136
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə
ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı
hissəsindəki məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən
2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli
taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85
m olan binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda
burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0, 45 × 0,
45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən
edilir. Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci
mərtəbədə-1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı
mərtəbədə otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı
hissəsindəki məsafə ən azı 0,75 m götürülür.
Daldalanan adamların oturrması və uzanması üçün yerlər stasionar ola bilər
(sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə
təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onlar sığınacaq
mühafizəyə hazırlıq rejminə keçilərkən düzəldilir. Sığınacağın geniş sahəli
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.
İdarəetmə məntəqəsi (İM) - obyektin rəhbər heyətinin və MM qərargahının
yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində 600 və bundan artıq
adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur.
İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan
sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur.
Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin
yaxınlığındakı otaqlarda yerləşdirilir və odadavamlılııq həddi bir saatadək olan
arakəsmələrlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırılır.
Tibb məntəqəsi (TM) - sığınacaqda daldalanan adamlara ilk tibbi yardım
göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb
məntəqəsinin sahəsi 9 kv.m müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər
üçün tibb məntəqəsinin sahəsi 1kv.m artırılır.
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 kv.m olan bir
sanitariya qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə
olmalıdır.
137
b)
Yardımçı təyinatlı otaqlar:
Süzgəcli ventilyasiya otağı (SVO) - sənaye tipli (stasionar) süzücü
ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür.
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarların yanında, giriş
yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın ölçüləri
avadanlığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sahədən
asılı olaraq müəyyən edilir.
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr,
yanğınlar şəraitində, eləcədə hermetik qurğuda adamların xeyli müddət qalması
nəticəsində içərisindəki havanın tərkibi pisləşərkən adamların tənəffüs üçün
yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir.
Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir neçə sutka)
sığınacağda qalmağa vadar edə bilər. Bu isə ancaq sığınacaqda normal-sanitar
gigiyena şəraiti olan hallarda, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən
çoxu 2%, oksigenin ən azı 15-16%, habelə temperatur ən çoxu 30ºS (dərəcə) və
rütubət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu
da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 l. oksigen udur, 20 l.
karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır.
Havanın tərkibində oksigen və hava qazının lazımi miqdarını habelə normal
temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi
havaverici və ya havaverici-sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur.
Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:
• təmiz ventilyasiya rejimində (1-ci rejim);
• süzücü ventilyasiya rejimində (2-ci rejim);
• içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcrid olunma rejimi
(3-cü rejim).
Təmiz ventilyasiya rejimi - havanın tərkibinin lazımi dərəcədə
dəyişdirilməsinin, bayırdan içəriyə verilən havanın tozdan, o cümlədən də
radioaktiv tozdan təmizlənməsini, eləcədə istiliyin və rütubətin kənar olunmasını
təmin etmək üçündür.
Bu rejimdə bayırdan sığınacağa verilən havanın miqdarı sığınacaq yerləşən
iqlim zonasından asılı olur.
Süzücü ventilyasiya rejimi - sığınacağa verilən havanın zəhərləyici
maddələrdən, o cümlədən də GTZM-dən, bioloji vasitələrdən radioaktiv
138
maddələrdən və adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı
daldalanan hər adam üçün saatda 2 kub.metr, idarəetmə məntəqəsində işləyən
operativ heyətin tərkibindəki hər adam üçün saatda 5 kub metr və elektrik əl
ventilyatorlu SVQ-yə xidmət edən hər işçi üçün saatda 10 kub metr hesabı ilə
hesablanır.
Tam təcrid olunma rejimi - sığınacaqdakı havanın tərkibinin bərpa
(regenerasiya) edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya ikinci
zədələyici amillər sayəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi
ehtimal olunan yerlərdəki sığınacaqlarda nəzərdə tutulur. Belə hallarda
sığınacaqda lazımi sanitar - gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa
edilməsi hesabına yaradılır.
Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A-40)
oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və
otaqdakı hava oksigenlə zənginləşir. Bu rejimdə 6 saatadək istifadə edilə bilər.
Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər
adam üçün saatda 25 l. oksigen sərfi və 20 l. karbon qazının udulması normasına
uyğun hesablanır.
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdir:
• Havagötürücü qurğular;
• Partlayışdan qoruyan genişləndirici kameralı qurğu;
• Tozəleyhinə (tozdan qoruyan) süzgəclər;
• Uducu süzgəclər;
• Elektrik əl ventilyatoru və ya elektrik ventilyatoru;
• Havapaylayıcı şəbəkə;
• Havatəmizləyici qurğu;
Havagötürücü qurğu bayırdan hava götürüb onu sığıncağa vermək üçündür.
Təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərinin havagötürücü tərtibatları və
havaötürücü və boruları ayrı-ayrılıqda yerləşdirilməli və ventilyasiyanın ikinci iş
rejimi üçün hesablanmış klapanlı metal boru şəklində düzəldilən polad bənd
vasitəsilə öz aralarında birləşdirilməlidir.
Təmiz ventilyasiya rejimi üçün olan havagötürücü tərtibatın ağzı, adətən,
çıxış yolunun lağımına çıxarılır. Onu həmçinin uçqun ərazisində və sığınacağın ön
dəhlizində də (tamburunda) yerləşdirmək olar.
Dostları ilə paylaş: |