Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

81 
Fikrimcə, zərdüştliyin ata-baba ruhlarının Novruz ərəfəsində 
xatırlamaları yazın gəlişi, təbiətin dirçəlişi ilə əlaqədar idi. Onların 
etiqadına görə, ruhlar həmin dövrdə ata-baba ocağına dönür, ev-
eşiyə baş  çəkir. (Fərvərdin sözü qədim «Avesta» sözlərindəndir. 
Midiya hökmdarı Diyokun atası, eləcə  də varisi – oğlu Fərvərti 
adlanırdı. Sözün mənası qoruyan və pənah yeri anlamını verir).  
Elə bu vaxt yaxınlığına görə Novruz bayramı ilə  fərvərdikanı 
eyniləşdirirlər.  Əslində, bu mərasim Novruza qədər keçirilib və 
günümüzə  qədər gəlib çıxıbdır.  Ə.Biruni də «Asar əl-Baqiyyə» 
əsərində yazır ki, soğdilər ilin axırlarında ata-baba ruhu gününü 
qeyd edirlər. Bu günlər ağlaşır, ata-baba ruhu üçün ehsanlar 
verirlər.  
 
 
2.2. Orta əsr müəllifləri (Ə.Biruni, Ö.Xəyyam,  
Q.Təbrizi, N.Gəncəvi) Novruz haqqında 
 
Novruz semantikası ilə populyarlaşmış bu bayramın ilkin 
yaradıcıları şumerlər və onların genetik davamçıları sayılan qədim 
türklər olsa da, bu sistemin dəyərlərini Yaxın və Orta Şərqdə 
yaşayan digər xalqlar da mənimsəmişlər. Dünyanın birmənalı qəbul 
etdiyi Dəclə-Fərat, Kür-Araz, Orxon-Yenisey-ikiçayarası 
mədəniyyətinin məhsulu olan Novruz sistemi digər xalqların da 
maddi-mənəvi dəyərlərinin tərkib hissəsinə çevrilmişdir. Novruzun 
insan həyatında özəlliklərini görən mütəfəkkirlər zaman-zaman 
onun haqqında fikirlər söyləmiş, araşdırmalarının nəticələrini qeyd 
etmişlər.  
X  əsrin mötəbər mənbələrindən olan «Zeyn əl-Əxbar» adlı 
əsərdə bir çox xalq bayramları barədə  məlumatlara rast gəlinir. 
Adıçəkılən əsərdə «Moğolların bayram və şənlikləri» fəslində ma-
raqlı bir cədvəl verilmişdir. Bu cədvəldə zərdüştilərin (orta əsrlərdə 
moğollar dedikdə  zərdüştilər nəzərdə tutulurdu) bayramının adı 


82 
çəkilir (31, 87). Adıçəkilən əsərdə adları sadalanan bayramların bir 
çoxuna  Ə.Biruni, Zəkəriyyə  Qəzvini və başqa müəlliflərin də 
əsərlərində rast gəlinir. Orta əsr müəllifləri bu bayramın yaran-
masını mifik şahların – Cəmşid və  Kəyumərsin adı ilə  əlaqələn-
dirirlər. Tədqiqatçıların gəldiyi yekdil qənaət budur ki, Kəyumərs 
«Avesta»dakı Qayamartdır. Kəyumərsin ilk insan olduğunu bir çox 
mənbələr təsdiqləyir. A.Şükürovun «Mifologiya» kitabında belə bir 
diqqətçəkən qeyd var: «Zərdüştlük haqqında müsəlmançılıq döv-
ründə yazılan  əsərlərin birində deyilir: «Mənim nəslim və  mən-
şəyim Qayamartdan başlanır (28, 50). Ə.Firdövsinin «Şahna-
mə»sində də Kəyumərsin ilk padşah olduğu vurğulanır. Bunları ona 
görə qeyd edirəm ki, ilk insan sayılan Kəyumərsin Novruzun yara-
dıcısı olduğu inandırıcı görünür. O, ilk insan və ilk şahdır. Kəyu-
mərs insanlara maddi-mədəni nemətlər gətirən, xeyir və fayda ve-
rən bir şəxsdir. Zərdüştilərin dini kitabı olan «Avesta»da Kəyu-
mərsin adı Qaymərdan, yəni «ölümə məhkum canlı», başqa cür de-
sək, «insan» deməkdir. Sonralar bu söz Qoyomərd, nəhayət, Kəyu-
mərs formasına düşmüşdür. Buna görə  də belə iddiada bulunmaq 
olar ki, Novruzun tarixini Kəyumərslə  əlaqələndirən  əfsanənin 
tarixi daha qədimdir (70, 14). Adları sadalanan bayramların bir 
çoxuna  Ə.Biruni, Zəkəriyyə  Qəzvini və başqa müəlliflərin  əsər-
lərində  də rast gəlinir. Orta əsr  Şərq fəlsəfəsinın və  təbiətşünaslı-
ğının inkişafında müstəsna xidmətləri olmuş böyük ensiklopedist 
alim Ə.Biruni (973-1048) Novruz və onun komponentləri haqqında 
geniş və dəyərli araşdırmalar müəllifidir. Bu məqamda qeyd etmək 
yerinə düşər ki, Novruz haqqında sanballı  və orijinal informasi-
yaların müəllifləri Ə.Biruni və Ö.Xəyyamdır. Ə.Biruninin əsaslan-
dığı  və geniş  tədqiq etdiyi ilkin  mənbə «Avesta» olmuşdur. 
Ə.Biruninin «Asar əl-Baqiyyə»  əsəri Novruz və onun tarixindən 
bəhs edir. Onun «Keçmiş nəsillərdən qalan izlər» («Xronologiya») 
əsəri isə Yaxın  Şərq və Orta Asiya xalqlarının ümumi müqayisəli 
tarixi xronologiyasına həsr olunmuşdur. Görkəmli alim bu əsərində 


83 
ərəb, yunan, fars və digər xalqlarda gecə-gündüzün başlanğıc vax-
tının təyini,  şəms və  qəməri illəri, həmçinin bir çox xalqların 
bayramları və dinləri barədə ətraflı məlumatlar vermişdir. Mənşəcə 
özbək türkü olan məşhur Orta Asiya mütəfəkkiri Ə.Biruni «Asari-
əl-Baqiyyə»  əsərində yazmışdır ki, Zərdüşt Azərbaycandan idi. 
Müəllif «Avesta» düşüncəsini və onun yaranmasını Kaspi (Xəzər) 
dənizi regionu və azərbaycanlıların yaşadıqları  məkanla  əlaqələn-
dirmişdir.  
Orta  əsr müəlliflərinin  əksəriyyəti Novruzun mənşəyini  əfsa-
nəvi İran şahı Cəmşidlə əlaqələndirmişlər. Bir çox mənbələr Nov-
ruz sözünün mənşəyini Cəmşidin taxta çıxması ilə bağlayırlar. 
Araşdırıcıların bu inamı birbaşa «Avesta»dan qaynaqlanır. «Aves-
ta»nın  ən qədim fəsillərindən olan «Qatlar»da Cəmşidin fəaliyyə-
tindən söhbət açılır. Orta əsrlərin bədii düşüncəsində də (Q.Təbrizi, 
Xaqani, Nizami və b.) Cəmşid yaradıcı bir hökmdar kimi alqışlanır. 
Əfsanəviləşmiş  Cəmşidə Azərbaycanda xüsusi məhəbbətin olması 
vaxtilə  onun  Azərbaycana bəsləmiş olduğu  əlahiddə sevginin 
qarşılığı idi. Bu sevginin özülündə Cəmşidin Günəşli Azərbaycana 
taxt-tac üstündə  gəlməsi dayanır.  Ə.Biruni «Avesta» məntiqindən 
çıxış edib yazırdı ki, Cəmşid  şah dünyanın hər tərəfini gəzib-do-
landıqdan sonra Azərbaycana yetişdi. Ləl-cəvahirə  bələnmiş pad-
şahlıq libasına bürünüb, altun taxtda üzü gündoğana sarı  əyləşdi. 
Günəş  şəfəqlərini onun taxtına saldı. Onun taxt-tacı  bərq vurub 
parladı. Bu işıq, bu hal onun hüzurunda duranları sevindirdi. De-
yirlər, dünyanın hər tərəfini gəzib-dolaşmış  Cəmşid Azərbaycana 
valeh olmuşdur. Günəşin məşriqdən (şərq)  tülü  etdiyini görməklə
bir dəxi qərbdən tülü eləmiş kimi hesab elədilər. Həmin günə 
Novruz (təzə gün) dedilər. Cəmşidin adı  Cəm idi. Cəm – padşah, 
sultan deməkdir. O gündən ona şid ləqəbi verdilər. Şid fars dilində 
şüa, işıq anlamındadır.  Əfsanəvi padşah da həmin gün xalqa üz 
tutub demişdir ki, Novruzu möhtərəm bir gün hesab etsinlər. 
Cəmşid həmin gün xalqın dərd-sərinə  əlac elədi, camaatdan 
mərhəmətini əsirgəmədi. Zindanların qapısının açılmasını əmr etdi.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə