117
Yığar bayram xonçasın,
Hər yerdə düyün eylər.
Novruz-novruz
bahara,
Güllər-güllər nübara,
Bağçanızda gül olsun,
Bal
olmasın, yağ olsun.
Evdəkilər sağ olsun.
Qurbanın olum yaşıl çuxalı,
Dərbəndlisən, yoxsa buralı?
Bağçanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal
olmasın, yağ olsun,
Evdəkilər sağ olsun.
Xanım ayağa dursana.
Kosaya pay versənə.
Kollektiv ritmik oxunan mahnı qurtaran kimi Kosa «Kosa
öldü» deyə yerə yıxılır. Yerdə uzanmış Kosaya suallar verilir və
Kosa da sualları cavablandırır:
- Kosa, haradan gəlirsən?
-
Dərbənddən.
-
Nə gətirirsən?
- Alma.
-
Almanı neylədin?
-
Satdım.
- Pulunu neylədin?
- Öküz aldım.
- Öküzü neylədin?
- Vurdum öldü.
Kosanın sonuncu cavabından sonra onu müşayiət edən yol-
daşları bir ağızdan oxuyurlar:
Başın sağ olsun, Kosa,
Canın sağ olsun, Kosa.
118
Ərşin uzun, bez qısa,
Kəfənsiz ölməz Kosa.
Oyun-tamaşanın bu yerində Kosa sual-cavab edilir və «Məlik
Salmanı» və başqa rədifli mahnılar oxunur. Oxunan mahnılarda
Kosaya ev sahiblərindən pay istənilir. Əgər ev yiyəsi Kosa və onun
ətrafı ilə «söz güləşdirsə» və ya ev sahibəsi pay verməkdə tənbəllik
etsə, bir ağızdan oxuyurlar:
A Kosa, gəlmisən,
Gəlmisən meydana sən.
Almayınca payını,
Çəkilmə bir yana sən.
Beş yumurta payındı,
Olmaya almayasan…
Bu mahnı davam edir. Mahnı oxunan müddətdə Kosaya pay
verilir. Kosa və onu müşayiət edən dəstə bütün evləri gəzib pay
yığdıqdan sonra əvvəlcədən hazırlıq gördükləri evə və ya meydana
yığışır və böyük şənlik keçirirlər. Burada iki nəfər Kosa qiya-
fəsində bəzədilir. Onların qarınlarına yastıq qoyulur, əllərinə
çomaq verilir. Keçi cildinə salınmış bir nəfəri meydana çıxarırlar.
Keçini meydana bir nəfər gətirir. Kosalardan biri keçini gətirən
adamı görən kimi tələsik soruşur:
- Qardaş, bu keçini satırsanmı?
- Bəli, satıram.
- Neçəyə verirsən?
- Yayda lopuğa, qışda topuğa.
- Yaxşı, razıyıq, yayda gəlib lopuğunu alarsan, qışda da
topuğunu.
Kişi keçini kosalara verib gedir. Bundan sonra kosaların keçi
üstündə mübahisəsi başlayır.
Kosalardan biri deyir:
- Keçi mənimdir.
119
O biri deyir:
- Yox, mənimdir.
Keçi üstündə dava düşür. Kosalar bir-birini ağacla vurmağa
başlayırlar. Kosalar bir-birini vurub yerə yıxır. Onlar bir-biri ilə
vuruşduğu vaxt keçi meydandan qaçır. Keçinin hara getdiyini ko-
salar görmürlər. Keçinin itdiyini görən kosalar camaatdan keçinin
hara getdiyini soruşurlar. Camaat keçini görmədiyini bildirir. Əli
boşa çıxmış kosalar üz-gözlərini əcaib və gülməli bir vəziyyətə
salıb ağlaşırlar.
İndiyə qədər toplanmış folklor nümunələrini özündə cəmləyən
kitablarda «Kosa-kosa» oyun-tamaşasının məzmunu bəzi dəyişik-
likləri nəzərə almasaq, ümumən belədir.
Məzmununu yazdığımız «Kos-kosa» mərasim tamaşasında iki
oyun-tamaşanın birləşdirildiyi acıq-aydın görünür. «Kosa-kosa»
meydan-oyun tamaşasıdır. Yuxarıda fabulası yazılan tamaşada
açıq-aydın görünür ki, iki süjet vardır. Məzmun və forma yaxın-
lığından birləşdirilən hər iki oyun-tamaşada motiv eynidir. «Kos-
kosa» mərasim oyununda Kosanın qışın təmsilçisi olduğunu
birmənalı şəkildə araşdırıcıların hamısı qəbul ediblər. Kosa ironik
bir qiyafəyə salınıb. Onun bu imici-komik forması gülüş obyektinə
çevrilir. Qışın obrazını daşıyan Kosanı ətrafındakılar aşağılayırlar:
Ay uyruğu-uyruğu,
Saqqalı it quyruğu.
Onun saqqalı qışın sırsırası və buzunun rəmzidir. Kosanı
müşayiət edənlər onu yazın gəlməsinə sevinməyə məcbur edirlər.
Yığar bayram xonçasın,
Hər yerdə düyün eylər.
İnsanlar Kosanı (qış) yaşıl əbada görmək istəyirlər. Bu istəkdən
oxuyurlar:
120
Qurbanın olum, yaşıl çuxalı.
Dərbəndlisən, yoxsa buralı?
Mərasim tamaşasının bu hissəsində Kosa qəflətən «öldüyünü»
bildirir. Qış da uzun müddət ömür edir, qəflətən «canını tapşırır».
«Kosa-kosa» mərasim tamaşasının digər bir versiyası bir qədər
fərqli formadadır. Həmin variantda göstərilir ki, Kosa uzaq səfərə
hazırlaşır. Mərasimdəkilər başa düşürlər ki, qış gedir, yaz gəlir. Kosa
(qış) öz xoşu ilə çıxıb getmək istəmir, inadkarlıq edir. Bu inadkarlığı
görən keçi (yaz) axırda Kosanı (qışı) vurub öldürür (17, 28).
Kosanın (qışın) ömrü artıq tamamlanıb, o getməlidir. Dualist
düşüncəyə görə də, ölənin və ya məkanını tərk edib gedənin yerinə
yenisi gəlməlidir. Ölən və mövqeyini tərk edib gedən Kosadır
(qışdır). Onun yerinə gələn isə keçidir (Yazdir) Kosa qışın təmsil-
çisi olduğundan istehza hədəfinə çevrilir. Bu gün də nüfuzsuz,
hörmətsiz adamlara el arasında və ümumən, ictimaiyyətdə Kosa
deyilir. Qayıdaq Kosanın qışın obrazı olmasına. Dualist düşüncə
sahibləri inkişafı ölüm-olum münasibətlərinin fasiləsiz bir-birini
əvəz etməsində görüblər. Ölən qalanı, gedən gələni – qış yazı do-
121
Kosa qışın simvolu, onun antropomorfizmi (yunan sözü olub,
antropos – insan, morfe – forma deməkdir), qışın şəxsləndirilmiş
obrazı, keçi isə yazın zoomorfizmidir (yunan dilində zoo – heyvan
deməkdir). Kosa qışdır, cansızdır, artmır, törəmir, keçi isə canlıdır,
artır, törəyir.
«Kosa-kosa» mərasiminin əski çağlarla səsləşdiyi heç bir şübhə
doğurmur. Tədqiqatçı E.Aslanov Kosa obrazının qam-şaman təfək-
kürü ilə bağlı olduğunu yazır: «Qədim şaman-qam sənəti və əski
çağların inamları ilə bağlı olub, qocalmış günəş tanrısının yer
üzündəki əvəzini təmsil edən bu surət (kosa) sonralar, mərasim
tamaşalarında köhnə il və qış fəslinin şikəst və çirkin bir obrazında
təcəssüm olunurdu» (52, 110).
Keçinin yazın rəmzi olması bir çox dünya xalqlarının mifik
mənbələrində vardır. Hind, yunan, yəhudi və digər xalqlarda keçi ilə
bağlı mərasimlər mövcuddur. Qədim şumer abidələrində də tuncdan
hazırlanmış iki keçi başı onun müqəddəsliyindən xəbər verir. Keçilərin
buynuzu budaqcıqlardan, kirpiyi gümüşdən, bəbəyi isə balıqqulağın-
dandır. Keçinin qulağının ağac budağından olması həyat rəmzi olan
yaşıllığa işarədir. Buynuzların ağaca bənzədilməsi ümumi «Dünya
ağacıyla» səsləşir (17, 35). Dünya xalqlarının mifik düşüncəsində keçi
obrazını təbiət kultu birləşdirir. Obrazın mahiyyət və ifadə formasında
fərqlər vardır. Yunan mifində keçi təbiətin ölməsini və sonradan
dirilməsini ifadə edir. Türk düşüncəsində isə fərqlidir. Ölən (Kosa),
dirilən isə keçidir (yazdır). Türk anlamında keçi işığın, günəşin
atributudur. Əgər belə olmasaydı, «Kosa-kosa» mərasim tamaşasında
insanlar keçinin qələbəsinə şərik olmazdılar, sevinməzdilər. Mərasim
tamaşada insanların keçiyə hüsn-rəğbəti, simpatiyası açıq-aydın
duyulur. İnsanlar keçinin (yazın) qələbəsini sidqi ürəkdən istəyirlər.
Keçinin müqəddəs atribut səviyyəsinə qaldırılmasında keçinin özünün
bioloji keyfiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur. Keçi bir heyvan
kimi olduqca faydalıdır. O, bol süd verən, əti dərman sayılan, qəzilindən
istifadə olunan, az xərc və zəhmət tələb edən bir heyvandır. Elə bu
Dostları ilə paylaş: |