129
Mövzu 9
FH-DA ƏHALİNİN MÜHAFİZƏSİ. MM-İN MÜHAFİZƏ QURĞULARI.
Mülki müdafiə qurğularının təyinatı və təsnifatı, onların tikintisinin
təşkili.
Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya
maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər
kompleksinə mühəndis-mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də
mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların
daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh
dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə
edilməlidir.
Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin
mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına,
yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif
edilir.
Təyinatına görə:
• İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
• Əhalinin mühafizəsi üçün qurğular;
Tikilmə müddətlərinə görə :
• əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin
planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);
• teztikilən qurğular .
Mühafizə xassələrinə görə:
130
• Sığınacaqlar;
• Radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar);
• Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları
çatışmadıqda).
Yerləşdirilməsinə görə:
• Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci
mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı
binalarında);
• Binadan ayrı tikilən qurğular.
Bina ilə birgə tikilən qurğular
Binadan ayrı tikilən qurğular.
Yüklənən konstruksiyaların materialına görə :
• dəmir –beton konstruksiyalı qurğular;
• daş divarlı qurğular;
• meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.
131
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün əvvəlcədən
sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatının
ehtiyacları üçün istifadə edilməlidir.
Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və sosial planlara uyğun olaraq
nazirliklərin və baş idarələrin tikinti təşkilatları əsaslı təmir və ya yenidənqurulma
zamanı inşa edirlər.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı
olaraq 1ildən 1,5 ilə qədərdir.
Lazım gəldikdə tez tikilən sığınacaqların inşa edilməsi də planlaşdırılır ki,
onlarında mühafizə xüsusiyyətlərindən əvvəlcədən tikilən mühafizə qurğularınki
ilə eyni olmalıdır.
Teztikilən sığınacaqlar qısa müddətdə, birtipli layihələr üzrə, yerli tikinti
bazasından və materiallarından istifadə edilməklə sənaye üsulu ilə tikilməlidir.
Teztikilən sığınanacaqlardan əlavə hər yerdə sadə daldalanacaqların (üstü örtülən
xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə
24 saat, kənd yerlərində isə 48 saat müəyyən edilmişdir.
Mühafizə qurğularının kütləvi qisa müddət ərzində tikilməsi üçün
əvvəlcədən tam bir kompleks təşkilatı və mühəndis tədbirləri həyata
keçirilməlidir. Bu tədbirlərə tikinti sahələrinin seçilməsi, yerli şəraitin aşkar
edilməsi, həcmi planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material
və məmulatların alınma mənbələrinin müəyyən olunması, onların gətirilməsi və
quraşdırılması məsələləri daxildir. Buna görə də mühafizə qurğularının tikintisinin
təşkili qabaqcadan planlaşdırılır. Onların tikiləcəyi və yerləşdiriləcəyi sahələr
rayonun, obyektlərin MM planlarında qeyd edilir, ən mürəkkəb işlərin (dəmir
beton konstruksiyaların və üst örtüklərin quraşdırılması, qoruyucu qapıların
qoyulması və s.) hansı təşkilatlar tərəfindən yerinə yetiriləcəyi göstərilir. Sadə
işlərə isə bütün iş qabliyyətli əhali cəlb olunur. Mühafizə qurğularının tikilməsi
planında aşağıdakı əsas sənədlər olmalıdır:
1.
Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv
həlli, tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin
(sahənin) adı və sayı).
2.
Qurgunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri,
qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).
132
3.
Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün
işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcədə tikinti hissələri və materialların
daşınması üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).
4.
Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti
üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların adları
və miqdarı, habelə gətirilmə müddəti).
Daimi sığınacaqlar və radiasiya daldalanacaqları fondunun yaradılması
bütün vəzifəli şəxslərdən olan mülki müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən
biridir. Buna aşağıdakı yollarla nail olunur:
• Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;
• Obyetlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya
daldalanacaqlarının tikilməsi və onlardan sülh dövründə təsərrüfat ehtiyacları və
əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;
• əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldanacqlarının mühafizə
xassələrinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması;
• zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, kahaların, dağ–
mədən yerlərinin, metro stansiyalarının və şəhərlərin yeraltı mühəndis
qurğularının sığınacağı və radiasiya daldalanacaqları kimi uyğunlaşdırılması yolu
ilə.
Yaranan təhlükə ilə əlaqədar mülki müdafiənin hazırlıq dərəcəsi artırılarkən
teztikilən sığınacaq və daldalanacaqların inşa edilməsi nəticəsində mühafizə
qurğuları fondunun yaradılması prosesi davam etdirilir.
İnşaat normaları və qaydalarının (İN və Q) tədbiq edilməsindən əsas
məqsəd şəhərlərinin və təsərrüfat obyektlərinin fövqəladə şəraitdə fəaliyyətə
əvvəlcədən mühəndis-texniki cəhətdən hazırlanmasıdır. Bu normalara daxildir: a)
əhalinin mühafizəsinə və ehtimal olunan təhlükəli hallarda tələfatın və dağıntıların
azaldılması; b) təsərrüfat obyektlərinin sabit işinin təmin edilməsinə və zədələnmə
ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) aparılması üçün
əlverişli şərait yaradılması.
Bu tələbələrin bütün nazirliklər, idarələr, sahibkarlar, layihə və tikinti
təşkilatları rəhbər tutmalıdır.
Layihələndirmə normalarında yeni təsərrüfat obyektlərinin yerləşdirilməsi,
müxtəlif binaların və qurğuların tikintisi, su, qaz, elektrik enerji təchizatı
sistemlərinin layihəsi və inşası, habelə vacibliyinə görə mühafizə qurğularının
yerləşdirilməsi üzrə konkret tələblər müəyyən edilmişdir.
Dostları ilə paylaş: |