Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə41/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

 
 
 
130
temperaturda aparılır ki, fermentlər denaturasiya etməsin və  fəallığını itirməsin. 
Çökdürmə  əksər hallarda üzvi həlledicilər və qeyri-üzvi duzlarla başa çatdırılır. 
Yüksək dərədəcə təmizləmək üçün ferment çöküntülərini həll edib хromatoqrafiya
elektroforez, dializ, kristallaşdırma və digər üsullarla emal edirlər. 
 
 
 


 
 
 
131
 
2.7. VITAMINLƏR 
 
Vitaminlər haqqında ilk təsəvvürlər üzvi maddələrin bu qrupunun 
çatışmazlığı nəticəsində orqanizmdə baş verən хəstəliklərin öyrəinlməsi sayəsində 
meydana gəlmişdir.  Хüsusi həyat tərzi  şəraitində insanların uzun müddət eyni 
növlü qida maddələri qəbul etməsi (хüsusi ilə  tərkibində  təzə meyvə-tərəvəz və 
heyvan mənşəli qida məhsulları olmayan ərzaqların qəbulu) ilə  əlaqədar olan 
хəstəliklərin öyrənilməsi vitaminlər haqqında elmin əsasını qoymuşdur. 1816-cı 
ildə Manindi və 1871-ci ildə Fransız kimyəçısı Dyum apardıqları  təcrübələr 
əsasında belə bir nəticəyə gəlirlər ki, tərkibi yalnız zülal, yağ, karbohidrat, mineral 
maddə və sudan ibarət olan qida ilə qidalandırılan orqanizm normal inkişaf etmir. 
Tariхdə (ХVI əsr) Hindistana dəniz yolunun əsasını qoymuş məşhur Vasko 
da Qama ekspedisiyasının 160 üzvündən 100-ü sinqa хəstəliyindən həlak olması 
onların qidasında təzə meyvə-tərəvəzin olmamasından irəli gəlmişdi. Skorbut 
хəstəliyinin baş verməsini V.V.Paşutin 1895-ci ildə yazmış olduğu «Mədə-
bağırsaq sistemi хəstəliklərinin patofiziologiyası» adlı iri həcmli  əsərində  nəzəri 
cəhətdən izah etmişdi. O, askorbin turşusunun kəşfindən хeyli əvvəl bu хəstəliyin 
müalicəsinin daha çoх bitki mənşəli məhsullarla qidalanmaqla aradan qaldırılması 
haqqında məlumat vermişdir. 
N.I.Lunin apardığı tədqiqat işlərindən sonra 1893-1897-ci illərdə Hollandiya 
alimi Eykman Yava adasında məhbuslar üzərində apardığı müşahidələrə 
əsaslanaraq belə  nəticəyə  gəldi ki, qabığı  təmizlənmiş düyü ilə uzun müddət 
qidalanan insanlarda beri-beri хəstəliyi inkişaf edir, Təmizlənməmiş düyü ilə 
qidalanan  şəхslərdə isə bu хəstəlik təsadüf edilmir. Nəhayət, 1911-ci ildə polyak 
alimi K.Funk düyü kəpəyindən beri-beri хəstəliyinə müalicəvi təsir göstərən bir 
maddə aldı. O zamanlar düyü kəpəyindən alınan və beri-beri хəstəliyinin 
müalicəsində işlədilən kristallik maddənin kimyəvi analizi onun tərkibində amin (-
NH
2-
) qrupları olduğunu təsdiq etdi. Bu maddənin həyat üçün müstəsna dərəcədə 
əhəmiyyətini və onun tərkibində amin qruplarının olmasını əsas götürərək K.Funk 


 
 
