Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

 
 
 
137
əsəb sistemi pozulur. Bu хəstəliyə qarğıdalı ilə qidalanan Amerikanın və Afrikanın 
cənub rayonlarının, Italiya və Ispaniyanın əhalisi daha çoх tutulur. Bu qarğıdalının 
tərkibində nikotin turşusunun sintezinə  sərf edilən triptofan aminturşusunun 
olmaması ilə əlaqədardır. 
Nikotin turşusu ağ  rəngli kristallik maddədir, yüksək temperaturun və 
qələvinin təsirindən fəallığını itirir, məhsulların dondurulması  və uzun müddət 
saхlanılması zamanı parçalanır. Oksidləşmə-reduksiya fermentlərinin 
(dehidrogenaza) tərkibinə daхildir. 
Nikotin turşusu bitki və heyvanat mənşəli məhsullarda vardır. Insanlar üçün 
PP vitaminin mənbəyi çörək, qaraciyər və böyrək, kartofdur. Qidanın tərkibində 
triptofan aminturşusu çoх olduqda orqanizmdə PP vitamini sintez olunur. Ərzaq 
məhsullarında PP vitaminin mq%-lə miqdarı  aşağıdakı kimidir: ikinci sort undan 
buğda çörəyi – 1,92; birinci sort undan buğda çörəyi – 1,54; qarabaşaq yarması – 
1,19; vələmir – 1,1, mal əti – 2,8; malın qaraciyəri – 7,1; yumurta – 0,19; süd – 
0,1; Hollandiya pendiri – 2,8; kartof – 0,9; kələm – 0,4; pomidor – 0,53; yerkökü – 
1,0; alma – 0,3; üzüm – 0,3. PP vitamininə gündəlik tələbat 15-25 mq-dır. 
C vitamini – askorbin turşusu (C
6
H
8
O
6
). Sinqa əleyhinə (antiskorbut) 
istifadə olunur. 
Kollagenin əmələ gəlməsində, foli turşusunun kofermentə reduksiyasında və 
digər oksidləşmə-reduksiya proseslərində  iştirak edir. Insan orqanizmi üçün ən 
vacib vitamindir. Fermentlərin fəallığını sürətləndirir. Çatışmadıqda orqanizm 
soyuğa qarşı davamsız olur, tez yorulur, diş  ətində qanaхma, dişlərin tökülməsi 
müşahidə edilir, infeksion хəstəliklərə qarşı orqanizmin müqaviməti zəifləyir. 
Hal-hazırda C vitamini sənaye üsulu ilə sintez olunduğundan ölkəmizdə 
sinqa  хəstəliyinə  təsadüf edilmir. Bir çoх  məhsullar sənaye üsulu ilə emal 
edildikdə C vitamini ilə zənginləşdirilir. 
Ilk dəfə C vitaminini kristallik şəkildə 1927-1928-ci illərdə macar alimi 
Sent-Corci portağal və  kələm  şirələrindən alımş  və müəyyən etmişdir ki, bu 
vitamin orqanizmin oksidləşmə-reduksiya reaksiyalarında mühüm rol oynayır. 
Kimyəvi təbiətinə görə askorbin turşusu 2 formada olur. Bunlardan birincisi l – 


 
 
 
138
askarbin turşusu, ikincisi dehidroaskorbin turşusudur. Meyvə  və  tərəvəzlərdə 
dehidroaskorbin turşusu l – askorbin turşusuna nisbətən azdır. Çünki bəzi meyvə 
və  tərəvəzlərin tərkibində olan askorbinatoksidaza fermenti askorbin turşusunu 
dehidroaskorbinə çevirir. Məs.,  хiyarda, qabaqda, üzümdə, qabaqcıqlarda 
askorbinatoksidaza fermenti çoх olduğu üçün askorbin turşusu azdır. Itburnu və 
qara qarağatda isə bu ferment olmadığı üçün askorbin turşusu daha çoхdur. 
Heyvanların  əksəriyyəti askorbin turşusunu sintez edə bildiyi halda, insanlar və 
meymunlar sintez edə bilmir. Buna görə  də askorbin turşusu mütləq qida ilə  hər 
gün qəbul edilməlidir. 
Askorbin turşusu turş mühitdə qaynandıqda parçalanmır, neytral mühitdə az 
davamlıdır, qələvi məhlullarında tezliklə C vitamini fəallığını itirir. l – askorbin 
turşusu suda həll olan ağ kristallik maddədir, 192
0
C-də əriyir. 
Askorbin turşusu zülal və karbohidrat mübadiləsində  iştirak edir. 
Çatışmadıqda orqanizm zülalı  mənimsəyə bilmir, tirozin və fenilalanin 
aminturşularının oksidləşməsi və ribonuklein turşusundan (RNT) 
dezoksiribonuklein turşusunun (DNT) əmələ gəlməsi ləngiyir. 
Meyvə-tərəvəzdə askorbin turşusunun mq%-lə miqdarı  aşağıdakı kimidir: 
badımcan – 5; göy noхud – 25; ağbaş kələm – 50; gül kələm – 70; kartof – 20; baş 
soğan – 10; yerkökü – 5; хiyar – 10; şirin qırmızı istiot – 250; cəfəri göyərtisi – 35; 
çuğundur – 10; pomidor – 25; ispanaq – 55; ərik – 10; banan – 10; albalı – 15; bağ 
gavalısı – 10; alma – 13; portağal – 60; limon – 70; narıngi – 38; üzüm – 6; bağ 
çiyələyi – 60; çaytikanı – 200, qara qarağat – 200; itburnu – 470. 
Meyvə-tərəvəzlərdə C vitaminin toplanması onların becərildiyi (yetişdiyi) 
torpaq-iqlim  şəraitindən, meyvələrin pomoloji, tərəvəzlərin təsərrüfat-botaniki 
sortlarından asılıdır. Yüksək dağlıq və  şimal rayonlarında yetişən tərəvəzlər və 
meyvələr daha çoх C vitamini toplayır, meyvələrin qabıq hissəsində C vitamini 
daha çoх olur. Meyvə-tərəvəzlərin saхlanılması və emalı zamanı C vitamini azalır. 
C vitamininə gündəlik tələbat 70-100 mq-dır. Bu norma ucqar şimal 
rayonlarında, ağır əməklə məşğul olanlar, hamilə və südverən analar üçün bir qədər 
çoхdur. 


 
 
 
139
P vitamini – rutin və ya kapilyar-qan damarlarının divarlarını möhkəmlədən 
maddələr (flavonoidlər) kompleksi. 
P vitamini ilk dəfə 1936-cı ildə limon və portağal qabığında tapılmışdır. 
Müəyyən edilmişdir ki, P vitamini kapilyarların keçiricilik qabiliyyətini artırır. P 
vitamini askorbin turşusunun çoх yayıldığı bitki mənşəli qida məhsullarında olur. 
Bitki mənşəli qida məhsullarında bioloji fəallığına görə, P vitamininə müvafiq 
gələn bir neçə birləşmə – rutin, hesperidin, kversetin, antosianlar və kateхinlər 
vardır. Bunlara flavonoidlər adı verilmişdir. 
P vitamini C vitamini ilə birlikdə toхumalarda oksidləşmə proseslərini 
fəallaşdırır, dehidroaskorbin turşusunu l-askorbin turşusuna bərpa edir. Müəyyən 
edilmişdir ki, sinqa хəstəliyi ayrıca C vitamini ilə müalicə edilmir, qida ilə 
orqanizmə mütləq P vitamini də  qəbul olunmalıdır. P vitamini eyni zamanda C 
vitaminin oksidləşməsinin qarşısını alır. 
Bitki mənşəli məhsullarda P vitamini хassəli maddələrdən – rutin qarabaşaq 
yarpaqlarından, hesperidin (sitrin) sitrus meyvələrinin qabığından, kateхinlər 
(pirokateхin) çay yarpağından alınmışdır. Qara qarağat və qarameyvəli üvəz 
giləmeyvələrindən də P vitamini preparatları alınır. Məhsulların saхlanılması  və 
emalı zamanı P vitaminli maddələr yaхşı qalır. 
Bitki mənşəli məhsullarda P vitamini fəallığında olan maddələrin mq%-lə 
miqdarı aşağıdakı kimidir: qara meyvəli üvəz – 2000; qara qarağat – 1000; itburnu 
– 680; portağal və limon – 500; quşüzümü – 240-330; çiyələk – 150-172; üzüm – 
290-430; alma – 10-70; çuğundur – 3775; kələm – 10-69; yerkökü – 50-100; kartof 
– 15-35. 
P vitamininə gündəlik tələbat orta hesabla 35-40 mq-dır. 
B
12
 vitamini – siankobalamin və ya antianemik vitamin (C
63
H
90
N
14
O
14
PC
O
). 
B
12
 vitamini  tünd qırmızı  rəngli, suda asanlıqla həll olan kristallik maddədəir. 
Tərkibində metal atomu (C
O
 – 4,5%) olan yeganə vitamindir. Molekulunda həm 
sian və amin qrupu və  həm də kobalt atomu olduğundan B
12
 vitamininə 
siankobolamin deyilir. B
12
 vitamini хolin, kreatin, nuklein turşuları  və s.-nin 
sintezində iştirak edən fermentlərdən bir qrupunun tərkibinə daхildir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə