101
hərəkətləri barədə mükəmməl biliyə yiyələnmişdir. Nizaminin
«Xəmsə»sində fəza cisimləri olan ulduzlar, bürclər və planetlər
haqqında son dərəcə dəqiq və geniş məlumatlar verilmişdir:
Bu səfərdə göylərdən töhfə aldı, bac aldı,
Cövzadan kəmər aldı , Xərçəngdənsə tac aldı.
Sünbül döndü ətirli, təravətli sünbülə.
Əsədin pəncəsinə qolazlandı Sünbülə
Gecənin siqlətini ölçməkdimi qərəzi?
Zöhrə onu çəkirdi əllərində Tərəzi,
Çəkməyə daşı yoxdur, neçə çəkəydi Mizan?!
Siqlətinə mat qalıb, ona baş əydi Mizan.
Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin,
Süsənbər zəhərini kəsən olub Əqrəbin.
Kamanın oxu süzüb yayındı başqa yana,
Dönmədi otlağında Oğlağın bağrı qana.
Günəş camallı Yusif Dol içində oturdu,
Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu.
Həməlin sinəsində qurdu Sürəyya taxtı,
Gül-çiçəyin ordusu düzə axdı, nə axdı.
Yüksək cəlallı bağın gülü hər yanı sardı,
Yer üzü çiçəkləri sayrışan ilk bahardı (4, 30).
Gətirdiyimiz bu nümunə «Xəmsə»nin ilk poeması olan «Sirlər
xəzinəsi»ndən «Peyğəmbərin meracı» fəslindəndir. Cövza (klassik
astronomiyada əkiz adam surətində təsvir olunan bürc) bürcündə
yerləşən göy cisimləri kəmərə, Xərçəng bürcündəki ulduzların (13
ulduz) düzümü isə taca bənzəyir.
Sünbülə bürcü Şir bürcündən sonra gəlir. Zöhrə planeti Mizan
(Tərəzi) bürcündə yerləşdiyindən ona Tərəzi deyilmişdir.
Həməl (quzu) bürcü yaz ayları olan mart və aprelə müvafiq
gəlir. Görkəmli mütəfəkkir müdrik peyğəmbəri uca göylərlə-
102
bürclərlə müqayisədə vermişdir. Gətirdiyimiz nümunənin sonuncu
beytlərindən aydın olur ki, Həzrəti Məhəmməd öz cah-calalını qu-
randan sonra Həməl səhra və düzəngahlarına bahar gəldi, bomboz
səhralar gülüstana çevrildi.
Nizaminin yaradıcılığına əsasən tam əminliklə deyə bilərik ki,
o, kainatın sirlərinə dərindən bələd olubdur. Kllassik nücum
elminin incəliklərinə qədər məlumatı olan mütəfəkkir şair yazır:
Fələklər zicini cədvəl və cədvəl,
Fikrin üctürlabı eyləmişdi həll.
(5, 331).
Aydınlıq üçün bildirək ki, zic ulduzların və planetlərin sayını,
hərəkətini və xarakterik xüsusiyyətlərini özündə cəmləyən cədvəl,
üstürlab isə həmin cədvəli tərtib etmək üçün xüsusi alətdir.
Şair «Sirlər xəzinəsi»ndə ulduzların hərəkəti əsasında təzə
təqvimin hazırlandığından yazır:
Kim ki, dalar gözüylə ulduzların seyrinə,
Ona köhnə təqvimin köməyi nə, xeyri nə?!
(4, 129).
Kainatın sirlərinə əl aparan Nizami səmanın təbəqələrdən iba-
rət olduğunu «Xəmsə»də dəfələrlə qeyd etmişdir. Dahi mütəfəkkir
əsərlərində göyün yeddinci qatı haqqında tez-tez söhbət açıbdır:
Yeddinci əflakə çapdığı zaman
,
Dışarı atıldı dördkünc daxmadan (6, 25).
və yaxud
Çatdı hər dənizə yeddi ülkərdə,
Yeddi yol yuyundu o dənizlərdə (6, 25).
103
Sair burada yazdığı «Yeddinci əflak’» və «yeddi ülkər» göyün
qatlarıdır. Orta əsr alim və münəccimləri, çox doğru yerə, belə bir
qənaətdə idilər ki, göylə yer pozulmaz qarşılıqlı əlaqədədirlər.
Onların bu harmonik əlaqəsi nəticəsində göylə yer idarə olunur. Elə
bu əyaniliyin nəticəsində orta əsr müəllif və münəccimlərində belə
bir düşüncə hakim idi ki, kainatda baş verən proseslər yerə, o
cümlədən insan həyatına təsir göstərir. Orta əsrlərdə yaşamış
münəccimlər ulduzların hərəkəti ilə insan həyatında baş verəcək
prosesləri əvvəlcədən müəyyənləşdirirdilər. Onların qənaətinə görə,
yer üzərində yaxşılıq və pisliklərin, xoşbəxtlik və bədbəxtliklərin
baş verməsi ulduzların hansı bürcdə olması ilə bağlıdır. Bu
təcrübəyə istinadən Nizami yazırdı:
O, hər bir nəqşəyə vermiş bir camal,
Ulduzlar onlardan götürmüşdür fal (5, 26).
Dahi şair dünyanın – göylə yerin qarşılıqlı, harmonik
əlaqəsinin daimi və əbədi olduğuna birmənalı şəkildə inanırdı. Elə
bu inamla da yazırdı:
Rüzgar ona görə dəyişir hər an,
Törəyib dörd ana, yeddi atadan (6, 446).
Nizami burada «dörd ana» dedikdə, maddi dünyanın əsasım
təşkil edən 4 ünsürü (su, od, hava və torpaq), yeddi ata dedikdə isə
göyün yeddi qatını nəzərdə tuturdu.
Kainat, planet və onların vəhdətində yaşayan insanın həyatı
ona görə daim dəyişir ki, kainat və planet bir-birinə təzad təşkil
edən müxtəlif maddə və qüvvələrdən yaranıblar.
Orta əsr nücüm elminin yaradıcılarının qənaətinə görə, hər bir
planetin, hər bir ulduzun məxsusi «evi» vardır. Bu ciddi astronomik
informasiyanı dəqiq mənimsəmiş Nizami yazırdı:
104
Günəş yaxınlaşdı o gün Həmələ,
Gedirdi elmdən çatsın əmələ.
Ütarid və Cövza qonmuş bir yerə,
Sovrda məskən etmiş Ay ilə Zöhrə
Qövsi də Müştəri bəzəmiş gözəl,
Mizanın bürcündə oynardı Lühəl.
Nizaminin bu astronomik elmi izahından aydın olur ki, Ütarid
ulduzu Cövza bürcündə, Ay və Zöhrə Buğa bürcündə, Mizan isə öz
evi sayılan altıncı evdə idi. Nizami bu kainat hadisəsini məqsədli
şəkildə təsvir edibdir. Tale ulduzlarının bu düzülüşü xoşbəxtlikdən
xəbər verir. Belə bir xoşbəxt vaxtda İskəndər dünyaya gəlir.
«Hər gün Novruz olmaz» – deyən Nizami «Xəmsə»də müxtəlif
məqamlarda Novruzdan söhbət açır. Nizaminin yazdığına görə,
Novruz xalqın həyatında, mənəviyyatında özəl bir yer tutduğundan
ona məxsusi bir münasibət bəslənmişdir. Nizaminin yazdıqlarına
əsasən deyə bilərik ki, xalq Novruza olan münasibətini musiqinin
dili ilə də ifadə etmişdir. «Xosrov və Şirin» poemasında Şirinin
dilindən Nikisanın nəğmə oxuması hissəsində deyilir:
Novruz gülü kimi açıldı əvvəl,
Novruz pərdəsində oxudu qəzəl (5, 296).
Sair bu fikri «Çalğıçı Barbəndin tərifi» hissəsində daha açıq
şəkildə ifadə etmişdir:
«Sazi Novruz»unu çalanda tamam,
Tale də edərdi o günü bayram (5, 168).
N.Gəncəvi «İskəndərnamə» poemasında «İskəndərin İran
atəşgədələrini dağıtması» hissəsində İskəndərin atəşgədələri yerlə
yeksan etməsindən söhbət açmaqla bərabər, Novruz şənliklərindən
danışır:
Dostları ilə paylaş: |