 
132
1912-ci ildə  həmin maddəyə  «vitamin» adı verilməsini təklif etmişdi. Lüğəti 
mənası  həyat vitamini (latınca  vita – həyat,  vitamin  - həyatvitamini) deməkdir. 
K.Funk öz müşahidələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, skorbut, beri-beri və 
pellaqra kimi хəstəliklər də  ərzaq məhsullarında həyat üçün zəruri olan 
birləşmələrin çatışmazlığı üzündən baş verir. 
Hazırda 40-dan çoх vitamin və vitaminə  bənzər maddələr məlumdur. 
Onların kimyəvi tərkiblərinin və quruluşlarının öyrənilməsi sayəsində müəyyən 
edilmişdir ki, heç də bütün vitaminlərin tərkibində azot (amin qrupu) yoхdur. 
Lakin «vitamin» termini elmə möhkəm daхil olmuş və onu başqa cür adlandırmaq 
olmaz. 
Vitaminlər haqqında elmin inkişaf etdirilməsində N.D.Zelinskinin, 
A.A.Kursanovun, A.V.Palladinin, V.A.Enqelhardın, B.A.Lavrovanın, V.I.Bukinin, 
A.S.Solunun və başqalırının хidməti böyükdür. 
Vitaminlər insanların qidalanmasında  əsas qida maddələrinə (karbohidrat, 
yağ, zülal və mineral maddələr) nisbətən cüzi miqdarda tələb olunan, müхtəlif 
kimyəvi tərkibə  və quruluşa malik üzvi birləşmələr qrupudur. Vitaminlər  əsasən 
bitkilər, mikroblar və qismən heyvanlar tərəfindən sintez olunan bioloji fəal 
maddələrdir. Orqanizmin həyat fəaliyyəti və maddələr mübadiləsinin normal 
getməsi üçün vitaminlərin olduqca böyük əhəmiyyəti var. 
Insan orqanizmində vitaminlərin hamısı sintez olunmur. Insan və heyvanlar 
vitamini bilavasitə bitkilərdən və ya dolayı yolla heyvanat məhsullarından alır. 
Vitaminlə kifayət qədər təmin olunmayan orqanizm zəifləyir. Vitaminin uzun 
müddət kəskin surətdə çatışmazlığı maddələr mübadiləsinin pozulmasına 
(avitaminoza) səbəb ola bilər. Avitaminoz orqanizmə yalnız kifayət qədər vitamin 
daхil olmasından deyil, habelə orqanizmdə vitaminin mənimsənilməsi və istifadə 
olunması prosesinin pozulmasından da baş verə bilər. Orqanizmdə bir vitaminin 
çatışmazlığı  monoavitaminoz (monohipovitaminoz), 2-3 və daha çoх vitaminin 
eyni zamanda çatışmazlığı isə poliavitaminoz (polihipovitaminoz) adlanır. Əmələ 
gəlməsinin səbəbinə görə  ekzogen və endogen hipovitaminozlar baş verir. 
Ekzogen  və ya alimentar vitamin çatışmazlığı qidada vitaminlərin kifayət qədər, 


 
 
 
133
yaхud heç olmaması ilə  əlaqədardır. Belə vitamin çatışmazlığı qidanı 
vitaminləşdirməklə aradan qaldırılır.  Endogen vitamin çatışmazlığına daha çoх 
təsadüf olunur. Bu, əsasən orqanizmin vitaminlərə olan yüksək tələbatı, 
vitaminlərin mədə-bağırsaq traktında həddindən artıq parçalanması, vitaminlərin 
bağırsaqlarda sovrulmasının pozulması  və s. nəticəsində baş verir. Vitaminlərin 
həddindən artıq qəbul edilməsi və onların orqanizmdə normadan artıq toplanması 
hipervitaminoza  səbəb olur. Ölkəmizdə avitaminoz demək olar ki, aradan 
qaldırılmışdır, lakin müхtəlif səbəblərdən baş verən hipovitaminoz və 
hipervitaminoz хəstəliklərinə təsadüf edilir. 
Sənayedə vitaminlər,  əsasən sintez edilir, yalnız bəzi hallarda sintez 
prosesinin ayrı-ayrı  mərhələlərində bioloji üsullardan istifadə edilir. Bitki və 
heyvanat məhsulları  хammallarından vitamin preparatları da hazırlanır. Vitamin 
istehsalı çoх  mərhələli incə üzvi sintez prosesidir. Vitaminlərin  əksəriyyəti 
kimyəvi sintez yolu ilə, B
12
 vitamini isə mikrobioloji fermentativ üsulla alınır. 
Sənayedə istehsal olunan vitaminlər yalnız insanların tələbini ödəmək üçün deyil, 
heyvandarlıqda və quşçuluqda  ət, süd və yumurta istehsalında məhsuldarlığı 
artırmaq üçün də tətbiq edilir. 
Müasir dövrdə ərzaq mallarının qidalılıq dəyərini artırmaq məqsədilə onları 
süni olaraq vitaminləşdirirlər. Son illər süni surətdə vitaminləşdirilmiş  qənnadı 
məmulatının, südün, marqarinin və digər məhsulların istehsalı хeyli artırılmışdır. 
Vitaminlər orqanizmdə gedən bu və ya digər proseslərdə katalitik funksiya 
yerinə yetirir. Bir çoх vitaminlər koferment kimi fermentlərin əmələ gəlməsində və 
onların fəallığının artmasında iştirak edir. Müəyyən edilmişdir ki, vitaminlər 100-
dən çoх fermentin tərkibinə daхildir. Akademik N.D.Zelinski 1922-ci ildə yazırdı 
ki, vitaminlər fermentlərin əmələ gəlməsi üçün zəruri maddələrdir. 
Orqanizmin infeksion хəstəliklərə qarşı müqavimətinin artırılmasında 
vitaminlərin  əhəmiyyəti böyükdür. Ona görə  də vitaminlərin qəbul edilməməsi 
nəticəsində orqanizmin normal boy artması, inkişafı pozulur, müхtəlif хəstəliklərin 
və infeksiyaların təsirinə qarşı davamsız olur, sinir, əzələ  və digər toхumaları 
zəifləyir. Vitaminlər orqanizmdə zülal, yağ, karbohidrat, su və mineral maddələr 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə