113
olmaqla, həyatın, inkişafın rəmzidir. Əski çağ mənbələrində qodu
(qodı) sözü nəsil, soy, güclü anlamında işlədilibdir. Xalqın inamına
görə, günəş və onun təmsilçisi olan Qodu ikili xarakter və anlamla
bağlıdır. Bu ikili anlam və dualizm elə günəşin özündədir (17, 24).
Novruz ərəfəsində və Novruzun özündə keçirilən mərasimlər
kəmiyyətcə saysız-hesabsız, keyfiyyətcə dolğun və mənalıdır. Nov-
ruz günlərində oxunan nəğmələr nisbətən sonrakı dövrlərin
yadigarıdır. Bu lirik-emosional nəğmələr insanların yaz sevincinin,
baharın gətirdiyi hərarət və şuxluğun ifadəsidir:
Açdı çiçək,
Gəldi yaz.
Eylədi
Dağlar avaz.
Qar
üzəri
Səm oldu.
Hər tərəf
Səm-səm oldu.
Dağda çiçək,
Səm-səmim,
Bəyaz gülüm,
Naz
gülüm,
Dərdə dərman
Yaz
gülüm.
və ya
Dağlarda çiçək,
A
səm-səmim,
Özəyi kövrək,
A
səm-səmim,
Ləçəyi göyçək,
A
səm-səmim.
Dərdlər dərmanı,
114
Ellər loğmanı,
Bəyaz çiçəyim,
İlk yaz çiçəyim.
Burada söhbət «dərdlər dərmanı, ellər loğmanı» ilk yaz çiçəyi
olan «Səm-səmdən» gedir. Bu dağlar çiçəyi səm-səm evlərdə
becərilən Səməninin təbii analoqudur. «Novruz nəğmələrində erkən
təsəvvürlər, təbiət varlıqlarını insan cildində təsəvvür etmək kimi
animist baxışlar öz əksini tapmışdır» (19, 23).
Novruz mərasimlərinin mayasını yaz sevinci, soyuqlu-şaxtalı
qışdan qurtulmuş insanın fiziki və mənəvi hərarətdən yaranmış ruh
yüksəkliyi, şən və firavan həyat eşqi təşkil edir. Novruz nəğmə və
mərasimlərinin əsas motivini qışla yazın mübarizəsi, qışın məğlub,
yazın qalib gəlməsi təşkil edir.
«Qarı ilə martın deyişməsi» qışla yazın mübarizəsini çox şəffaf
formada ifadə edir. Mart qışın xarakterik bir ayıdır. Qışın son ayı
Boz ay adlandırılır. Üzücü qışın böyük bir hissəsini yola vermiş
insanlar martın şıltaqlıqlarına əsəb gərginliyi ilə duruş gətirirlər.
Martın gətirdiyi ağırlıqları görən insanlar daxili bir inamla deyiblər:
«Mart çıxdı, dərd çıxdı. Hamı yaza mərd çıxdı» və yaxud «Mart
çıxdı, mart çıxdı, yaman qart çıxdı, qart çıxdı».
Mart insanların gözündə keçilməz, aşırılmaz bir dağ kimi
durubdur.
Ancaq qış nə qədər məşəqqətli olsa da, ömrünü yaza bağışlayır.
Çünki martın üçüncü on günlüyündə yaz girir, qış təslim olur.
«Qarı ilə Martın deyişməsi»nin motivini elə bu mübarizə təşkil
edir. Qarı ilə Martın dramatik mühakiməsi barədə el ağzında belə
bir əfsanə dolaşır. Qışın çıxmasından şadyanalıq edən Qarı
sevincindən çalıb-oynayır. Qışa sanki yandıq verib oxuyur:
Mart gözünə barmağım,
Çıxdı yaza oğlağım.
115
Qarının hərəkətindən acıqlanan qış üç gün apreldən borc alıb
yenidən dəhşətli soyuq və şaxta eləyib Qarının oğlaqlarını qırır.
Ancaq Qarı qışın (Martın) qarşısında məğlub olmur. Əksinə, Qarı
yazın gəlişinə sevinir, oğlaqlarının artacağına inanır:
Ay oğlağım, oğlağım,
Çıxdı yaza oğlağım.
Payız üstü beş oldu,
Yaz gəldi on beş oldu
Qılları şeş-şeş oldu.
Mart gözünə barmağım,
Çıxdı yaza oğlağım.
«Qarı ilə Martın deyişməsi» dramatik mükalimə şəklindədir.
Qarı mənəvi-psixoloji durumca Martdan (qışdan) çox güclüdür. Qış
ömrünün son günlərini yaşadığı üçün təslim olmaq istəmir. Nəyin
bahasına olursa-olsun ömrünü uzatmaq istəyir. Son gücünü
toplayıb özünü göstərir – qarının oğlaqlarını qırır. Ancaq Qarı qışın
bu dəhşətli hərəkətindən özünü itirmir. Əksinə, bir az da
mübarizləşir. Emosional və şən-şux hərəkətləri ilə qışı daha çox
əsəbiləşdirir. Qış, Qarının mənəvi-psixoloji hərəkətləri qarşısında
duruş gətirə bilməyib məğlub olur.
Qışla yazın əbədi mübarizəsini, yazın qələbəsini özündə
cəmləyən ən qədim mərasim «Kosa-kosa» oyun-tamaşasıdır.
Tədqiqatçıların çoxu, nədənsə, «Kosa-kosa»ya adi bir uşaq
oyunu kimi baxmışlar. İlk dəfə olaraq görkəmli tədqiqatçı
M.H.Təhmasib onu yazın gəlişinə həsr olunmuş törən kimi araş-
dırmağı lazım bilmişdir. Bəzi tədqiqatçılar isə «Kosa-kosa»dan
yalnız xalq teatrının nümunəsi kimi danışmışlar. «Kosa-kosa»da
xalq teatrının strukturu, dramatikliyi və digər xüsusiyyətləri
cəmləşibdir. Ancaq «Kosa-kosa» törəninə adi bir uşaq oyunu kimi
baxmaq primitiv yanaşmaqdan xəbər verir. «Kosa-kosa» mifik
dünyagörüşün məhsuludur. O, yazla bağlı əski cağların düşüncəsini
116
əyaniləşdirir. «Kosa-kosa» yazla qışın münasibətlərini özündə
cəmləyən həyati gerçəkliyin mifik obrazlarla ifadəsidir. Bu törənin
tarixi əski insanın təbiətdəki əksilikləri və zaman məfhumunu dərk
etdiyi çağlardan başlanır. «Kosa-kosa» oyun-tamaşasının məzmu-
nu, nisbətən mürəkkəb strukturu və dramatikliyi onun insanın artıq
təbiəti mükəmməl başa düşdüyü dövrlərdə yarandığını göstərir.
Törən-təbiəti həssaslıqla dərk etmiş təfəkkürün gerçəkliyidir.
«Kosa-kosa» Novruzun ən geniş yayılmış bir mərasimidir.
Digər nəğmə, ayin və mərasimlərdə məhəlləçilik və regionçuluq
xarakteri olsa da, «Kosa-kosa» oyun-tamaşasını nəinki şimal
yarımkürəsində məskunlaşmış xalqlar, ümumən, ilin bu və ya digər
vaxtda təzələndiyini qeyd edən bütün dünya xalqları müxtəlif
forma və məzmunda təntənəli keçirirlər. Azərbaycanda digər
Novruz mərasimlərindən fərqli olaraq, «Kosa-kosa» oyun tamaşası
bütün yaşayış məskənlərində böyük ruh yüksəkliyi və dəbdəbəli
şəkildə qeyd olunur. «Kosa-kosa» mərasiminin geniş təhlilinə
keçməzdən əvvəl onun məzmunu, hamı üçün bəlli olsa da, bu
barədə danışmaq indiki məqamda yerinə düşərdi. İlaxır çərşənbə və
Novruzda el-obada cavanlar bir yerə yığışar. Qoçaq, fərasətli, baz-
burutlu, baməzə bir şəxsi Kosa bəzəyirlər. Onu gülməli bir
qiyafəyə salırlar. Kosa qoyun dərisindən tikilmiş kürk geyər, başına
motal papaq qoyar, qarnına yastıq bağlayar, əlində isə qırmızı
rəngdə bəzədilmiş çömçə tutub, qapı-qapı gəzdirilib pay toplayır.
Kosanın ətrafında olan dəstə üzvləri xor halında oxuyurlar:
A Kosa-kosa gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay
uyruğu-uyruğu,
Saqqalı it quyruğu,
Kosam bir oyun eylər,
Qurdları qoyun eylər,
Dostları ilə paylaş: |