingilis  dilində  aşağıdakı 

kimi verilir:  

As they saw Hasrat couldn’t behave himself, they left the room.  

3. K i bağlayıcısı- d ı q d a feli bağlama şəkilçisi: Qulu nə isə demək 

istəyirdi  ki,  Sirac  onu  qabaqladı-  Qulu  nə  isə  demək  istədikdə  Sirac  onu 

qabaqladı.  

Bu quruluda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi 

verilir: As Gulu wanted something, Siraj gor ahead of him. 

4. K  i  –ma+mış-  Qədir  stansiyaya  çatmamışdı  ki,  arxasınca  çapar 

gəldi- Qədir stansiyaya çatmamış arxasınca çapar gəldi.  

Həmin  quruluşda  olan  sintaktik  sinonimlik  ingilis  dilində  aşağıdakı 

kimi verilir: Gadir hardly reached the station when he was called. 

5. Nə  zaman,  nə  vaxt-  temporal  sözləri-  -  a  n  d  a  feli  bağlama 

şəkilçisi:  Nə  vaxt  namazını  qılıb  qurtarsaydı,  başının  üstə  qızını  görərdi- 

Namazını qılıb qurtaranda qızını başının üstə görərdi.  

Bu quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi 

verilir: Whenever he finished praying, he saw his daughter beside him. 

M. Radionova ingilis dilinin materialları əsasında yazdığı tədqiqatını 

zaman  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  “before”və  “after” 

sözönlərinin iştirak etdiyi cerund tərkibli cümlələrin sintaktik sinonimliyinə 

həsr  edilmişdir.  Qeyd  olunan  sintaktik  sinonimlik  sintaktik  vahidlərdə 

qrammatik mənanın ümumiliyi və funksional oxşarlıq tələbləri baxımından 

müqayisə edilmişdir [4, 20].  

Sintaktik sinonimlikdə ən yüksək səviyyə mürəkkəb və sadə cümlələr 

arasında  olan  səviyyədir.  L.  Radionova  zaman  məzmunlu  feli  tərkiblər  və 

zaman budaq cümləsi arasında sintaktik sinonimliyin semantik ümumiliyi və 

onların bir - birini əvəzetmə imkanlarını araşdıraraq belə qənaətə gəlmişdir 

ki, eyni linqvistik  səviyyə  - eyni sintaksisə aid olan  həmin konstruksiyalar 

tam şəkildə identik olmur [4, 20]. Əsas meyarlardan biri də konstruksiyaların 

birini  qarşıllıqlı  şəkildə  əvəzetməsidir.  Qarşılaşdırılan  konstruksiyalar 

müəyyən  dərəcədə  quruluş  cəhətdən  ekvivalent  olsa  da,  bir  sıra  hallarda 

aralarındakı struktur müxtəlifliyi ucbatından bir - birini əvəzetməsi mümkün 

olmur.  Bundan  başqa,  onların  arasında  müəyyən  üslubi  lokallaşma  özünü 

göstərir.  Məhz  bu  səbəbdən  də  qarşılıqlı  əvəzetmə  sintaktik  sinonimliyin 

yalnız mümkün olan nəticəsidir, onun zəruri şərti deyildir. 

Sinitaktik  sinonimliyin  öyrənilməsi  bir  sıra  kateqoriyaların  ifadə 

imkanlarının  üzə  çıxmasına  da  şərait  yaradır.  Məsələn,  zaman  anlayışı 

parametrlərinin  əhatəliliyi  və  dildə  ifadə  olunma  imkanlarının  genişliyi  ilə 

digər  linqvistik  anlayışlardan  fərqlənir.  ”Hərəkət  və  ya  əlamətin  zamanı” 

zaman  anlayışının  kiçik  bir  kəsiyi  olub  ənənəvi  və  aktual  sintaksisdə  həm 

zaman  budaq  cümləsi  ilə,  həm  də  feli  tərkiblərlə  öz  ifadəsini  tapmış  olur. 



Filologiya məsələləri, №4, 2017 

 

50



Sinonimliyin  bu  səviyyəsi  ən  yüksək  səviyyədir,  zamanı  ifadə  edən  digər 

nitq vahidlərindən (zaman zərfi, zaman bildirən frazalar və s.) fərqlənir. Sadə 

və mürəkkəb formalar arasında sintaktik sinonimliyin yaranmasında zaman 

formaları  da  aparıcı  yerlərdən  birini  tutur.  Bu  vaxt  bir  formada  olan 

qrammatik  zaman  digər  formada  olan  zamanla  uyğunlaşır;  yəni  hərəkətin 

icrası  hər  iki  formada  eyni  zamanda  icra  olunur.  Məs.:  keçmiş  zamanda: 

Uşaq  o  z  a  m  a  n  yuxudan  durdu  ki,  həyətdə  çığır  -  bağır  eşidilirdi 

(mürəkkəb  forma)  -  Həyətdə  çığır  -  bağır  eşidiləndə  uşaq  yuxudan  durdu 

(sadə forma). Qeyd etmək lazımdır ki, funksional ekvivalentlik təşkil edən 

bu formaların xəbəri felin keçmiş zamanı ilə ifadə olunmuşdur. Göründüyü 

kimi, həmin konstruksiyalar arasında heç bir semantik fərq nəzərə çarpmır, 

mənanın  tam  uyğunluğuna  baxmayaraq,  həmin  ekvivalentlər  arasında 

quruluş  fərqi  özünü  komponentləri  bir  -  birinə  bağlayan  bağlayıcılarda 

büruzə verir.  

Sinonimlik cəhətdən zaman budaq cümləsinin ekvivalenti feli tərkiblər, 

konkret olaraq feli bağlama tərkibi ola bilər. Ikinci birincinin fuksiyasını yerinə 

yetirir; ona görə də zaman budaq cümləsinin funksional ekvivalenti (yəni onun 

funksiyasını, vəzifəsini yerinə yetirən) adlandırılır [5].  

Sintaktik  sinonimlikdə  sinonim  cərgə  bir  -  birinin  paradiqmasından 

və ya tranformalarından ibarətdir. Bu o demək deyildir ki, bütün paradiqma 

və transformalar sintaktik sinonim hesab olunur. Belə başa düşülməlidir ki, 

sintaktik  sinonimliyin  əsası  qrammatik  mənanın  müxtəlif  strukturluğu  və 

invariantlılığıdır,  həmçinin  fikrin  mahiyyətidir;  əsas  paradiqma  və 

transforma  müxtəlif  strukturdadır,  beləliklə,  konstruksiyaların  struktur 

oxşarlığı artıq sintaktik sinonimliyi təmin edir.  

 

Ədəbiyyat: 



 

1.  Əsədova  M.  N.  İngilis  və  Azərbaycan  dillərində  tamamlıq  budaq 

cümlələri. Bakı- “Nurlan”- 2007. 

2.  https://audio-class.ru/grammar/clauses-of-condition-and-time.php 

3.  Абдуллаева  Н.  Синтаксическое  синонимия  в  современном 

Азербайджанском языке АДД, Баку- 1978. 

4.  Радионова  Л.  З.  К  проблеме  синтаксической  синонимии  (На 

материале  сложноподчининных  предложений  и  предложений  с 

герундиальными оборотами), АКД, М., 1977. 

5.  Мелкадзе Э. Г. Придаточные предложения обстоятельства времени 

и их функциональные эквиваленты в современном французском языке. 

АКД, Тбилиси, 1975. 

 

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə