91
xanasına on səkkiz il başçılıq etmişdir. Tarixi mənbələrin verdiyi
məlumata görə, Səlcuq hökmdarı Məlik şah Səlcuqi (1072-1092)
ulduzları müşahidə etmək üçün lazımi astronomiya cihazlarının
alınmasını və həmin rəsədxanaya rəhbərliyi Ö.Xəyyama tapşı-
rıbmış. Mənbələrdə o da göstərilir ki, Ö.Xəyyamın başçılığı altında
dövrünün bir çox məşhur alimlərinin cəmləşdiyi bu elmi mərkəz –
rəsədxana bütövlükdə Yaxın Şərqdə müdrik insan kimi tanınmış
Nizam əl-Mülkün təşəbbüs və səyi nəticəsində yaradılmışdır.
Astronomiya rəsədxanasının yaranması tarixi zərurətlə bağlı idi.
Müdrik və uzaqgörən insan olan Nizam əl-Mülk «Səlcuqilərin
ulduzunun daha parlaq şölə saçması» (39, 119) və mövcud ərəb
(hicri) təqviminin özünü doğrultmadığı üçün yeni təqvimə ehtiyac
duydu. 1075-ci ildə Ömər Xəyyamın başçılığı altında bir neçə alim
yeni təqvimin bərpası üçün işə başlamışlar. 1078-ci ildə düz üç ilin
gərgin axtarışlarından sonra yeni təqvim hazır olmuşdur. Bərpa
olunmuş bu təqvim «Cəlali tarixi» kimi tanınmışdır. «Məlik ilinin
hesablanması» adıyla məşhurlaşan təqvim islahatı Xəyyamın
başçılıq etdiyi rəsədxananın ən mühüm nailiyyətlərindən biridir.
Həmin dövrdə Səlcuqilər dövlətində mövcud olan hər 2 təqvimdən
– Günəş və Ay təqvimindən istifadə olunurdu. Günəş təqvimi Yerin
Günəş ətrafında hərəkətinə əsaslanır. Yerin Günəşin ətrafında bir
dövretmə müddəti 365, 2422 gündür. Bu təqvimə görə, bir il 365
gün 5 saat 48 dəqiqə 46 saniyədir.
Ay təqvimində isə Ayın Yer ətrafında dövretmə müddəti durur.
Ay təqvimində bir ay 29 gün 12 saat 44 dəqiqə 3 saniyədən iba-
rətdir. Bir Ay ili isə 354 gün 8 saat 48 dəqiqə 36 saniyəyə bəra-
bərdir. İran və Midiya ərazisində lap qədim dövrlərdən Günəş
təqvimindən istifadə edirdilər. Ə.Biruni «Keçmiş nəsillərdən qalan
izlər» adlı məşhur əsərində bu təqvim haqqında yazmışdır: «Onlar
(zərdüştilər) öz illərini 365 gündən hesab edirdilər və sonuncu
rəqəmə o vaxta qədər məhəl qoymurdular ki, günün dörddə bir
hissəsi 120 il müddətində bütöv ayı təşkil etsin. Bu vaxt onlar ilə
bütöv bir il əlavə edirdilər». Ö.Xəyyamın «Avesta» təqvimi
92
əsasında bərpa etdiyi «Cəlali salnaməsi»ndə başlıca məsələ ilin
kəsirinin qaydaya salınması və bir sıra mövsüm bayramlarının
vaxtını dəqiqləşdirməkdən ibarət olmuşdur. Ən vacib məsələ
Novruz bayramının yazın ilk günündə keçirilməsini birdəfəlik
sabitləşdirmək, bayramla bağlı bir çox işləri nizama salmaq idi.
Əslində, «Novruznamə» yazılana qədər Novruz bir sistem kimi
mükəmməlləşmiş, sabitləşmiş və hər il müntəzəm olaraq eyni
vaxtda martın 9-da (martın 21-də) keçirilmişdir.
«Novruznamə» əsərinin ən mühüm elmi əhəmiyyəti ondadır ki,
Novruzun yaranmasının səbəbləri kainat qanunlarında axtarılır.
Əsərdə Novruzun tarixindən danışan müəllif onun yaranmasının
elmi izahını verir: «Novruzun yaranmasının birinci səbəbi odur ki,
həmin gündə Günəş dövrə vurub 365 gün altı saatdan sonra öz
yerinə (hərəkət etdiyi bürcdən yenə əvvəlki yerinə) qayıdır». Digər
orta əsr müəllifləri kimi, Ö.Xəyyam da Novruz sözünü mifik
padşah Cəmşidlə bağlamışdır. Ö.Xəyyam və digər orta əsr müəllif-
lərinin Cəmşidlə əlaqədar fikirləri ilə qismən razılaşmaq olar.
Əfsanəvi padşah Cəmşidin Novruzun yaradıcısı olduğu inandırıcı
deyildir. Həmin günə Novruz (yeni gün) adının Cəmşid tərəfindən
verilməsi və o günü şəxsən Cəmşidin özünün bayram etməsi ağ-
labatmazdır. Bu bayram Cəmşid şahın yaşadığı dövrə kimi mövcud
olmuş, min illər boyu ayrı ad altında qeyd olunmuş və insanların
səyi nəticəsində qorunub saxlanılmışdır. Çox böyük ehtimalla
demək olar ki, Cəmşid öz səlahiyyət və nüfuzundan istifadə edərək
bu möhtəşəm bayrama Novruz adını vermişdir. Cəmşidin həmin
gün taxta yiyələnməsi də, rəvan üstündə Azərbaycana təşrif
buyurması inandırıcıdır. Cəmşidin Azərbaycana gəlməsi böyük
ehtimalla birbaşa Günəşi əyani surətdə qarşılaması ilə bağlı olub-
dur. Ö.Xəyyam «Novruznamə»də zərdüştliyin yaranmasından öz
dövrünə qədər olan təqvim islahatlarının tarixini ayrıca təsvir
etmişdir: Hüştəspin (I Dara – e.ə. 552-486) şahlıq etdiyi vaxtdan 30
il keçdikdən sonra Zərdüşt gəlmiş və sehrbazların dinini
gətirmişdir. Hüştəsp onun dinini qəbul eləmiş və tətbiq etmişdir.
93
Firudin (İranın əfsanəvi şahı) zamanından həmin dövrədək 940 il
keçmış və günəş əqrəb bürcünə daxil olmuşdu. Hüştəsp uzun il
yaratmağı əmr elədi. O, Xərçəng bürcünün ilk günündən etibarən
fərvərdini Günəşdən başladı və bayram təşkil etdi. Dedi ki, bü günə
riayət eləmək və Novruzu keçirmək lazımdır, çünki Xərçəng bürcü
– işləmək üçün xoşbəxt ulduzdur, kəndlilərə bu dövrdə vergini
vermək hüququ verilməlidir. Bu, onlar üçün asan ola bilər. Sonra o
əmr elədi ki, illəri dəyişməmək və insanlar həm isti, həm də şaxtalı
havalarda öz vaxtlarını bilmək üçün hər 120 ildən bir uzun il
keçirilsin. İnsanlar uzun ili keçirməyi Sasanilər sülaləsinin əsasını
qoymuş Ərdəşirin dövrünə qədər davam etdirdilər. Ö.Xəyyam yazır
ki, Novruz bayramını insanlar ədalətli Nuşirəvanın dövrünə qədər
qeyd etmişdilər. Nuşirəvan uzun ilin qeyd edilməsini qadağan etdi.
Bildirdi ki, Günəş öz dövretməsinin axırında Xərçəng bürcünün
birinci gününə çatana qədər insanlar bu bayramı keçirməyi
dayandırmalıdırlar. Ö.Xəyyam yazır ki, həmin dövrdə Məmunun
(Abbasi xəlifəsi 813-833) astronomiya cədvəli tərtib olundu, bizim
dövrə qədər təqvimi bu cədvəllərin köməyi ilə hazırlayırlar (39,
l22-123). Müxtəlif dövrlərdə tez-tez dəyişdirilən təqvim cədvəl-
lərinin nəticəsi idi ki, ayrı-ayrı zaman kəsiyində Novruz martın 9-
da (21-22-də) yox, Xərçəng bürcündə qeyd olunmuşdur. Qəti və
birmənalı şəkildə demək olar ki, Novruzun Xərçəng bürcündə (22
iyun –22 iyul) qeyd edilməsi yalnız təqvimdən gələn xəta ilə
bağlıdır. N.Tusi də «Zic Elxani» əsərində Ö.Xəyyamın təqvim
islahatı barədə dəyərli məlumat vermişdir. N.Tusi yazır ki, həmin il
təqvim Sultan Cəlaləddin Məlik Şah ibn Alp Arslan Səlcuq
tərəfindən yaradılıbdır. Müəyyən edilmişdir ki, həmin ilin başlan-
ması üçün günəşin Qoç bürcünə daxil olduğu dövr, yəni əsl baharın
başlandığı vaxt götürülür. Hər ayın əvvəlində günəş zodiakın elə
bürclərinə daxil olur ki, o, həmin aya uyğun gəlir. Mükəmməl
təqvim də elə Günəş əsasında hesablanılır. Astronomlar günləri
hesablamağın asan olması və digər təqvimlərdən fərqlənməməsi
üçün ayların müddətini 30 gün müəyyən etmişlər. Kəsir qalan
Dostları ilə paylaş: |