133
Mühəndis-texniki tədbirlərin (MTT) həcmi və məzmunu şəhərlərin və
obyektlərin vacibliyindən, müasir zədələnmə vasitələrinin, ikinci zədələyici
amillərin ehtimal edilən təsirdən, eləcə də baş verə biləcək təbii fəlakətlərin və
qəzaların xarakterindən və miqyasından asılı olaraq müəyyən edilir.
MTT hər yerdə əvvəlcədən yerinə yetirilir sülh dövründə yerinə yetirilməsi
mümkün olmayan tədbirlərin icrası isə mülki müdafiə hazır vəziyyətə keçirilərkən
(xüsusi dövrdə) qısa müddətdə nəzərdə tutulur.
Partlayış zamanı izafi təzyiq ∆Pf=10 kPa bundan artıq ola biləcək ərazidə
yerləşən şəhər və obyektlər birlikdə ehtimal olunan dağıntılar zonası (EDZ) təşkil
edir.
Ehtimal olunan dağıntılar zonası ərazinin izafi təzyiq ∆Pf=30kPa və bundan
artıq ola biləcək hissəsi-ehtimal olunan güclü dağıntılar zonasını (EGDZ) təşkil edir.
Ehtimal olunan güclü dağıntılar zonasının hüdudları ilə ehtimal olunan
dağıntılar zonasının hüdudları arasındakı ərazi-ehtimal olunan zəif dağıtılar
zonasını (EZDZ) təşkil edir.
Ehtimal olunan dağıntılar zonasının ətrafındakı eni 20 km olan ərazi-ehtimal
olunan təhlükəli radioaktiv çirklənmə zonasını (ETRÇZ) təşkil edir.
Atom elektrik stansiyaları üçün ehtimal olunan təhlükəli radioaktiv
çirklənmə zonası-stansiyanın ehtimal olunan dağılma zonası və onun ətrafındakı
eni 20km olan ərazi təşkil edir.
Ehtimal olunan təhlükəli radioaktiv zəhərlənmə zonasına bitişik eni 100km
olan ərazi zolağı ehtimal olunan güclü radioaktiv zəhərlənmə zonası (EGRZZ)
hesab edilir.
Kimyəvi təhlükəli obyektlərə bitişik və GTZM tutumları dağılarkən bu
maddələrin təhlükəli konsentrasiyada yayılacağı ehtimal olunanə ərazi-ehtimal
olunan təhlükəli kimyəvi zəhərlənmə zonasını (ETGZZ) təşkil edir.
Ehtimal edilən daşqın (subasma) nəticəsində əhali arasında tələfat, binaların
dağılması, maddi sərvətlərin zədələnməsi və məhv olunması halları baş verə
biləcək əraziyə-ehtimal olunan fəlakətli daşqın (subasma) zonası (EFDZ) deyilir.
Ehtimal olunan dağıntılar təhlükəli kimyəvi zəhərlənmə, fəlakətli subasma,
təhlükəli radioaktiv zəhərlənmə (çirklənmə) kənarda yerləşən və yerli, habelə
134
köçürülən əhalinin həyat fəaliyyəti üçün yararlı olan əraziyə təhlükəsiz zona
deyilir.
Bütün zonaların xarici hüdudları, şəhərin (obyektin) layihə üzrə tikinti
ərazisində və ya həndəsi mərkəzindən hesablanmaqla müəyyən edilir.
Sığınacağın həcmi-planlaşdırma, konstruktiv və mühəndis texniki
avadanlıqları.
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici
amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial
vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın
məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis
qurğusudur.
Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən
və ayrı tikilən növləri ola bilər.
Bina ilə birgə tikilən sığınacaqlar sığınacaq meydançadakı ən azmərtəbəli
binaların altında yerləşdirilir. Onlar, üzərindəki bina ilə birgə vahid həcm təşkil edir
və adətən bu binanın özülü (fundamenti) rolunu oynayır. Birgə tikilən sığınacaqlar
zirzəminin (yarımmərtəbə) bütün sahəsində, ya da bir hissəsində yerləşdirilir,
bəzən isə binanın hüdudlarından kənara da çıxarıla bilər.
Binadan ayrı tikilən sığınacaqlar həcmi planlaşdırma və konstruksiyasına
görə əlahiddə olub, baş ərazində imkan daxilində uçqun altında qalmayacaq
sahələrdə (ehtimal edilən uçqun zonasından kənarda) yerləşdirilir.
Binadan ayrı tikilən sığınacaqlar torpağa tam dərinləşdirilmiş, qismən
dərinləşdirilmiş və yerdən hündür (torpaq suları olan yerlərdə) tikilə bilər. Belə
sığınacaqlar monolit və ya yığma monolit dəmir-betondan tikilməli, üstü hündür
torpaq qatı ilə örtülməlidir. Sığınacağın torpağa dərinləşdirilmiş hissəsi üçün
hidroizolyasiyası və drenaj düzəldilməsi nəzərdə tutulmalıdır.
Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən
mühafizəni daha etibarlı təmin edir.
135
Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür
divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların qoruyucu
xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabliyyətini artırmaq üçün onların
divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır.
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst
mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər
mayelər axması ehtimallarından mühafizə edilməlidir.
Əvvəlcədən tikilən sığınacaqlardan əsas və yardımçı otaqlar nəzərdə tutulur.
Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan başqa bufet və sanitariya
otaqları da olur.
Sığınacaqların həcmi planlaşdırma həlli zədələyici vasitələrdən mühafizə
tələblərinə və qurğuların sülh dövründə istismarı şərtlərinə əsasən müəyyən edilir.
Bir qurğuda funksiyaların belə əlaqələndirilməsi həm iqtisadi cəhətdən sərfəlidir,
həm də sığınacaqlar fondunun daha tez yaradılmasına imkan verir.
Sığınacaqların həm planlaşdırma həlli qənaətcil, quraşdırma baxımından
sadə olmalı, sülh dövründə binalardan təsərrüfat ehtiyacları üçün istifadə
edilmənin normal şəraitini təmin etməli, daldalanan adamların otaqlara asanlıqla
girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verilməlidir.
Sadalanan təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq
daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi şəraiti təmin
edir.
Bu təyinatlı otaqları müfəssəl nəzərdən keçirək.
a)
Əsas təyinatlı otaqlar.
Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir,
iki və üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır.
Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-
ayrılıqda sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır.
Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar
qoyularkən hər adam üçün 0,5 kv.m, üçmərtəbəli taxtlar qoyularkən isə 0,4 kv.m
hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m
olmalıdır.
Dostları ilə paylaş: |